Şinto Yaponiyanın qədim ayinidir və hal-hazırda Yaponiya əhalisinin əksəriyyəti özünü bu dinin ardıcılı hesab edir. Şinto dininin keçmişi animizm, totemizm və ata-babalara gedib çıxır. Qədim yaponların inanclarına görə, ruhlar hər bir yerdə -istər ulduzlarda, bitkilərdə, istərsə də ağaclarda, həşaratlarda və heyvanlarda- mövcuddur. Onların fikrincə saysız-hesabsız məbudlar evlərin və onların sakinləri üzərindən uçurlar. Qədim yaponlar ölülərdən qorxurdular və onların ruhlarının həyatda rola malik olmalarına, dünya işlərinin müqəddəratının onların əlində olmasına inanmışlar. Buna görə də onlara sitayiş edərək öz ehtiyaclarını onlardan diləyir və hədiyyələr verməklə özlərini onların qəzəbindən amanda saxlamağa çalışırdılar. Ölülərin qəbirlərində qiymətli əşyaların qoyulmasının səbəbi də bu idi. Kişi ölülərin qəbirlərinə qılınc, qadınların qəbrinə isə güzgü qoyurdular.
Böyük bir şəxsiyyət dünyadan gedəndə, onunla əlaqədar olanları da birlikdə torpağa basdırırdılar ki, axirət səfərində onun müdafiəçisi olsunlar. Qədim yaponlar arasında ölülərə ehtiram və onların pərəstiş olunması o dərəcədə geniş yayılmışdı, ölülərin ruhları tədricən tanrı məqamına çataraq, insanların xoşbəxtlik və bədbəxtliklərini təyin edən ilahələrə çevrildilər. Bu ruhlara yaxınlaşmaq məsələsində iş o yerə çatıb ki, onlar üçün hədiyyələr verməkdən əlavə, digər dini mərasimlər, o cümlədən ata-babaların qəbirləri önündə dua oxumaq, qurbanlıq vermək, hətta ziyanverici yağışların dəf edilməsi kimi bəzi hacətlərin istənilməsi üçün insanın qurbanlıq kəsilməsi barədə də məlumatlar var.
Şinto ilk əvvəldə əcdadlara sitayişdən qaynaqlanmış və üç formada olmuşdur: ailənin əcdadına sitayiş, qəbilənin ata-babalarına sitayiş, bir qövmün məbudlarına və sultanlarına sitayiş. Buna görə də ata-babaların, xüsusilə sultanların ailələrinin, vəfat edənin ailə üzvləri, görkəmli şəxsiyyətlər, qəbilə və tayfa başçıları, milli qəhrəmanlar və bir sözlə öz canlarını Yaponiya naminə fədakarlıqla əldən verən hər bir şəxsin ruhuna sitayiş bu ayinin əsasını təşkil edir.
ŞİNTONUN MƏNASI. Şinto Çin mənşəli mürəkkəb bir sözdür və iki hissədən- ruhlar, mə’budlar mənasını verən “şin” ilə yol mənasını daşıyan “tao” sözlərindən təşkil olunmuşdur. Deməli, bu sözün mənası “məbudlar yolu”dur. Şinto əvvəllər qədim yaponların arasında “ölülərin ruhlarının” ayini, yaxud “kamino-miçi” kimi tanınırdı. Yapon sözü olan “kami” təxminən Çin dilindəki “şin” kəlməsinin qarışılığı olub ruhlar mə’nasını ifadə edir və bu söz məbudlar barəsində də işlədilmişdir. Bu şərhlə şinto aşağıdakı tərifi kəsb etmiş olur: “Bu ayin Kamiyə və kami təfəkkürünə əsaslanan ictimai həyata olan etiqaddır. Belə ki əsrlər boyunca istər yerli, istərsə də xarici olan müxtəlif mədəniyyət və irqlərin birləşməsi, toqquşması nəticəsində qaynayıb-qarışmış və imperator sülaləsinin nəzarəti altında vahid forma alaraq yaranmışdır”.
