16.05.2013

XIII Baki Kitab Bayramı: Gənc şair Peyman Oğayətin kitab təqdimatı...

Mayın 16-da Azərbaycan Yazıcılar Birliyinin Natəvan klubunda gənc və istedadlı şair Peyman Oğayətin "SEVGİ YAĞIŞI" kitabinin imza günü və təqdimat mərasimi keçirildi... 
Yeni Yazarlar və Sənətçilər Qurumu tədbirin keçirilməsnə təşkilati - informatik dəstək verdi... Poeziyasevər gəncləri və ədəbiyyat həvəskarlarını maraqlı məclisindən bir hissə...

Yeni Yazarlar və Sənətçilər Qurumu Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə gerçəkləşdirdiyi, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Öndərin yadigarı - intellektual-kreativ Azərbaycanımızı sevək..." sloqanı ilə davam etdirilən XIII Bakı Kitab Bayramı - Kulturoloji Tədbirlər Silsiləsinin növbəti tədbiri mayın 16-da, AYB-də keçirildi.

Tədbiri tanınmış ədəbiyyatçı, yazar Gülxani Pənah açdı, sonra sözü YYSQ sədri, kitabxana.net - Milli Virtual Kitabxananın rəhbəri, yazıçı-kulturoloq Aydın Xana (Əbilov) verdi. Aydın Xan son illərin Azərbaycan mədəniyyəti, ədəbiyyatı, ədəbi prosesi, kitab işi barədə müxtəsər bilgilər verəcək, kitabxana.net - Milli Virtual Kitabxana haqqında, İnternet ədəbiyyatı barədə geniş bilgilər verdi və portalın xüsusi yeni bölümləri barədə danışadı.
Daha sonra müxtəlif nəsil şair və yazıçılardan Əziz Pünhan (Mirəziz Seyidzadə), Zahid Sadıqov, Narıngül, Habil Yaşar, İsrafil Hüseynov, Akşin Fateh, Yafəs Türksəs, Solmaz İlisulu, Aybəniz Kərimova çıxış edərək gənc şairin yaradıcılığından danışdılar, ona yeni uğurlar dilədilər...
YYSQ və kitabxana.net portalı tərəfindən həyata keçirilən kulturoloji-innovativ fəaliyyətlər haqqında danışan layihələr rəhbəri A.Xan (Əbilov) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən bir hissəsinə maliyyə dəstəyi verilən "Fəal gənclər və liderlər üçün internet jurnalistikası (sosial media), blogerliklə bağlı real, elecə də virtual, distant məsafəli təlimin təşkili, yeni mediaya aid elektron dərsliklər, E-kitab formasında elmi praktik ədəbiyyatın hazırlanıb portalda yerləşdirilməsi, sosial şəbəkələrdə geniş fəaliyyəti" şəbəkə layihəsi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirililən “Rusdilli gənclər üçün Azərbaycan e-kitablarının hazırlanması, təqdimatı” adlı layihəsi və Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən bir hissəsi maliyyələşdirilən "Azərbaycanda yaşayan milli azlıqların ədəbiyyat antologiyasının elektron variantının hazırlanması" kulturoloji-ədəbi İnternet layihəsi haqqında mini təqdimat oldu...
Maraqlı ədəbi-poetik məclisi formasında davam edən tədbirdə şair Peyman Oğayət öz şeirlərini oxudu, ədəbiyyat ətrafında çıxışlar edildi, maraqlananların sualları cavablandırıldı...

Yeni Yazarlar və Sənətçilər Qurumu Media və İctimaiyyətlə Əlaqələr bölümü









Комментариев нет:

Отправить комментарий