21.05.2013

Yatmağa həvəsim yoxdu qəbirdə

Vasif Zöhraboğlu

Yatmağa həvəsim yoxdu qəbirdə
Dünya da küsdürdü özündən məni,
Yox daha, ürəyim heç kəsi sevməz.
Allahın sevdiyi kasıb bendeni,
Allahın qarnı tox bendesi sevməz.
Baxdıgın aynada özünü tanı,
Səni bu aynadan qoparan da var.
Allahdan havayı aldıgı canı,
Allaha minnətlə qaytaran da var.
İnsanın ayagı torpagdadırsa,
Torpağın bətnində kiriyər belə.
Şamın kəraməti yanmağdadırsa,
Şam da öz dibinə əriyər belə.
Aldanma dünyanın hər daş-qaşına,
Şeytanın ev yıxan min bir şəri var.

Ey insan, deyilsən sən öz başına,
Dünyanın Allahı, Peyğəmbəri var.
Dayanma özgeylə çiyin-çiyinə,
Özün öz boyunu öz əlinlə ölç.
Səni kim danlayar özgə yerinə?
Ölçürsən özünü əməlinlə ölç.
Padşahı zülümkar, cəlladı axmaq,
Səni də asarlar bir gün dilindən.
Şairin silahı sözüdür, ancaq,
Bu dərdin əlindən, qəmin əlindən.
Allaha getməyə yolun da ola,
Dərdini Allahla böləsən rahat.
Ölüm də, əlinin altında ola,
Ölmək istəyəndə öləsən rahat.
Daş-qalaq eyləyin, susdurun məni,
Gəlmərəm dünyaya, gəlmərəm bir də.
Allahin yanında basdırın məni,
Yatmağa həvəsim yoxdu qəbirdə
Neynirəm bir dünya varı, dövləti.
Neynirəm bir dünya varı, dövləti,
Mənim ki, gözlərim toxdur ac deyil.
Gətir cehizində saf məhəbbəti,
Sevgi ki, həyatdır ehtiyac deyil.
Söz açma pulundan, böyük evindən,
Qəlbinin sevgidən xəbəri varsa.
Çıxart ürəyimi, çıxart cibindən,
Cibinin mən qədər dəyəri varsa.
Yox, gülüm biz birgə alışsaq, sönsək,
Allah da çıxartmaz yadından bizi.
Eşqə Allah deyib başına dönsək,
Qoruyar həsrətin odundan bizi.

Комментариев нет:

Отправить комментарий