ƏSASLARI VƏ ETİQADLARI. Müqəddəs Şinto mənbələrinə əsasən ilk əvvəldə üç məbud mövcud olmuşdur:
1. Amanumi-kanuşi-nukami, yaxud səma məbudu;
2. Takami-nusubi-nukami, yaxud qoruma və mühafizə məbudu;
3. Kami-musubi-mukami, yaxud məhsuldarlıq və bərəkət məbudu.
Daha sonra bunların nəsil artımı nəticəsində sonrakı məbudlar nəsli yaranmışdır. Nəhayət yeddinci nəsildə izanaqi (erkək məbud) və izanami (dişi məbud) adlı iki mə’bud bacı-qardaş surətində dünyaya gəlmişlər. Yaşlı məbudlar onlara Yaponiyanı xəlq etməyi əmr etdilər. O iki mə’bud yerlə göy arasında səyyar bir körpü düzəltmişlər. Sonra izanaqi oradan okeana enmiş, cəvahir nişanəli nizəsini şoran okean suyuna batırmış və onu o qədər qarışdırmışdır ki, onun şor suyu qatılaşıb donduqdan sonra öz nizəsini oradan çıxarmış və ondan daman hər bir damcı Yaponiyanın böyük adalarından birinə çevrilmişdir. Yaponiyanın digər adaları və eləcə də yapon xalqının nəsli bu iki bacı-qardaş məbudun nəsil artımından yaranmışdır. Digər məbudlar da başqa yollarla bu iki məbuddan əmələ gəlmişdir. Məsələn, günəş məbudu olan Amatraso izanaqinin sol gözündən xəlq olunmuşdur. Yapon imperatorları özlərini Amatrasonun nəvələri adlandırırdılar. Birinci Mikado (Yapon imperatorlarının ləqəbi və böyük darvaza mənasındadır) Amatrasonun övladı hesab olunur və onun tərəfindən Yaponiyaya hökmran təyin edilmişdir. Şintonun qədim mənbələrində qeyd olunur ki, Amatraso birinci Mikadoya xitab edərək demişdir: “Sən ey yüksək nəsəbli övladım, oraya (Yaponyaya) get və orada hökmranlıq et. Get, nemət və rifahın sənin sülalənlə birgə olacağına ümidvaram. Ümidvaram ki, o da (sənin hökumətin və sülalən) səma və yer kimi əbədi bərqərar olacaq”. Bu etiqada əsasən imperatora sitayiş Şintonun ən əsas dini əməllərindən biri hesab olunur.
Şinto dini mətnlərində məbudlara yalnız təvəllüd və nəsil artımı deyil, adi insanlar üçün təsəvvür oluna bilən bütün xüsusiyyət və simalar aid edilir. O cümlədən xəstəlik, qəzəb, hamama getmək, ağlamaq, paxıllıq, nalayiq sözlər danışmaq, viran etmək, ölüm-itim, aradan getmək və s. belə sifətlərdəndir. Nümunə olaraq, Şinto mənbələrində tufan məbudu Susa-novonun dağıdıcı bir təbiətə malik olmasının, onun rəftarının tərbiyəsizlik həddini də aşdığının qeyd olunmasını göstərmək olar. O, qələbə çaldığı zaman zülm, sitəm etmiş və nəticədə sair məbudlar tərəfindən cərimə olunaraq sürgün edilmişdir.
Şinto ayini təbiətin bütün təzahürlərinin günəş, tufan, yağış, ulduz və s. ayrıca bir allahı olduğuna inanır. Amma əvvəldə qeyd olunduğu kimi, bu məbudların hamısı, eləcə də maddi və qeyri-maddi varlıqlar bir ata və bir ana məbuddan, yəni izanaqi və izanamidən doğulmuşlar. Buna görə də bütün varlıqlarda ilahi təbiət vardır. Belə bir ideologiyanın əməli nəticəsi də bundan ibarətdir ki, hər bir yapon, həm buddist, həm xristian bu gün Yaponiyada mövcud olan 375 firqədən hansı birinə tabe olsa yenə də bir Şinto hesab olunur.
