19.08.2015

SİONİZM

Yəhudilərin talehi sionizmin yaranması ilə sıx rabitədə olduğundan, sionistlərin öz siyasi hədəfləri istiqamətində yəhudilikdən və yəhudi tə’limlərindən geniş istifadə etdiklərindən, sionist protokolları vasitəsilə yəhudilər üçün yeni ideologiya nəzərdə tutduqlarından və nəhayət yəhudilərlə ümumi tanışlığı təkmilləşdirməkdən ötrü sionizmin mahiyyətini və tarixini qısa şəkildə araşdıraq.
SİONİZM NECƏ YARANMIŞDIR? Yəhudi qövmünün bir tərəfdən ardıcıl sərgərdançılıqları, digər tərəfdən də müqəddəs kitablarında vədəsi verilən diyara getməklə əlaqədar təkrar vədələrin verilməsi həmişə onların həmin ərazilərə çatmaq arzularında olmasına səbəb olmuşdur ki, orada öz müstəqil hökumətlərini təsis etsinlər. Tarix boyu bir neçə dəfə Fələstin diyarında məskunlaşaraq, orada Süleyman heykəli adlı məşhur məbədi yaratmalarına görə, həmin yer yəhudilərin nəzərində müqəddəs torpaq, yaxud vədəsi verilən yer kimi qələmə verildi. Buna görə də həmişə vədə verilən yerlərə getmək, Fələstinə getmək kimi məşhurlaşdı.
Bu arzular keçmiş əsrlərdə, xüsusilə İslam dininin Fələstində hakimiyyəti zamanı, sadəcə olaraq, müqəddəs yerin ziyarəti kimi qiymətləndirilirdi və dünyayın sair məntəqələrindən olan yəhudilər öz müqəddəs məkanlarını ziyarət etmək üçün oraya gedirdilər. Fələstində, eləcə də dünyayın sair məntəqələrində yaşayan yəhudilər heç vaxt Fələstini işğal edib orada müstəqil bir dövlət yaratmaq və müsəlmanları oradan qovmaq fikrində deyildilər. Çünki islamın bu diyara hakim olduğu dövrlərdə müsəlmanlarla yəhudilər qarşılıqlı anlaşma və firavanlıq şəraitində yaşayırdılar. (Amma məsihilərin hakimiyyəti dövründə yəhudilər ən ağır təzyiqlər atlında kütləvi şəkildə qırğına məruz qalırdılar. Bu dövrlərin hamısında yəhudi dövlətinin təsis olunması arzusu sadəcə bir etiqad şəklində mövcud idi ki, axirəz-zamanda və həzrət Məsihanın zühurundan sonra ümumdünya bir dövlət təsis olunacaq, hamı yəhudiliyi qəbul edəcəkdir. Hətta “səhyun aşiqləri” adı altında hərəkatın başlandığı 19-cu əsrdə onların məqsədi sion dağları ətrafında yəhudi mədəniyyəti və etiqadının yayılması üçün ruhani bir mərkəz yaratmaq idi; bu dövrə qədər müstəqil yəhudi dövləti təsis etmək üçün siyasi ideya da mövcud deyildi.
Amma 19-cu əsrin axırlarında siona qayıdış təfəkkürü Teodor Hertzel (1860-1904) tərəfindən siyasi bir ideya kimi irəli sürüldü və bununla da dünyada sionizm hərəkatının əsası qoyuldu. 1897-ci ildə İsveçrənin Bal şəhərində ilk konfrans təşkil edildikdən sonra bu hərəkat başlandı və bunun ardınca sionist təşkilatı yaradıldı ki, yəhudilərə vədə verilən ərazilərə qayıdışın və müstəqil yəhudi dövlətinin təsis olunması üçün lazım olan ilkin işlər görülsün.
Teodor Hertzel israillilərin sionist tədbirlərinin əsası olan “Yəhudi dövləti kitabı”nda aşağıdakı üç ilkin fərzi nəzərə almışdır:
1. Dünyanın hər bir yerində yaşayan yəhudilər hansı ölkədə olmaqlarından asılı olmayaraq, ümumi bir milləti təşkil edirlər.
2. Yəhudilər tarix boyu hər bir yerdə əzab-əziyyətlərə məruz qalmışlar.
3. Yəhudilər harada və hansı millətlərin arasında yaşamasından asılı olmayaraq, heç bir xalqa qarışıb onların içərisində assimiliyasiya olmamalıdırlar.
