Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -33
Elçin Bayramlı: Hər bir insanın ana dilindən sonra yaxşı öyrənməli olduğu dil rus dilidir.
İbrahim İmanlı: AtamIn bir sözü vardı, deyirdi, a kişi, ayıbdı, bunlar kimə gəldi xaricdə ağlaşma qururlarki 1 milyon qaçqınımız var, nə bilim, Xocalıda bizi belə elədilər, orda elə. Adama deməzlər ki, bəs siz nə kişisiz onda? Nə cür millətsiz ki, sizi belə ediblər? Adam utanır vallah. Ən çox da bu hal Cənubi azərbaycanlıları dəhşətə gətirir. Onlar o qədər qoçaq millətdilər ki, Qarabağı bir həmləyə alarlar.
Fariz Babayev: Bəzi başdanxarablar hələ də unudur ki, Türkiyədə kifayət qədər erməni də var. İstanbulda hunəri var Türkiyə bağıranlar erməni, kürd tinerçilərinin qorxusundan bayıra çıxsınlar!
Anar Musayev: “XALQLAR DOSTLUGU” metrosunun adını dəyişib TOLERANT metrosu qoymaq lazımdı, qoy Amerikanın xoşu gəlsin bizdən.
Nizami Məmmədov: Demək olar ki, bütün günü rus kanallarına baxıram. Ay kişilər, bütün aparıcılar efirə adam paltarında çıxırlar. Bu bəzilərinin bəyənmədiyi o ruslar, bu da “bizim”... Nə isə, lənət şeytana!
Şıxızadə Rizvan: Mənim bir müəllimim var idi, deyirdi biz əvvəl fəxrlə diyərdik SSRİ kimi qüdrətli vətənimiz var, indi vətən deyəndə yevreylərin, masonların peşkası yada düşür.
Rusiya Dağılacaq: “Soledad” serialı yadınıza gəlir? Bəli, sekretarşa qız, onun şampunçik mudiri ilə sevişməsi, şampunçikin yaşlı, çirkin arvadı. Həmin serialın ssenaristinin, rejissorunun və cəmi çəkiliş heyətinin var-yoxunu dərin ehtiram hissi ilə yad edirəm, çünki ofis həyatı ölkə gənclərinin beynini həmin serialdan sonra dumanlandırmağa başladı. “Soledad”dan sonra sarışın, mavigöz kor olmuş qız haqda serial başladı. Ayenes seriallar verməyə təzə-təzə başlamışdı, camaat əsl mədəni şok yaşayırdı. Serial qəhrəmanlarının binamus hərəkətlərindən hiddətə gəlirdi, onları elə hey söyürdü. Söyürdü və tamaşaya davam edirdi. “Hadi”yə hələ çox var idi.
Taleh Məmmədov: Mən çoxdan şübhələnirdim ki, Koperfild Bakıdadır. Çünki şəhərdə nə qədər bina yoxa çıxıb. Qız qalasının yanında, Gənclik mehmanxanası, Qarabağ mehmanxanası, Bakı mehmanxanası və s. Hələ yoxa çıxan küçələri demirəm. H.Əliyev adına sarayın arxasında bütöv bir məhəllə qeyb olub.
Devran Abdullah: Osmanlı hərbçilərinin Bakını işğal günü ilə qürurlanmaq müstəqil Azərbaycan tərəfdarlarına yaraşmaz. Osmanlı qoşunu Qafqazı isğal etmək üçün gəlmişdi. Bunu tarixdən xəbəri olan hər kəs bilir. Osmanlı qoşunlarının yalnız əhalini xilas etmək üçün bura gəldiyini düşünmək sadəlöhvlükdür, həm də savadsızlıq. Əlbəttə iki pisdən daha az zərərlisi seçilir. Osmanlının buranı işğal etməsi müsəlmanları qətlə yetirən Bakı komissarlığının isğalından daha yaxşı idi. Biz də onlara kömək etmişik. Türklərə həm Çanaqqala döyüşündə əsgəri yardım etmişik, həm də Nərimanovun vaxtında böyük maddi yardım göndərmişik. Həm də nəzərə alsaq ki, Osmanlı 1-ci dünya muharibəsində məğlub olmasaydı, müstəqil Azərbaycan Osmanlının bir əyalətinə çevriləcəkdi və o zaman əhalinin əqidəsinin (şiəliyin) dəyişdirilməsinə cəhd edilmək ehtimalı olacaqdı, o zaman Osmanlının buranı işğal etməsini o qədər də qürurlandırıcı hadisə hesab etmək olmaz.
