18.05.2013

Ona de ki...

Günel Treu

Ona de ki xöşbəxtəm,
yalan danış adımdan.
De ki, əsər qalmayıb
sən gördüyün qadından.

De ki hec əskik olmur
üz-gözündən səadət.
Səni coxdan unudub,
“xoşbəxt” olub nəhayət...

Nolar ona demə ki,
onsuz dəli olmuşam.
Arzuları bəhrəsiz
yarıyolda qalmışam...


Adımı cəkmə nolar,
adımı da anmasın.
Mən bitdim,
hec olmasa
onun qəlbi yanmasın!

Məni ona tanıtma,
Qoy məni “günah” bilsin.
Mən min dəfə ölürəm,
qoy o bir dəfə ölsün.

Gözlərinə çoxlu bax,
gör yenə də sevirmi?
Soruşsa mən hardayam,
Nolar, demə yerimi!...

Əziz dost, son xahişim...
tut onun əllərindən.
Mənə qoxusun gətir
qoy ətri gəlsin səndən!

Ona de ki xoşbəxtəm,
yalan danış adımdan.
De ki, əsər qalmayıb
sən gördüyün qadından...

Комментариев нет:

Отправить комментарий