Hertzel bu üç müqəddimə əsasında tövsiyə edib deyir: “Yəhudilər sair millətlərə qarışaraq aradan getməməlidir; yəhudi mədəniyyəti və dinini yaymaq üçün bir mərkəzə ehtiyaclı olduğumuz kimi, yəhudi dövlətimizi yaratmağa da ehtiyac duyuruq ki, dünyanın bütün yəhudiləri orada bir yerə toplaşsınlar. Bu dövlət gərək boş və iddiası olmayan bir yerdə təsis olunsun”. Əlbəttə boş və iddiasız yer deyildikdə, məqsəd bu deyildir ki, yerli əhalisi və sakinləri olmayan bir yer tapılsın. Həqiqətdə bu söz həmin ərazinin yerli əhalisinə etinasızlıq və diqqətsizliyin və o dövrə hakim olan istismarçı təfəkkür-tərzinin bəyanedicisi idi. Bu müddəanın şahidi də budur ki, Eynşteyn Vaizmendən “Əgər Fələstin yəhudilərə verilsə, ərəblər nə etməlidirlər?” deyə soruşduqda o, belə cavab verir: “Hansı ərəblər? Onlar elə də nəzərə çarpan millət deyillər”. Qoldamayr 1969-cu ilin iyun ayının 15-də belə bir elan verir: “Fələstin mövcud deyildir; belə təsəvvür olunmasın ki, nə vaxtsa Fələstin xalqı mövcud olmuşdur və biz də gəlib onları buradan qovmuşuq. Onlar ümumiyyətlə mövcud olmamışlar.
Ümumiyyətlə, sionistlər həmin dövrdən etibarən, yəhudilərin dini əqidəsindən istifadə edərək, fələstinlilərin torpaqlarını alıb onları zorla öz doğma yurd-yuvalarından didərgin salmaq, yəhudiləri dünyanın müxtəlif nöqtələrindən oraya yığmaq və onları bu yerlərdə məskunlaşdırmaq planına başladılar. 1917-ci ildə yəhudilərin Fələstinə qayıtmaq haqqını rəsmi şəkildə tanıyan Bill Four bəyannaməsindən sonra yəhudilərə torpaq və məskən verilməsi çox sürətlə başlandı. Hegemon dövlətlərin, o cümlədən ingilis və amerikanlıların göstərdiyi yardımlar sayəsində 1948-ci ildə fələstinlilərin işğal olunmuş ərazilərində müstəqil İsrail dövləti təsis olundu. O zamandan indiyə qədər həmin üzdəniraq və qondarma dövlət islam dünyasında törənən müsibət və fitnələrin mərkəzi, yaxın şərqdə əmin-amanlığın pozulmasının və qeyri-stabilliyin əsas səbəbkarı olmuşdur.
SİONİST TƏRZİ-TƏFƏKKÜRÜ. Sionistlər müstəqil yəhudi dövləti təsis etdilər, yəhudiləri vədə verilən diyara qaytardılar və tarix boyu (əlbəttə, öz iddialarına əsasən) məruz qaldıqları zülm, sitəm və sərgərdançılıqdan qurtarmaq üçün öz hədəflərini elan etdilər. Amma məsələ bununla da bitmədi; dünya sionist təşkilatı təsis olunduqdan və sionist protokolu imzalandıqdan sonra onlar dünyəvi bir hökumət təsis etmək, bütün dünyanı və bütün millətləri əsarət altına alıb bəşəriyyətə ümumi rəhbərlik məsələsini irəli sürdülər və əməli olaraq, bu məqsədin həyata keçirilməsi üçün fəaliyyətə başladılar.
Sionistlər bu ideya və düşüncəni irəli sürdükdə Tövrat və Təlmudun “yadları qovmaq” və ifratçı irqçilik nəzəriyyələrindən çox istifadə etdilər; bu düşüncəni əvvəlkindən bir neçə dəfə artıq və qabarıq şəkildə böyüdərək sionist protokolları formasında öz məramnamələri kimi qəbul etdilər. İndi bu protokolun bə’zi hissələrini nəzərinizə çatdırırıq:
“Demokratiya, insan haqları və siyasi azadlıq sırf ideyadan başqa bir şey deyildir və onun heç bir həqiqəti yoxdur. Amma bizlərdən hər birimiz lazım olan hallarda ayrı-ayrı xalqların bəzi quruplarını cəzb etmək üçün bu yağlı tikələrdən istifadə etməliyik; öz partiya və mənafeyimiz naminə, qüdrət və hökuməti ixtiyarlarında olan müxalif partiyaları məhv etməkdən ötrü bu imkanlardan istifadə etməliyik”.
“Bu gün qızıl və pulun qüdrəti liberalizm tərəfdarları olan hökumətlərin yerini tutmuş, dindarlıq hakimiyyətinin dövrü ötüb keçmişdir. Xalqların azadlıq ideyasının gerçəkləşməsi qeyri-mümkündür”.
