Rəsmi Bakının Tehran və Moskavaya ardıcıl elçilər göndərməsi həm də seçkilərlə bağlıdırMayın 21-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya rəsmi səfər edərək Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. S. Lavrov bildirib ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və iki ölkənin birgə planlaşdırdığı tədbirlər müzakirə olunacaq. Qeyd edək ki, Azərbaycan XİN rəhbərinin səfəri həssas bir dönəmdə gerçəkləşdirilib. Məsələ ondadır ki, bir sıra müşahidəçilərə görə, iki ölkə arasında münasibətlərdə soyuqluq var və seçkilərə gedən Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətləri düzəltməyə çalışır. Yayılan məlumatlara görə, bugünlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iki ölkə regional əməkdaşlıq forumunda iştirak etmək üçün Rusiyaya səfər edəcəyi və rəsmi şəxslərlə görüşəcəyi gözlənilir.

































