Ataxan Əbilov
Aslan bəy İsmayılovun bu gün keçirtdiyi mətbuat konfransında səsləndirdiyi fikirlərdən sadəcə dəhşətə gəldim. O, Rəşad Ramazanovdan danışmışdı. Kimdir Rəşad Ramazanov? İlk növbədə onun face profilini tapmağa cəhd etdim. Bunun üçün ölkə mətbuatında onun həbsilə bağlı xəbərləri müşayət edən şəklindən yararlanmaq istədim. Bir başa bu ad və soyadla face üzərindən həmin şəkillə bir profilə rast gəlmədim. Tək adını axtarışa verdim. Sifətindən mülayimlik sezilən, səmimi baxışlarıla diqqəti çəlb edən, üzündən nur tökülən bir gənc alim siması bilgisayarımın monitorunda canlandı. Bu o idi. Adı Rəşad qeyd olunsa da soy ad kimi face-də Heqiqet Ağaaddin ləqəbi yazılıb.
Dərhal axırıncı statusu ilə maraqlandım. May ayının 8-nə təsadüf edirdi. Üsyan puskürmüşdü: “Allah-təala bu xalqa çox şey verib, di gəl ki, aramızdakı yaramaz və danabaşların çoxluğu və iqtidar sahibi olması ucbatından Allahın məccani bəxşeşləri həyatın küncünə sıxışdırılır, incidilir, döyülür, söyülür, aclığa məhkum edilir, həbs edilir, haqq etdiyi vəzifə və işdən uzaqlaşdırılır və hətta qətlə yetrilir...”. Bakıda oturub bu sözləri irtica maşınının sifətinə yazmaq əlbəttə boyük qəhrəmanlıqdır...
Aslan bəyin bu gün keçirtdiyi mətbuat konfransda səsləndirdiyi və məni dəhşətə gətirən sözləri isə bunlar idi: "Mən sadəcə deməyə söz tapmıram. Yalnız onu deyə bilərəm ki, indiyə qədər eşitdiyiniz, gördüyünüz işgəncə faktları bunun yanında yalandır. Rəşad Ramazanova ağlasığmaz işgəncələr verilib. Vəkili onunla görüşəndə bütün bunları bilib. Artıq vəkilini də iki gündür ki, onunla görüşdürmürlər. Bəlkə də Rəşad heç sağ deyil". Aslan bəyin adını səsləndirməyi belə özünə rəva bilmədiyi işgəncə hərəkətləri nə ola bilər? Adamın ağlına nələr gəlmir? İndiki Azərbaycan şəraitində hər şey mümkündür...
Axı bu məsum baxışlarla foto aparatın kamerasına baxan bu gənc kimdir? Nə işin sahibidir? Onun günahı nədir? İlk olaraq ağlıma gələn suallarla face-dən güman getdiyim dostlara müraciət etdim. Yanılmamışdım. Onlardan biri onu şəxsən tanıyırdı. Digəri internetdə onun yazılarının çapına hətta kömək də etmişdi. Biri konkret olaraq onun əsas hədəfinin ölkənin birinci adamının ailəsi olduğunu bildirdi. Digəri isə “boz kardinalın (yəqin Prezident Administrasiyasının müdiri Ramiz Mehdiyevi nəzərdə tuturdu) məlum regiondan olmayan ölkə alimlərini küçə uşağı gününə saldığını” deyərək, onun keçən ay işıq üzü görən bir yazısını mənə göndərdi. Amma bu informasiyalar məni qane edəcək səviyyədə deyildi.
Yenidən internetə üz tutdum. Bu dəfə google axtarış sistemindən yararlanmaq istədim. İlk olaraq Amerikanın səsi radiosunun xəbərini açdım. Sən demə fil qulağında yatmışammış. Əslində Azərbaycandan gələn həbs xəbərlərinin son dövrdə intensivliyi hər şeyi adiləşdirib. Ona mayın 9-da Azərbaycan CM-in 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi ilə ittiham irəli sürülüb. Son dövrün ən populyar ittihamı. Yeri gəlmişkən, müraciət etdiyim face dostuma “ona hansı ittiham irəli sürülüb” sualı verəndə “güman ki, narkotika” demişdi. Nərimanov Rayon Məhkəməsi onun barəsində mayın 10-da 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Bu idarə ölkədə işgəncə labaratoriyası kimi ad çıxarıb. Adı hətta bir neçə dəfə beynəlxalq təşkilatların işgəncələrlə bağlı hesabatlarında hallandırılıb.
Bütün bu rəsmi, quru və son dövrün şablon informasiyası normal insanı qane edəcək ola bilməz. Bu dəfə tanışlar vasitəsilə Rəşad Ramazanovu yaxından tanıyan dostu ilə əlaqə qura bildik. Məlum oldu ki, Rəşad Ramazanov dini baxışlar daşıyıcısıdır. Hətta siqaret belə şəkmir. O, AMEA-nın doktorantıdır. Eyni zamanda müstəqil yaradıcılıqla məşğuldur. Filosofdur. 10-a yaxın kitabı çap üzü görüb. Kitablarında Azərbaycanda illərdir davam edən avtoritar rejimi sərt şəkildə tənqid edib. Artıq bir neçə ildir ki, doktorluq dissertasiyası hazırdır. Lakin müxalif fikirlərinə görə müdafiyəyə buraxılmayıb.
Aldığım informasiyaya görə bu həbs Rəşad Ramazanovun ikinci həbsidir. O, ilk dəfə 2000-ci ildə həbs edilib. O vaxt ona qarşı silah saxlama ittihamı irəli sürülüb. Görünür Əliyevin cəza maşını bu gənci sındıra bilməməsindən dolayı hiddətlənib və bu dəfə onu daha ağır formada cəzalandırmağa qərar verib. Bu gün növbə Rəşad Ramazanovundur. Sabah Sizin ola bilər, elə isə ayaqda olun, Rəşad Ramazanova azadlıq istəyin ki, sabah “həbs” ağası qapınızı döyməsin...

Комментариев нет:
Отправить комментарий