14.08.2015

Lerik ağsaqqalı: Daşdəmir Paşayev

Daşdəmir Paşayevin döyüş yolu 1943-cü ilin payızında Moskva altından, Belarusdan, Pribaltikadan keçib. Cəbhədə iki dəfə yaralanıb, qələbə sorağını Qorki şəhərində eşidib. Kəndinə döşü orden və medallı dönüb. Rayon polis şöbəsində pasport qeydiyyatçısı işləyib. O, pillə-pillə yüksəlib. Şöbə müdirinin müavini vəzifəsində polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb. 35 il asayişin keşiyində qüsursuz fəaliyyət göstərib, orden və medallarla, Fəxri Fərmanla təltif olunub.
Qələbə bayramı ərəfəsində Daşdəmir Paşayevin anadan olmanının 90 illiyi rayon ictimaiyyəti tərəfindən qeyd edilib.
İkinci Cahan müharibəsində Lerikdən 6500 igid gedib, Onlardan 1584 nəfəri həlak olub. Doğma diyara qayıdanlar taxıl əkiblər, bağ becəriblər, tikintidə çalışıblar, dövlət qulluğunda işləyiblər, asayişin keşiyində dayanıblar, sərhədi qoruyublar. İllər ötdükcə sıraları seyrəlib. Hazırda 11 nəfər sağdır. Qələbənin 70 illiyini qarşılayan veteranlar arasında Daşdəmir Paşayev də vardır.

"Söz" ədəbi-publisistik jurnalı

Комментариев нет:

Отправить комментарий