Sələfilərlə xəvariclər arasında qarşıdurma səngimir. Aşağıdakı yazının xəvariclərin lideri Əlixan Musayevin xalası oğlu Mübariz Qarayevi müdafiə üçün paylaşdığı bildirilir. Məktubda Ə.Musayev “Əbu Bəkr” məscidinin rəhbəri Qamət Süleymanovu suçlayır. Məktubu olduğu kimi təqdim edirik.
“Tanıyanları arasında böyük hörmət bəslənən, hədsiz əxlaqlı olan Mübariz Qarayev Aşurbəy (Ləzgi) məscidinin imamıdır. Bir sıra dini, elmi kitabların tərcüməsində zəhməti olub. 2015-ci ilin mart ayında “Namaz təlimi” kitabını satdığına görə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb. Belə təvazökar, tərbiyəli, əxlaqlı şəxsin nədən tutulduğunu araşdırmağı özümə borc bildim. Alınan səhih məlumatlara əsasən Mübariz Qarayevin tutulmasında dövlətin xüsusi “marağı” olub. Altı mənbədən ardı arası kəsilmədən yazılan şikayət məktubları əsasında bu iş baş tutub. Hətta xüsusən elm tələbəsinin əlinin (Qamət Süleymanov) olması öz təsdiqin tapıb. Məqsədləri isə yalnız dünya malında nəaliyyət əldə etməkdir, yəni dinlə heç bir əlaqəsi yoxdur.
Nəticə etibarı ilə məscid imamı Mübariz Qarayev bir neçə dələduzun maraqlarına əsasən haqsız yerə cəza çəkir.
P.S. Xüsusi xidmət orqanlarından xahiş edirik ki, həmin şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, on birinci bölmə (Maddə 297.: Bilə-bilə yalan ifadə vermə) hökmünə əsasən məsuliyyətə cəlb edilsinlər”.
Qeyd edək ki, Əlixan Musayev Ramazan bayramı ilə bağlı dövlətin dini qurumlarını İrana tabe olmaqda ittiham etmişdi.
Bu barədə shafaqadogru.com saytı yazır ki, hər iki şəxs (Əlixan Musayev və Mübariz Qarayev) radikal fikirlərinə görə tanınırlar və bu gün İŞID və Əl-Nusra kimi terror təşkilatlarında döyüşən azərbaycanlılar bu iki xalaoğlunun tələbələridir.
Xatırladaq ki, bu Əlixan Musayevin ilk işi deyil və ötən illərdə Həcc ziyarəti zamanı ölkəmizin baş müftisi Hacı Salmanın arxasında namaz qılmağın həcci batil etdiyini deyərək, ziyarət edən dindarlar arasına çaxnaşma salmağa nail olmuşdu. Maraqlıdır ki, bu şəxs fürsət düşdükcə dövlət əleyhinə bu kimi təxribatlara yol versə də, “gözün üstə qaşın var” deyən yoxdur.
Ölkədə nə qədər şiə din adamı təxribatlara qarşı olduqları halda həbs olunsalar da, iki xalaoğlu sərbəst şəkildə öz qeyri-ənənəvi, radikal fikirlərini yayır, hətta son olaraq da ayı belə kollaj edərək, zərərli sünni-şiə qarşıdurmasını ölkəyə gətirmək istəyir.
İnanırıq ki, həm QMİ, həm də müvafiq qurumlar Azərbaycanı İŞID-ın oylağına çevirmək istəyən, dini qarşıdurmalara rəvac verən bu hərəkətlərin qarşını zamanında ala biləcəklər. Əks halda Azərbaycan bir neçə ilə ən yaxşı halda Yəmən və Suriyaya dönə bilər ki, bunu heç birimiz arzulamırıq.
azerinfo.org
Комментариев нет:
Отправить комментарий