Nədir boğazımda bu pinti içgi?!
İçimdə çırpışır min bir çəlişgi!
Nədir sözlərində bu susğun hüzün?!
İçimdə bağırır o vəhşi gözün!
Nədir kirpiyində hörümcək toru?!
Açılır, yumulur, sorulur soru!
Nədir yerişində bu şor göz oyun?!
Rəhm edin ruhuma, cismimi soyun.
Nədir hesabında bu qorxunc sayı?!
Qorxudan hər gecə içirəm ayı!
Nədir bu duvarlar?! Nədir bu otaq!?
Yalqızlıq seks üçün səribdir yataq!
Nədir bu kitablar? Nədir düşüncə?!
Dostu yox düşənin bildim düşüncə!
Nədir bu xiyavan?! Eşik mi, beşik?!
Görülməz güllədən eşq dəlik-deşik!
Nədir bu qaç ha qaç, hay-küy, tut ha tut?!
Bir heçə hey sevin, dərdivi ovut!
Nədir bu nəfəslər? Hazır məzar mı?!
Əzrail gəlincə yolun azarmı?!
Nədir bu qucağın, adamsız ada?!
Zəncirsiz dəliyəm, məhküm fəryada!
Əridir beynimdə sual qurğuşun!
Çəkirlər kəlmələr beynimə qoşun!
Nədən şerlə məni edirsən xitab?!
Axır öldürəcək məni iztirab!
İçimdə çırpışır min bir çəlişgi!
Nədir sözlərində bu susğun hüzün?!
İçimdə bağırır o vəhşi gözün!
Nədir kirpiyində hörümcək toru?!
Açılır, yumulur, sorulur soru!
Nədir yerişində bu şor göz oyun?!
Rəhm edin ruhuma, cismimi soyun.
Nədir hesabında bu qorxunc sayı?!
Qorxudan hər gecə içirəm ayı!
Nədir bu duvarlar?! Nədir bu otaq!?
Yalqızlıq seks üçün səribdir yataq!
Nədir bu kitablar? Nədir düşüncə?!
Dostu yox düşənin bildim düşüncə!
Nədir bu xiyavan?! Eşik mi, beşik?!
Görülməz güllədən eşq dəlik-deşik!
Nədir bu qaç ha qaç, hay-küy, tut ha tut?!
Bir heçə hey sevin, dərdivi ovut!
Nədir bu nəfəslər? Hazır məzar mı?!
Əzrail gəlincə yolun azarmı?!
Nədir bu qucağın, adamsız ada?!
Zəncirsiz dəliyəm, məhküm fəryada!
Əridir beynimdə sual qurğuşun!
Çəkirlər kəlmələr beynimə qoşun!
Nədən şerlə məni edirsən xitab?!
Axır öldürəcək məni iztirab!
Комментариев нет:
Отправить комментарий