Piri Baba: İstanbulda onun türk hesab etdiyi qızların özündən soruşanda məlum olacaq ki, bunlar Türkiyə vətəndaşıdir, türkcə danışır, ancaq hərəsi bir Balkan və ya Qafqaz, yaxud Yaxın Şərq milliyyətinin nümayəndəsidir. İstanbulda kürdlər də çoxdur. Orada omuşam. Heç kim ömründə türk görməyib. Məsəl üçün, bizim adamların türk saydığı Emel Sayin Makedon slavyanı, Sezen Aksu qaraçı, İbrahim Tatlısəs kürd, digərləri bolqar, yunan, çərkəz (kabardin) və s.
Fərhad Həsənzadə: Cəhalət məlumatın azlığından və onun tənzimlənməsindəndir.
Əfşar Süleymani: Monopolistlər bütün gəlirləri öz əllərində cəmlədikləri üçün onu da xərcləyib özlərinə tərəfdaş yığırlar. Seçkilərdə də bütün imkanlardan istifadə edrlər. Bu ədalətsizlik Azərbaycanda var. Əgər bütün gəlirlər hamının çəkdiyi zəhmət müqabilində paylansa, qanunlar işləsə, rüşvət, korrupsiya olmasa təbii müxalifət yaranar və o da hakimiyyətə zaman-zaman tələb irəli sürə bilər.
Orxan Fikrətoğlu: İncəsənət Universitetində nağaraçalanlar dərs deyir.
Nəsib Namazov: Yazırlar ki “İranda insan azadlığı yoxdu, körpə uşaqlara cinayət işi verərək insanların canına qorxu salırlar”. Ama gör Amerka və ya İsrail haqda kimsə nəse deyir. Hə, yeri gəlmişkən, çox uzağa getməyək , real Azərbaycandan danışaq. Təsvir elə ki 1 nəfər üstündə İran bayrağı olan və ya Rəhbərin şəkli olan 1 köynək geyib Bakıda gəzir. Sizcə ona necə baxarlar?! Amma Bakıda nə qədər adam var ki, Amerka və ya İsrail bayrağı olan köynəklər geyir, heç gör onlara nəsə deyən var?..
Hafiz Mirzə: Torpağı, yurdu, el-obası əldən gedir, qalıb döyüşmür, qaçır, amma birisi ona “qaçqın” deyəndə əsəbiləşib baltaya əl atır.
Həmid Herisçi: Məntiqin zəif olduğu yerlərdə, məsəlçün Azərbaycanda, absurd janrı özünün ən çiçəklənən dövrünü yaşamaqdadır.
Ağalar Məmmədov: Yalnız Azərbaycan dili ilə dünya filosofu olmaq olmaz.
Mirvari Qəhrəmanlı: Xarici şirkətlər bizim kimi ölkələrdə çalışmağa başlayanda öncə Əmək Məcəlləsində dəyişiklik etdirib, ora özlərinə sərfəli maddələr əlavə edirlər.
Mətləb Dadaşov: Rüşvətə “HÖRMƏT” deyilən ölkənin təhsil sistemi necə olmalıdır?!
Namiq Cavad: Bu ölkədə insan doğulanda rüşvətlə tanış olur, orta məktəbdə dərsini alır, ali məktəbdə praktikasını keçir, iş həyatında da rüşvətlə idarə olunan sistemin xidmətçisi olur.
Vüsal Hətəmov: Vətənə, millətə, genefonda, milli-mənəvi dəyərlərə xəyanətdə teleradio şirkətləri birinci yerdədir.