DİNİ DƏYİŞİKLİKLƏR. 6-cı miladi əsrinin əvvəllərində buddizmin mahayana firqəsi Yaponiya ərazisinə nüfuz etdi. Bu firqə cəhənnəm və cənnətə etiqad kimi bəzi ideoloji əsaslarına malik olduğuna görə Yaponiya əhalisi arasında sürətlə yayıla bildi. Belə bir ideologiya Şinto ayinində nəzərə çarpmırdı. Qarşılıqlı olaraq mahayana firqəsi Şintoya məxsus olan etiqadlardan bəzilərini müəyyən dəyişikliklərlə qəbul etdi. O cümlədən, ölülərin ruhlarına pərəstişi qeyd etmək olar ki, Şinto ayinində ruhlar insan həyatında əsas rol oynadığına görə diqqət mərkəzində saxlanıldı. Onu belə izahla qəbul etdilər ki, bu ruhlar həyatın yeniləşməsindən və ardıcıl doğulmalardan bir əsr əvvəl Kami surətində qalır və bu müddətdə diri insanların müqəddəratına təsir göstərir.
Bu iki ayində digər tədrici dəyişikliklər də baş verdi və nəticədə bu iki firqə bir-birinə daha da yaxınlaşdı. Hətta Şinto məbudları səmavi buddaların təcəssümü kimi də təqdim edildi. Həmçinin Budda ayinində ruhani hesab olunan dəstə mənasını ifadə edən budda-sətvə də tədricən şintoizm ardıcılları arasında yarandı. Halbuki, qədim şintoizmdə belə bir titul yox idi.
Mühüm məqam budur ki, Şinto ayini güclü fəlsəfə və nəzəri əsaslara malik olmadığından get-gedə mahayana firqəsində yox olmuşdu.
19-cu əsrdə öz hakimiyyətlərinin əsaslarını möhkəmlətmək istəyən Yaponiya imperatorları mahayana firqəsinin nüfuzuna dözə bilmədilər və bunun əvəzində Şinto ayinini gücləndirib yaymağa başladılar. Bunun da əsas səbəbi şintoizm əqidəsinin ən mühüm prinsipi, yəni imperatopa müqəddəslik verilməsi və ona pərəstiş edilməsi idi. Bu isə imperatorlar üçün gözəl dəstavüz idi və onlar buna görə də Şinto ayinini bir daha rəsmi dövlət dini kimi dirçəltdilər. Nəticədə, mahayana firqəsi sürətlə öz nüfuz və qüdrətini itirdi. Əlbəttə, mahayana firqəsinin etiqadi prinsiplərindən bəziləri Şinto ayinində qaldı ki, onlardan ən mühümü kimi cənnət və cəhənnəmə etiqadı göstərmək olar. Bu etiqadın əsasını insanların xeyir və ya şər əməllərinə görə mükafat və cəzaya layiq görüləcəkləri təşkil edir. Bununla belə şintoizm öz irqinin üstünlüyünə etiqad bəslədiyinə, yaponları digər xalqlardan daha kamil hesab etdiyinə və onları səmavi bir irq saydığına görə yaponlar üçün Makanoha adlı bir cənnət də nəzərdə tutmuşdur.
DİNİ AYİN VƏ MƏRASİMLƏR. Ata-babaların sitayiş edilib müqəddəs sayılması, imperatora ehtiram qoyulub müqəddəs sayılması klassik sintoizmdə geniş yayıldığı kimi yeni şintoizmdə də qaldı. Bundan əlavə, Yaponiyanın və yapon nəslinin seçilmiş, üstün irq kimi müqəddəsləşdirilməsi, onların birbaşa allahların övladları hesab edilməsi Şinto ayininin digər mərasimlərindəndir.
