◘Peyğəmbər (s) buyurub: “Qiyamət günü mən bütün insanların günahlarını etmiş olsalar da dörd kəsə şəfaət edəcəyəm: Mənim əhli-beytimə kömək edən kəsə, ya çarəsiz qaldıqları zaman onların istəklərini yerinə yetirən kəsə, yaxud dildə və ya qəlbdə onları sevən kəsə və yaxud da əl ilə onları müdafiə edən kəsə.” Bu hədisi Əli (ə) nəql edib.
◘Həzrət Əliyə (ə) vəsiyyətində buyurub: “Hər kim öz arvadına itaət etsə Allah onu üzü üstə atəşə atar.” Əmirəlmö`minin (ə) ərz etdi: “Hansı işlərdə?” Buyurdu: “Əxlaqi fəsadlara səbəb olacaq hamamlara getməkdə, toylara getməkdə, şe`r məclislərinə getməkdə və nazik paltarlar geyinməkdə.”
◘Yenə də həzrət Əliyə (ə) vəsiyyətində buyurur: “Allah dörd kəsin duasını geri qaytarmaz; adil imamın duasını, atanın övladı üçün etdiyi duanı, mö`minin mö`min qardaşından ötrü etdiyi gizli duanı və məzlumun duasını. Məzlum dua edərkən nida gələr: “And olsun izzət və cəlalıma, sənin intiqamını bir neçə müddət keçsə də alacağam.”
◘İmanın əsası dörd şeydən ibarətdir; Allahı tanıma, Onun ne`mətlərini tanıma, dinin hökmlərini anlayıb dərk etmək və insanın dindən çıxmasına səbəb olacaq şeyləri bilmək.
◘Küfrün əsası da dörd şeydir; tamah, qorxu, narazılıq və qəzəb. Allahın bəndələrinə qarşı tamah mövhumi qüvvələrdən, qorxu xoşagəlməz təqdirlərdən, narazılıq və qəzəbin ardınca getmək isə küfrə (çəkib aparacaq.)
◘Bir kəs dörd şeyə iman gətirməyincə mö`min hesab olunmaz; Allahın yeganəliyinə, mənim peyğəmbərliyimə, ölümdən sonrakı həyata və Allahın qəza və qədərinə.
◘Allah mənə dörd imtiyaz verib: 1. Yeri mənim üçün səcdəgah və paklayıcı qərar verib. Mənim ümmətimdən bir nəfər namaz vaxtı (dəstəmaz və ya qüsl üçün) su tapa bilməsə torpağa təyəmmüm edə bilər. 2. Qorxu vasitəsi ilə mənə kömək edib. Çünki hər vaxt bir yerə hərəkət etsəydim qorxu məndən qabaqda gedib ürəkləri yerindən qoparırdı. 3. Müharibədən əldə olunan qəniməti ümmətimdən ötrü halal etdi. 4. Məni bütün insanları də`vət və hidayət etmək üçün göndərdi.
◘Qiyamət günü Allah dörd kəs üzərində rəhmət nəzəri salmaz; ata-anasının haqqını tapdalayan kəsə, minnət qoyana, qəza və qədəri təkzib edənə və şərab içənə.
◘Peyğəmbər (s) buyurub: “Behişt qadınlarının ən üstünü dörd nəfərdir; Xüveylidin qızı Xədicə (ə), Məhəmmədin (s) qızı Fatimə (ə), İmranın (ə) qızı Məryəm (ə) və Məzahimin qızı, Fir`onun arvadı Asiya.
Həzrət Əliyə (ə) buyurub: “Dörd şey insanın belini qırar: camaatın itaət etdiyi günahkar rəhbər, ərinin onu qoruduğu, onun isə ərinə xəyanət etdiyi qadın, heç bir çarə və əlacı tapılmayan fəqirlik və daimi evdə yaşayan pis qonşu.
◘Yenə də həzrət Əliyə (ə) buyurub: “Ey Əli! Allah-Təala dünyaya nəzər edib insanların hamısından üstün olaraq məni seçdi. İkinci dəfə nəzər salıb səni bəyənib seçdi. Üçüncü dəfə nəzər salıb sənin nəslindən olan imamları seçib bəyəndi. Dördüncü dəfə nəzər salanda aləmin bütün qadınlarından üstün olaraq Fatiməni (ə) bəyənib seçdi.”
◘Hər kimdə dörd xüsusiyyət olsa Allahın nuruna qərq olar: 1. Allaha və Onun peyğəmbərinə iman gətirdiyinə görə özünü günahdan qoruyan. 2. Müsibətlər zamanı “inna lillahi və inna iləyhi raciun” (Biz Allaha məxsusuq və Ona tərəf də dönəcəyik) cümləsini yadından çıxarmayan. 3. Ona hər hansı bir xeyir yetişən zaman, “Əlhəmdu lillahi rəbbil-aləmin” deyən (yə`ni bütün xeyirlərin mənbəyinin Allah olduğunu bilsin). 4. Günaha düşdüyü zaman da “Əstəğfirullahə və ətubu iləyh” deyib dərhal tövbə edən.
