İş adamı Hacı İbrahim İbrahimov (Nehrəmli) tərəfindən aldadılan və evləri əlindən alınan Azadlıq Partiyasının sədr müavini, Elşad Məmmədov bu gün RATİ-də mətbuat konfransı keçirib.
Mətbuat konfransında çıxış edən E.Məmmədov Hacı İbrahim və onun adamları tərəfindən aldadıldığını, iş adamına məxsus "Həsən 96" MTK-dan aldığı iki mənzilin qanunsuz yolla onun adından çıxarıldığını və iki mənzili almaq üçün ödədiyi 355 min manatının mənimsənildiyini bildirdi.
O qeyd etdi ki, 2012-ci ildə 355 min manat ödəyərək Hacı İbrahimə məxsus "Həsən 96" MTK-dan iki mənzil alıb: "Bu mənzilləri Hacı İbrahimin adamı Orxan Sadıqovun əli ilə almışam. O, məni tikinti şirkətinin şöbə müdiri Zülü İsgəndorovun yanına apardı. Pulu onlara nağd ödəmişəm. Mədaxil qəbzi də veriblər. Evlər mənim adıma sənədləşdirilib. Sonradan bir evimi satmaq üçün Orxan Sadıqova müraciət etdim. Sənədləri ona verdim. Məni aldadıb evi başqa adamın adına keçiriblər. Məhkəmənin qərarl ilə də mənim iştirakım olmadan evləri mənim adımdan çıxarıblar. Bu günə qədər etdiyim şikayətlərə, yazdığı müraciətlərə baxılmır. Ölkə başçısına, DİN-ə, MTN-ə, Bakı Şəhər Prokurorluğuna müraciətlərim olub".
E.Məmmədov ailəsinin və özünün həyatının təhlükə altında olduğunu da söylədi: "Haqqımı tələb etməyə başlayandan Hacı İbrahimin adamları tərəfindən təhdid olunmağa başlamışam. Bir müddət ailəmi bu təhlükələrdən qorumaq üçün Qazax rayonuna köçmüşdüm. İndi də qorxu içində yaşayıram. Evlərim əlimdən alınıb, ailəmin və mənim həyatım təhlükədədir. Mənə açıq nömrələrdən zənglər gəlir. Bu mübarizədən çəkilməyim, şikayətimi geri çəkməyim üçün təzyiqlər və təhdidlər edilir".
Elşad Məmmədov ona dələduz deyən Hacı İbrahimə cavab da verdi: "Dələduzun yekəsi elə Hacı İbrahimin özüdür. O, "moşennikin" böyüyüdür".
Şikayətçi baş prokuror Zakir Qaralov regionlarda vətəndaşlarla görüşü zamanı birbaşa onun qəbulunda olduğunu və Hacı İbrahimin ona qarşı etdiyi bu əməllərlə bağlı məktubunu baş prokurorun özünə verdiyini bildirdi. Sonda şikayətçi müraciətlərinə baxılması üçün prezidentə, özünün və ailəsinin həyatının təhlükədə olması ilə bağlı MTN rəhbəri Eldar Mahmudova müraciət etdi. /avropa.info/

Комментариев нет:
Отправить комментарий