Bəhruz Xəlil
Hamı gedir, qalan kimdi
Bu pinti dünya içində?
Yaşamaqa həvəs yoxdur,
Bu insanlığın köçündə.
Heç kim heç hara getməyir,
Dünya gedir biz qalırıq.
Yeni dünya əyilməsin,
Ayaq üstə düz qalırıq.
Sevgilərin son nəfəsi,
Qaranlıq otaq kimidir.
Həvəsin işvə-nazı çox,
Balaca uşaq kimidir.
Комментариев нет:
Отправить комментарий