Şinto ayinində ailənin özü bir növ məbəd sayıldığına görə çox müqəddəs və möhtərəm tutulur. Hər bir yapon ailəyə və ondakı qayda-qanunlara hörmət etməyə borcludur. Atanın ailədəki ixtiyarı həddindən artıq çoxdur. Onun hətta öz övladını satmaq haqqı da var və cəza qismində öz övladını edam edə bilər. Qadın da qeydsiz-şərtsiz öz ərinə tabe olmalı, onun kobud hərəkətləri və yaramaz işləri qarşısında yalnız mülayim rəftar etməlidir. Eləcə də qızlara atalarından miras düşmür (Bu qayda-qanunlar Yaponiyanın müasir mülki-prosessual qanunlarında qüvvədən düşsə də, onlar Şinto ayininin mənbələrində nəzərə çarpır).
Şinto ayinindəki ibadətlər bir sıra nəğmələrdən, dua və zikrlərdən ibarət olmaqla əsas etibarı ilə məbədlərdə və ibadət edən şəxsin istək, ehtiyacları əsasında seçilən məbud qarşısında icra olunur. Günəş ilahəsinə (Amatraso) ibadətin xüsusi mövqeyi vardır. Amatrasoya sitayiş edilməsi üçün xüsusi məbədlər tikilmişdir və il boyu bu ayinin ardıcıllarından böyük bir qrupları onu ziyarət edir. Çünki Şinto ayininə tabe olan hər bir şəxs heç olmazsa ildə bir dəfə bu məbədi ziyarət etmək üçün ən mühüm Şinto məbədinin yerləşdiyi İse şəhərinə getməyi özünə borc bilir. Bu məbədlərdə günəşin simvolu olan dairəvi bir güzgü asılmışdır. Şinto etiqadına görə həmin güzgü Amatrasonun birinci Mikadoya etdiyi müqəddəs hədiyyədir.
Bu güzgüyə Şintonun iki müqəddəs kitabında -Kuciki (qədim mövzulara aid qeydlər) və Nihunci (Yaponiyanın əhvalatları)- xüsusi diqqət yetirilir. Nihunci kitabında qeyd olunur: “Amatraso qiymətli bir güzgünü əlinə alaraq və birinci Mikadoya xitabən dedi: Ey mənim övladım! Bu güzgüyə baxanda mənə baxdığını zənn et. Ümidvaram ki, bu güzgü sənin üçün müqəddəs güzgü olacaq”.
Kuciki kitabında Amatrasondan belə nəql olunur: “Bu güzgüyə böyük diqqət və ehtiram göstərin. Sanki o bizim əzəmətli ruhumuzdur, bizə hörmət etdiyiniz kimi ona da hörmət edin”.
Şinto məbudlarının simvollarına hörmət və onların qarşısında baş əymək kimi mərasimlərinə, hədiyyə verilməsi və məbudlar üçün maddi şeylərdən nəzirlər yığılmasını da əlavə etmək olar. Bu nəzirlər adətən yeməkdən ibarət olur. Hətta, bəzi məlumatlara görə hər gün müəyyən qədər qida məhsulları, o cümlədən 4 fincan şərab, 16 nəlbəki düyü, 4 nəlbəki duz, balıq, quş əti, meyvə və göyərti ilə birlikdə “İse” mə’bədinə hədiyyə olunur. Bu hədiyyələrdən bəziləri hər il Cinunun (birinci Mikadonun) qəbri üzərinə qoyulur.
Şinto ardıcılları yuxarıda qeyd olunan ritualları yerinə yetirməkdən əlavə, bəzi əməlləri də yerinə yetirməyə borcludurlar və bunlardan paklıq və təharətin adını çəkmək olar. Daimi yuyunmadan və paklanmadan əlavə, ildə iki dəfə çayda və dənizdə böyük paklanma mərasimi yerinə yetirilir. Belə ki, əvvəlcə hədiyyələr suya atılır və sonra hamı suya girərək özlərini yumaqla böyük günah və cinayətlərdən təmizləyir.

Seyid Əhməd Mahmudi: “Dinlərlə tanışlıq”. Tərcümə edən: Ağabala Mehdiyev
Комментариев нет:
Отправить комментарий