Lalə Mehralı
Bəzən elə zamanlar olur ki, yazı yazanda bəzi şeyləri ifadə ilə anlatmaqda çətinlik çəkirik, bizə xas olmayan hər hansı bir vəziyyəti izah etmək üçün başqa dillərdən sözlər, ifadələr istifadə etməli oluruq. Ruscadan, tükcədən, ingiliscədən sözləri çevirmək mümkün olmayanda, seçim qarşısında qalanda o sözləri dırnaq işarəsi içində vermişəm yazılarımda, bunu doğru hesab edrəm, nəinki başdan ayağa türk sözləri ilə dolu olan məqalə yazmağı. Hər dilin öz qanunları, yazı tərzi, qaydası var, buna əməl etmək də birinci qələm əhlinin – yazıçının, jurnalistin, şairin, müəllimin borcudur.
Keçən dəfə məşhur qələm sahiblərindən birinin yazısında rast gəldim, araşdırdığı məsələ ilə bağlı dövlət orqanlarından biri ilə əlaqə yaratmağa çalışmış, amma nail ola bilməmişdi və bunu öz yazısında belə ifadə etmişdi: “Çox təəssüflər olsun ki, biz sözügedən quruma ulaşa bilmədik”.
Başına dönüm, qələminə, sözünə niyə hörmət eləmirsən? Niyə ulaşırsan? Nəyə ulaşırsan? Dilimizdə gül kimi “əlaqə saxlamaq”, “əlaqə yaratmaq” ifadələri var, sən niyə türkün sözünə cumursan addımbaşı? Yazanda bilmirsən bu sözün bizim dildə ifadə etdiyi mənanı? O yazının altında yazılan şərhləri oxumursan?
Addımbaşı dedim, çünki o yazıda hər cümlədə bir osmanlı türkcəsində söz işlənmişdi.
Başqa bir cümlədə yazırdı: “Bizə ilginç gələn o oldu ki, sualımız niyə cavabsız buraxıldı?”. Bir cümlədə iki kobud səhv – birincisi bizə “ilginc gələn” yox, “təəccüblü gələn” yazmaq lazım idi, ikincisi “cavabsız buraxıldı” yox, “cavabsız qaldı”.
Və yaxud da, başqa bir qəzetdə rast gəlirsən, müəllif yazır: “Azərbaycan prezidenti öz ölkəmizin çıxarları üçün bu addımı atdı”. Gül kimi “maraqları”, “mənafeyi” sözləri var, “çıxar” nədi? Türk dilində oxuduğun məqalədən çox yadda qalıb “çıkarları”? Yaza bilməzsən ki, “Azərbaycan prezidenti öz ölkəmizin mənafeyi (maraqları) naminə bu addımı atdı”? Çox çətindir?
İrad tutan ola bilır ki, dilimizdəki sözlərin bir çoxu ərəb-fars mənşəlidir, yeni istifadə edilən sözlər isə türk. Ola bilər, bizim dilimizdə çoxdan kök salmış fars, ərəb sözləri var, danılmazdır, amma onlar artıq bütün lüğətlərdə təsdiqini tapmış sözlərdir, oxuyan hər kəs mənasını anlayır, daha “ulaşmağ”ın, “ilginç”liyin mənasını araşdırmır.
Bunu qoyub ona gedirəm, tanınmış saytlardan birində hər gün yüz dəfə “media” sözünü “mediya” kimi yazdıqlarının şahidi oluram, həmkar kimi xəbərdarlıq etmək borcu hiss edirəm, amma xəbərin şərh yerinə yox, redaktorların əlaqə vasitələrinə yazıb göndərirəm, səhvi düzəldirlər, aradan bir az keçəndən sonra başqa bir xəbərdə “mediya” yazılır.
Bir də görürsən telekanalların birində aparıcı deyir: “Reklamların həmən ardından görüşəcəyik”. Birincisi “həmən” sözü bizim dilimizdəki fars əsilli “həmin” sözünü yada salır, bəzi bölgələrdə “həmin” yerinə “həmən” işlədilir. Mənası da təyinetmə anlamındadır, məsələn: “Həmin ağac yerində idi”. Amma türklərdə “həmən” sözü bizim dilimizdəki “dərhal” sözü ilə eyni məna kəsb edir. Bu bir səhv. İkinci səhv, necə yəni ardından? “Reklamlardan dərhal sonra görüşəcəyik” demək çox çətindir? Dilinə yapışar?
Acıqlarına gəlsə də deməliyəm ki, bu məsələdə birinci günahkar KİV rəhbərləridir. Özünü “media patronu” elan eləməklə deyil ki, səhərdən axşama kimi sosial şəbəkədə türk dilində eşq aforizmləri paylaşa-paylaşa dönüb olublar saray şairi. Biri yazır “çok yorğunum, bildiyiniz gibi deyil yani”, o biri yazır “kızlar, bu haftasonu toplanalımmı? Felekden bir gün çalalım”, başqa birinin profilində görürsən ki, yazıb “Biri bana anlatsın, burda neler oluyo?”.
Bilirsənmi nə olur? Özün bir şey deyilsən, hardansa sənə sel kimi axan puldan basıb bir sayt, bir qəzet açıb əllərinə su tökməyə layiq olmadığın dəyərli qələm admlarını qəpik-quruşa işlətməyin bir yana, üstəlik dili də korlayırsan. Birinci sənin borcundur düzgün yazmaq, qüsursuz yazmaq. Sənin bu axmaq statuslarını özün ağılda olan bir jurnalist götürüb həmin dəqiqə xəbər edir, yayır ölkə mətbuatında, nəzərə al.
Ən çox şair ruhlu, romantik həmkarlarımın səhifəsində rast gəlirəm: “Aşk gibi bir gündür”, “aşık oluyorum qaliba” nə bilim daha nə. Atam balası, dilimizdə gül kimi söz var – EŞQ! Aşk deyəndə mənası daha geniş olur? Ya mükafat verirlər sənə?
Ehhh, nə isə, yaz-yaz, bitməz bu sözlər. Profilinizdə nə yazırsınız, öz işinizdir, heç olmasa idarə etdiyiniz mətbu orqanda bu biabırçılığı eləməyin, dili korlamayın.
PS: Həəə, yadımdan çıxmamış, bəzi “müasir, yenilikçi və inqilabçı” yazarların diqqətinə, hər yazınıza “t-shirt” sözünü dürtüşdürməyin. Dilimizdə onun qarşılığı var - “qısaqol köynək”...
bugun.az

Комментариев нет:
Отправить комментарий