Araz Əlizadə: Amma uşaq vaxtı əkdiyim o ağaclar illər keçəndən sonra Hacıbala Abutalıbov tərəfindən qırıldı.
Atilla Əli Ağazadə: Putin Azərbaycan xalqına daha yaxın siyasətçidir, nəinki Ərdoğan.
Mətləb Dadaşov: O alman xalqını o cür intellekt sahibi edən məhz rəhmətlik Hitlerin qoyduğu qanunlar olub ki, bu gün də o ölkəyə polis heç lazım deyil, hər bir alman özü bir polisdir! Dünyanın gerçək tarixini öyrənib, ölkələrin real vəziyyətinə baxıb, analiz edib, dəyərləndirmək lazımdır.
İlkin Abbasov: Səhv deyib Stalin, yəhudilərdən nəinki səhiyyəni, bütün dünyanı qorumaq lazımdır. İmkan vermədilər Hitlərə, imkan vermədilər, yoxsa indi mədəni bərabərhüquqlu cəmiyyətdə yaşayırdıq.
Nadir Ağayev: Respublikanın yaşlı nəslinə məlumdur ki, 1970-ci ilə qədər Bakıda ancaq belə bir ifadə işlədilirdi: bakılı, yaxud rayonlu. Regionçuluqdan əsər-əlamət yox idi. Adamların vəzifələrə təyin edilməsində isə qəti olaraq fərq qoyulmurdu ki, bakılıdır və yaxud da rayonlu. Baxmayaraq ki, AKP MK-nın 1-ci katibi V.Axundov təmiz bakılı idi, respublika səviyyəsində vəzifədə iki bakılı vardı: Şıxəli Qurbanov (AKP MK katibi) və Sabiq Rəhimov (yüngül sənaye naziri). Orta səviyyəli vəzifələrdə çalışan bakılıları da barmaqla saymaq olardı. O dövrdə Azərbaycanda korrupsiya və rüşvət də təsadüfi və demək olar ki, yox dərəcəsində idi. Necə deyərlər, o vaxt hədiyyə məsələsi vardı. Əgər partiya, sovet və hüquq-mühafizə orqanları əməkdaşlarına gördükləri işə görə kimsə hörmət edib, hədiyyə verərdisə, hədiyyə verən də, hədiyyə alan da 5-10 gün, yəni ara sakitləşənə qədər qorxularından yatmazdılar. Respublikada tayfabazlıqdan, yerlibazlıqdan əsər-əlamət yox idi. Xidməti vəzifəsindən sui-istifadə etmək çox təsadüfi hal idi. Hesabatların şişirdilməsindən, pripiskadan isə heç söhbət belə gedə bilməzdi.
Vasif Əfəndi: Qəribədir, nəyə görə bu kürd nəfəsi bizi həmiş təqib edir? Təsadüfdür, yoxsa reallıq. Niyə məhz müsavat başqanının dədə- baba kəndinin adı Kürdlər kəndi olmalı idi? Füzuli rayonu Kürdlər kəndi. Sonradan İsa Qəmbər Milli Məclis sədri olanda bu kəndin adı dəyişdirildi.
İbrahim İmanlı: Yalnız kovboylara verilib imtiyazlar. Qoylar ancaq qul olmalıdirlar. Bizdə maaşlar qalxan kimi dünya bankı gəlir etirazını bildirir.
Seymur Abbas: Beyrutdakı bir xristian qoca qarı neçə illərdir ki, çiynində Hizbullah bayrağı ilə gəzir. Soruşurlar ki, sən xristian məhləsindənsən, niyə cənubluların bayrağını daşıyırsan? O da cavab verib ki, başımıza İsrail mərmiləri yağış kimi yağanda bizi qoruyan bu oldu, Qərb yox.
Musəvi Baxşəliyev: Nurçular kürdlərdir. İstər Səid Nursi, istər Sunqur, istərsə də Fətulla Gulən. Ən əsası isə ilanın ağına da, qarasına da lənət. Bunlar sionistlərdən betərdirlər.