◘Şaban ayının axırıncı cümə gününün xütbəsində buyurub: “Ey camaat! Sizin başınız üzərinə elə bir ay kölgə salıb ki, onun gecələrindən biri min aydan üstündür. Bu Ramazan ayıdır. Bu ayda sizin dörd əməli yerinə yetirməyə ehtiyacınız var. Bunlardan ikisi Allahın razılığını qazanmaqdan ötrü, digər ikisi isə öz məqsəd və hacətlərinizə yetişməyinizdən ötrüdür. Əvvəlincisi iki əməl Allahın yeganəliyindən və Məhəmmədin (s) peyğəmbərliyindən ötrü şəhadət verməyinizdir. Digər ikisi isə Allahdan hacət, behişt, salamatlıq istəyib, cəhənnəm atəşindən Ona pənah aparmağınızdan ibarətdir.
◘Öz əshabına buyurub: “İstəyirsinizmi, sizə elə bir əməl öyrədim ki, şeytan sizdən məğribdən məşriqə qədər olan məsafə qədər uzaqlaşsın?” Dedilər: “Bəli, ey Allahın Rəsulu!” Buyurdu: “Oruc şeytanın üzünü qaraldar, sədəqə belini sındırar, Allah yolunda dostluq və xeyir işdən ötrü həmkarlıq etmək onun kökünü kəsər, tövbə və istiğfar etməyə qəlbinin damarlarını qırar. Hər bir şeyin zəkatı var. Bədənin zəkatı da orucdur.” (Bəlkə də ola bilsin ki, bu əməldə məqsəd şeytanın bərk narahat olmasıdır.)
◘Mənim ümmətimdən olan hər hansı bir kişi dörd şeydən uzaq olsa behişt əhlindəndir: Dünyaya qərq olmaq, nəfsani istəklərə uymaq, qarınqululuq və (cinsi işlərdə) şəhvətpərəstlik. Eyni zamanda ümmətimin qadınlarından da hər kəs dörd şeyi yerinə yetirsə behişt əhlindəndir: İffətini qorumaq, ərinə itaət etmək, gündəlik beş vacib namazları yerinə yetirmək və Mübarək Ramazan ayının orucunu tutmaq.
◘Dörd şey qəlbi öldürər: Ardıcıl günah, qadınlarla çox söhbət etmək, axmaq adamla mübahisə etmək və ölülərlə oturub durmaq. Soruşdular: Ölülər kimlərdir?” Buyurdu: Əyyaş varlılar.
◘Həzrət Əliyə (ə) buyurub: “Ey Əli! Dörd günahın cəzası bütün günahların cəzasından tez yetişər; yaxşılıq müqabilində pislik etməyin, günahsıza zülm etməyin, vəfalı adama xəyanət etməyin və xoşrəftar qohumlarla əlaqəni kəsməyin.
◘Cəhənnəm əhlinin qaynar su içmələrinə, cəhənnəm əzabının tə`sirindən ah-nalə və fəryad qoparmalarına baxmayaraq, bundan əlavə, dörd nəfər insan da onların əziyyətinə səbəb olar. Birincidən soruşarlar: “Sən bədbəxt nə etmisən ki, belə əzaba düçar olmusan?” Deyər: “Camaatın malından yemişəm, onları qaytarmağa e`tinasız yanaşmışam (yaxud, yaddan çıxarmışam).” İkincisindən əzabın səbəbini soruşanda cavab verər: “Mən sidiyi yüngül tutub ondan çəkinmirdim (yə`ni, namaz və ibadətlə də işim yox idi). “Üçüncüdən soruşanda deyər: “Mən pis sözlərlə camaatı məsxərəyə qoyurdum (yə`ni, camaatın abır və heysiyyətinə təcavüz edirdim).” Dördüncüdən soruşanda deyər: “Mənim işim isə qeybət və sözgəzdirmək idi.”
◘Başın qabaq hissəsində ağ tük olması mübarək bir şeydir. Sağ və sol tərəflərdə olması səxavət nişanəsidir. Alının iki tərəfində olması şücaət əlamətidir. Başın dalında olması isə namübarək bir şeydir.
◘Mənim ümmətim gərək dörd halda haqqa riayət etsin; tövbəkarı dost tutsun, bacarıqsıza rəhm etsin, yaxşı iş görənlərə kömək etsin, günahkarlardan ötrü isə Allahdan bağışlanma istəsin.
◘Qadınlar dörd dəstədir: 1. Xeyir-bərəkətlə dolu və üzüçörəkli; 2. Qucağında və qarnında uşağı olan; 3. Ərinə qarşı bədxasiyyət; 4. Əziyyətcil.
◘Dörd şey peyğəmbərlərin sünnə və rəftarlarındandır: Ətirlənmək, evlənmək, misvak (dişləri təmizləmək) və həna qoymaq.
◘Dörd şey bədbəxtliyin nişanəsidir; gözün quruluğu, qəlbin bərkliyi, ruzi qazanmaqdan ötrü həris olmaq və bilərəkdən ardıcıl olaraq günah etmək.
