Cəlilabad rayonu Üçtəpə kənd sakini Yarıyev Ramiz Qədir oğlu tərəfindən xalqxeber.az-a göndərilən məktubda deyilir:
Heç kimə sirr deyil ki, ərazi bütövlüyümüz uğrunda gedən mübarizədə xeyli şəhid və əlilimiz olmuşdur. Tanıdığım xeyli insan var ki, lazımı sənədləri olmadığı və get -gələ salındığı üçün əlillik statusundan imtina edib yaşamına sadə insan kimi davam edir. Bununla yanaşı saxta yollarla şəhidlik və müharibə əlilliyi alanlar da var. Xalqımızın bir nümayəndəsi kimi mən də şəhid və əlil adına hörmətlə yanaşıb onların müqəddəsliyi qarşıında baş əyirəm. Elə bu üzdən də bir qrup Cəlilabad rayon vətəndaşı kimi, saxta yolla şəhid və əlil adını alan şəxslərin ifşa olunmasında bu adın müqəddəsliyinə ləkə vuranlara qarşı əlimdən gələni əsirgəməmişəm. Lazımı sənədlər və faktlarla aidiyyatı orqanlar qarşısında məsələ qaldırmağımıza baxmayaraq bu saxta statusların ləğvi mümkün olmamışdır. Səbəb isə elə həmin orqanların özləri bu saxtakarlıqda iştirak etdikləri üçün yenidən öz qərarlarını pozmamaqda israr edirlər. Artıq iki ildir saxta yolla şəhidlik statusu alan Mirşamil Mürsəlovun cinayəti barədə orqan qalmıyıb müraciət etməyək. Bütün orqanlar isə bu işin onların qurumuna aid olmadığı haqqında yalnız məktub göndərirlər.
Mirşamil Mürsəlovun mərhum oğlu Mirəjdər Mürsəlov 1998-ci ildə Tərtər rayonunda yerləşən 190 saylı hərbi hissədə ehtiyatsızlıqdan elektrik cəryanı vurması nəticəsində həlak olub (Nədənsə bu cinayət işi barəsində Tərtər rayon hərbi prokurorluğunda cinayət işi açılması rədd ediblər). Buna baxmayaraq Mirşami Mürsəlovun saxtalığı nəticəsində verilən arayışa müdaxilə edilərək "elektrik cərəyanı vurması nəticəsində həlak olmuşdur" sözləri "güllə yarası ilə həlak olmuşdur" sözləri ilə əvəz edilib, 3 nəfər yalançı şahid təqdim etməklə şəhidlik statusu alınmışdır. Mirşamil Mürsəlovun bu saxtakarlığı haqqında bilməyən yoxdur. Bu yolla o nəinki dövlətə maddi zərər vurur, həm də Şəhid adına hörmətsizlik edir.
Yazdıqlarımın doğru olması ilə bağlı sənədləri sizə göndərərək bir daha aidiyyatı qurumlardan xahiş edirəm ki, gəlin Şəhid və əlil adına hörmət qoyub onu saxtalaşdıranlara qarşı mübarizə aparaq.
http://xalqxeber.az/bolge/17155-celilabadda-saxta-shehidlik-statusu-almaq-asan-imish.html
http://moderator.az/index.php?xeber=80126

Комментариев нет:
Отправить комментарий