Vasif Alışlı: İnsanlar növbəti ayın kreditini necə ödəyəcəkləri fikrini kənara qoyub başqa şey fikirləşsələr, tamam başqa xeyirli şeylər olar.
Araz Əlizadə: İsa Qəmbər DTK-nın agenti olub. Əbülfəz Elçibəy də DTK-nın agenti idi, onun ətrafındakılar da. Təsadüfi deyil ki, Yevgeni Primakov 20 yanvardan əvvəl Bakıda olarkən Vaqif Hüseynova demişdi ki, kimə toxunursunuz toxunun, bircə İsa Qəmbərə toxunmayın, biz ondan hələ çox istifadə edəcəyik. Primakov ömrü boyu Rusiya kəşfiyyatının böyük agentlərindən biri olub, sonradan xarici kəşfiyyat idarəsinin rəisi oldu.
Elçin Bayramlı: Qərbdə təhsil qulları daha məhsuldar işlətmək və zombiləşdirməyə hesablanıb. Sovet təhsili isə məsələn, orta məktəb şagirdinə Hind okeanının cənub-şərq sahillərində 4 min metr dərinlikdə yaşayan canlılar haqqında da genış məlumat verirdi.
İlkin Hüseyni: Deyirlər ki şiələr dünyada niyə az saydadır? Az olar da. Kim taxta çıxıb, şiə müsəlmanlarına qarşı qətliam törədib. Əməvi xəlifəsi Əbdül Məlik ibn Mərvanın dövründə (təkcə) 600 000 şiə öldürülüb. Harun Ər Rəşid on minlərlə şiəni qanına qəltan edib.Teymurləng Xorasana hücumu zamanı 10 000 şiənin başını vurduraraq özünə ehram düzəltdirib. 1-ci Sultan Səlim 30 000 şiə ailəsini məhv edib. İndi də R.Tayyib Ərdoğan Suriyadakı terrorçularla birlikdə şiələri qırır. Pakistan, Əfqanıstan və İraqda ümumilikdə on minlərlə şiə Əl-Qaidə və Taliban terroruna məruz qalır.
Əli Məmmədzadə: Azərbaycanın yarsını rak eləyən TEKSUNu yeyib, türklərə qardaş deyənləri, bir də İranda müalicə alıb, sağalıb qayıdandan sonra da İrana düşmən deyənləri heç başa düşə bilmirəm.
Corc Buş: “Xaricdən idxal etdiyimiz malların böyük hissəsi bizə kaloniyalardan gəlir”.
Elgün İbrahimli: Kapitalizmin var-yoxuna salam olsun.
Elçin Bayramlı: Müsavat dövründə ali təhsillilərin sayı 100-ə çatmırdı, amma inqilabdan cəmi bir neçə il sonra möcüzə baş verdi sanki. Bunları etiraf etmək çoxmu çətindir? Türkçülükdən danışanlara deyin ki, isğal müstəmləkə belə olmur.
Professot Stoleşnikov: Vahhabilər İngiltərənin, kürdlər İsrailin gizli ordusudurlar.
Dağlı Bərməki: Qozun içıni qoyub, qabığından yapışmayın!
Mehman Cabbarov: Güneylilər azad olub gedib kürdlərə, türklərə, yəhudilərə nökər olsunlar? Məncə onlar İranın tərkibində yaşamağı üstün tutarlar.
Elnur Astanbəyli: 200 il ruslarla qaynayıb-qarışdıq, sayələrində məktəblərə, universitetlərə, akademiyalara, filarmoniyaya, konservatoriyaya, kinoya, teatra qovuşduq. Amma üç il əvvəl “Zenit” UEFA çempionu olanda kimsənin nə tükü tərpəndi, nə qılı qımıldadı. Di gəl 13 il əvvəl “Qalatasaray”ın UEFA çempionu olmasından söz düşəndə indi də gözümüz parlayır, qanımız coşur.
Комментариев нет:
Отправить комментарий