◘Həzrət Əliyə (ə) buyurub: “Ey Əli! Dörd xüsusiyyət bədbəxtliyin əlamətlərindəndir; gözün quruluğu, qəlbin bərkliyi, arzuların uzunluğu və dünyaya olan sonsuz məhəbbət.
◘Yenə buyurub: “Ey Əli! Üç şey alan zaman qiymət saldırmaqdan ötrü çənə boğaz olma; qurbanlıq alan zaman, kəfən alan zaman, qul alan zaman və Məkkəyə səfər etməkdən ötrü minik kirayəyə götürdüyün zaman.”
◘Xəstəliyin dörd üstün cəhəti var; xəstələnənin üzərindən qələm götürülər (yə`ni, tərk etdiyi vaciblər və istəmədən düçar olduğu günahlara görə haqq-hesab olunmaz), Allah da göstəriş verər ki, sağlam olduğu vaxtda yerinə yetirdiyi əməlləri yenə də onun üçün yazsınlar, günahlardan təmizlənər, ölsə də bağışlanar, sağ qalsa da. (Bağışlanmada “həqqullah” Allah-təalaya aiddir, xəstəlik “həqqunnas”Allah-təala aid olan günahların bağışlanmasına səbəb olmaz.)
◘Qiyamət günü dörd suala cavab verməmiş bir adamı da addım atmağa qoymazlar: Ömrünü hansı işlərə sərf etdin?”, “Cavanlığını hansı işlərə sərf etdin?”, “Əlində olan mal dövləti hansı yolla ələ gətirdin və hansı yolda xərclədin?” Və bir də Əhli-beytə (ə) nə dərəcədə məhəbbət bəslədin?”
◘Bir gün Peyğəmbər (s) buyurdu: “Allah göstəriş verib ki, əshabımdan dörd nəfəri sevim və Allah Özü də onları sevir.” Soruşdular: “Ey Allahın Rəsulu, onlar kimlərdir? Biz hər birimiz onlardan biri olmaq istərdik.” Buyurdu: “Əli onlardan biridir.” Sonra bir az gözlədi və yenidən buyurdu: “Onlardan biri Əlidir. O biriləri Əbuzər, Salman və Miqdaddır.”
◘Əli (ə) buyurur: “Paxılların şərindən Peyğəmbərə (s) şikayət etdim, buyurdu: “Sən sevinmirsən ki, behiştə daxil olacaq ilk dörd dəstə mən, sən, arxamızca bizim övladlarımız, sağ və solumuzda bizim şiələrimizdir?”
◘Qiyamət günü dörd nəfər elə ki, qəbirdən qalxar, haqq-hesabsız cəhənnəm atəşinə gedər; sübh vaxtı yatan, gecəni qəflətdə keçirən, zəkat verməyən və davamlı olaraq günah edənlər. (Sübh vaxtı yatmaqdan məqsəd sübh namazını tərk etmək, gecəni qəflətdə keçirənlərdən məqsəd isə səhərə qədər oyaq qalıb günahla məşğul olmaqdır.)
◘Dörd şeyin azı da çoxdur; fəqirlik, dərd, düşmənçilik və atəş.
◘Dinin möhkəm qalması dörd nəfərə bağlıdır; əməl sahibi olan alimə, sual soruşmağa təkəbbür etməyən savadsız adamlara, minnətsiz bəxşiş edənlərə və axirətini dünyasına satmayan fəqirə.
◘Pis xasiyyət namübarək bir şeydir, qadına itaət etmək peşmançılığa səbəb olar, gözəl əxlaq zinət və əzəmətdir, sədəqə isə pis ölümün qarşısını alar.
◘İnsanlar dörd dəstədir; səxavətli, kərim, simic və ləim. Səxavətli odur ki, yeyir və bağışlayır. Kərim odur ki, özü yemir, başqalarına verir. Simic odur ki, özü yeyir başqalarına vermir. Ləim o kəsdir ki, nə özü yeyir, nə də başqalarına verir.
◘Dörd xüsusiyyət və ya onlardan biri hər kimdə olsa həmin şəxs münafiqdir; yalan, və`də xilaf, əhd-peymanı sındırmaq, düşmənçilik və toqquşmada heç bir iyrənc günahdan çəkinməmək.
◘Hər hansı bir mö`min dörd xasiyyəti tərk etməyincə Allahın əzabından amanda ola bilməz; simiclik, yalan, Allaha qarşı bədgüman olmaq və təkəbbür.
◘Peyğəmbər (s) dualarından birində belə deyir: Pərvərdigara! Mənə qarşı hiylə işlədən, gözünü mənə dikən, qəlbi mənim barəmdə (mənfi işlər haqda) fikirləşən, yaxşılıq görən kimi gizlədən, pislik görən zaman isə faş edən dostdan Sənə sığınıram!”
Ayətullah Meşkini, “Nəsihətlər” kitabı.
Tərcümə edən: Xəlifə Həmidov
Nəşr edən: Şəhriyar

Комментариев нет:
Отправить комментарий