“Siyasətin mehvəri əxlaqi dəyərlərdən tam ayrıdır. Bu ikisi heç bir vəchlə müştərək deyildir, əxlaqi qayda-qanunlara tabe olan hakim məharətli siyasətçi deyil və nə qədər ki, hakimiyyət kürsüsündə əyləşib, həmişə məhv olmaq ərəfəsində olacaqdır”.
“Şərab qeyri-yəhudi millətlərini başını gicəlləndirmişdir. Onların cavanları sərxoşluq nəticəsində kütbeyin olmuşlar. Bu kütbeyinlilik və axmaqlıq onları tənbəlləşdirib, öz qədim miraslarını araşdırmaq sərhəddində qalmalarına və artıq bir addım götürə bilməmələrinə səbəb olmuşdur. Onlar getdikcə həmin vəziyyətdə qalmağa daha artıq həvəsləndirilirlər. Onların geriliyə təşviq olunmaları bizim vasitəmizlə baş verir. Xüsusilə, ayrı xalqlardan hazırlayıb tərbiyə etdiyimiz insanların vasitəsilə! Həmin xalqlardan hazırlanan bu kimi şəxslər öz millətlərini səfalətə sürükləməkdə, qeyri-yəhudi cavanlarını azğınlığa doğru çəkməkdə daha müvəffəq olurlar. Xüsusi müəllimlər, xidmətçilər, dayələr, varlıların evlərində işləyən xadimələr, katibələr, katiblik işçiləri, saraylarda və əyləncə məkanlarında, qeyri-yəhudilərin gediş-gəliş etdiyi yerlərdə işləyən qadınlar və s. şəxslər sonuncu növdən sayılırlar. Adətən qadınlar cəmiyyəti adı ilə qeydə alınan bu fenomenlər və o yerlərə gediş-gəliş, qaynayıb-qarışmaq, azad əyyaşlıq və fəsad məqsədləri üçün nəzərdə tutulub”.
“Bizim əlimizdə olan mətbuat mərkəzlərinin vəzifəsi bundan ibarətdir ki, millətin zəruri və həyati ehtiyaclarından danışsın, insanların şikayətlərini, giley-güzərlarını kütləvi informasiya vasitələrində işıqlandırsın, narazıçılıq və qəzəb amillərini qızışdırmağa çalışsın. Çünki mətbuat informasiya və əqidə azadlığının qələbə çalmaq təcəssümüdür”.
“Bədbəxt fəhlə kütlələrini müsibət və bədbəxtçiliklərdən xilas etmək iddiası ilə ictimai-siyasi səhnəyə varid olub, onları sosializm, anarxizm və kommunizm bayrağı altında yaratdığımız düşərgələrdə vuruşanlara qoşulmağa dəvət edirik. Biz, xromosom qanunlarımızdan biri olan insanlıq, həmrəylik və qardaşlığın mənasız olması prinsipinə tabe olaraq, bu bayraqdarlara kömək göstəririk”.
“Azadlıq və demokratiya kəlməsi müxtəlif qurupları hər növ qüdrət və istilaçılıqla müharibə səmtinə o qədər çəkir ki, hətta onlar allahla mübarizə aparıb, onun təbii qanunları müqabilində müqavimət göstərirlər. Buna görə də öz hökumətimizi bərqərar etdiyimiz zaman bu kimi sözlər həyat lüğətindən silinəcək; çünki azadlıq ədalətli qüdrətə ilham verən bir əsasdır; elə bir qüdrət ki, insan kütlələrini qana susumuş heyvanlar kimi quzğunlaşdırır”
“Onlardan (qeyri-yəhudilərdən) allaha olan imanı ala bilsək, qüdrətin əzəməti küçələrə çıxarılacaq. Çünki, hal-hazırda hakimiyyət haqqı o kütlələrindir. Belə olan təqdirdə biz bu haqqa sahib olarıq”.
“(Qeyri-yəhudi ölkələrindəki) sənayeni və istehsalı məhv etmək üçün onların arasında əyyaşlığa, dünyapərəstliyə eşq-məhəbbət yaratmalıyıq və onları belə bir vəziyyətə doğru təşviq etməliyik. Bu kimi həyatın ləzzətlərini onların nəzərində cilvələndirməliyik; çünki onun kökləri möhkəmlənsə, bu meylin heç vaxt tə’min olunmaması heç bir şeyə rəhm etmədən onu udacaqdır”.

Seyid Əhməd Mahmudi: “Dinlərlə tanışlıq”. Tərcümə edən: Ağabala Mehdiyev

Комментариев нет:

Отправить комментарий