Rəsmi Bakının Tehran və Moskavaya ardıcıl elçilər göndərməsi həm də seçkilərlə bağlıdır
Mayın 21-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya rəsmi səfər edərək Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. S. Lavrov bildirib ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı səviyyəsi və iki ölkənin birgə planlaşdırdığı tədbirlər müzakirə olunacaq. Qeyd edək ki, Azərbaycan XİN rəhbərinin səfəri həssas bir dönəmdə gerçəkləşdirilib. Məsələ ondadır ki, bir sıra müşahidəçilərə görə, iki ölkə arasında münasibətlərdə soyuqluq var və seçkilərə gedən Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətləri düzəltməyə çalışır. Yayılan məlumatlara görə, bugünlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iki ölkə regional əməkdaşlıq forumunda iştirak etmək üçün Rusiyaya səfər edəcəyi və rəsmi şəxslərlə görüşəcəyi gözlənilir.
Maraqlıdır ki, təxminən bir ay əvvəl PA rəhbəri Ramiz Mehdiyev İrana səfər edib və ölkə prezidenti, o cümlədən digər rəsmilərlə görüşlər keçirib. Mayın 18-də isə İrana daha bir nümayəndə heyəti – Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi qrup gedib. Şeyx ümumdünya müsəlmanlarının rəhbəri ali dini lider, prezident, parlament spikeri, XİN rəhbəri və digər rəsmilərlə, o cümlədən din alimləri ilə görüşlər keçirib. Hər iki səfərdən aydın olur ki, Bakı Tehranla münasibətlərdəki gərginliyi yumşaltmağa çalışır. Apreldə PA rəhbəri Ramiz Mehdiyevin, indi isə Şeyxülislamın səfəri göstərir ki, Azərbaycan hakimiyyəti İranla bağlı siyasətini dəyişib. Çünki çox deyil, bir il əvvələ qədər İranla Azərbaycan arasında münasibətlər kritik həddə idi. Hər iki ölkədə qarşılıqlı ittihamlar, hətta hədə tonlu bəyanatlar verilirdi. Azərbaycan hökuməti İranı ölkə daxilindəki qruplar vasitəsilə dövlətə qarşı fəaliyyəti dəstəkləməkdə, İran isə Bakını İsrail və Amerikanın ölkə ərazisindən İrana qarşı istifadəsdinə imkan yaratmaqda günahlandırırdı. Ancaq indi vəziyyət göründüyü kimi, xeyli dərəcədə dəyişib. Bakı Tehranla mülayim münasibətlər qurmaqda maraqlı olduğunu nümayiş etdirir.
Bir sıra analitiklərə görə, hakimiyyət seçkilərə İranla konfliktli şəkildə getmək istəmir. Hələlik rəsmi Bakını İranla bağlı qorxudan faktorun nədən ibarət olduğu aydın deyil. Ancaq bir məsələ aydındır ki, Bakı Tehranın hansısa gücündən ehtiyatlanır. Eyni zamanda İranın da Azərbaycanla münasibətləri sahmana salmaq istəyinin olduğu aydındır, çünki İran üçün ən həssas nöqtə məhz Azərbaycandır. Görünən odur ki, hər iki ölkə münasibətləri qaydaya salmaq üçün ilk addımları atmağa hazırdır. Yeri gəlmişkən, bu günlərdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Əli Əkbər Salehi ilə telefonla danışaraq onu Azərbaycana dəvət edib. Dəvəti qəbul edən Əli Əkbər Salehi ən qısa zamanda onu rellaşdıracağını bildirib. Azərbaycan üçün ciddi əhəmiyyət daşıyan 2013-cü il prezident seçkiləri ərəfəsində rəsmi Bakının ciddi-cəhdlə şimal və cənub qonşusu ilə münasibətləri düzəltməyə çalışması, fəal diplomatiya siyasəti istər-istəməz müəyyən suallara səbəb olur. Çünki son 15 ildə Azərbaycan üçün seçkilər dövründə əsas “başağrısı” məhz Qərbdən idi. Seçki tələbləri, azad və ədalətli seçkilər, sərbəst toplaşmaq azadlığı, media azadlığı tələbləri Bakının əsas narahatlıq doğuran mövzuları idi. Seçkilərdə Qərb missiyaları, xüsusən də ATƏT-in tərkibindəki müşahidə qruplarının tənqidləri və bunu cavablandırmaq hökumətin yaralı yeri idi. Xüsusən də son illərdə beynəlxalq qurumlardan Bakının ünvanına tənqidlərin artması fonunda bir çoxları 2013 seçkilərində hökumət üçün Qərb ölkələri və qurumlarının ciddi problem olacağını proqnozlaşdırırdılar. Ancaq göründüyü kimi, elə deyil, hər halda seçkiyə 4 aydan bir qədər artıq vaxt qalıb və Bakı Qərblə anlaşmış kimi görünür və o qədər də narahat deyil. Lakin bunun əvəzinə Bakı şimal və cənuba dalbadal elçilər göndərərək münasibətləri qaydaya salmağa çalışır. Əlbəttə, aydın məsələdir ki, son illərdə ardıcıl olaraq Tehranla və son bir ildə isə Moskva ilə münasibətlərdə bir soyuqluq yaranıb və seçki ilində Bakının ən yaxın və güclü qonşuları ilə münasibətləri düzəltməyə çalışması anlaşılandır. Ancaq Bakının ciddi-cəhdləri, xüsusən də Rusiya qarşısında təlaşları həm də onu göstərir ki, Azərbaycan qonşuluqdakı bu iki ölkənin təsirindən çıxa bilməyib. Hər kəsə bir daha aydın göründü ki, Azərbaycan üçün real təsir okeanın o tayından deyil, şimal (və ya cənub) sərhədlərindədir.
birlik.az

Комментариев нет:
Отправить комментарий