25.11.2014

Şeyin oğlu


Var bu adla insan, sox gözünə şeyin oğlu,
Axtar tap yeni bir ad özünə şeyin oğlu.
Beynində daş, əlində daş gəzdin sən nə üçün, 
Atdın kiməsə, dəydi ölünə şeyin oğlu.
Mömin qanı yemdi, o alimin bunu bilsin, 
Versə yeni fətva, sıx döşünə şeyin oğlu.
Mömin başına versə ənam, al bir həvəslə
Göyə tullanaraq get, evinə şeyin oğlu.
Dilləri kəs, qəlblər deməli Allahu Əkbər
Onun batili güldü üzünə şeyin oğlu.

Günnur Məmmədov

Комментариев нет:

Отправить комментарий