19.05.2013

Mirbağır Bünyadov - Kölgə

Kölgə belə olmaq olmur
bu bədənlə
bu bölgədə
bu günəşdə.
bu ağacların altında
bu kölgədə.
necə də qiymətli olur
kölgə kimi yaşananlar
bu ölkədə...

İçmək belə olmur içmək
“insan üzlü mələklərlə”
seçmək belə olmur seçmək
sənə atılan daşları
daşa dönmüş ürəklərdən...

bu daş döşəməli küçələr daha azdır
“tanrı” olmuş heykəllərdən
mən necə də utanıram
bu əllərdən
mən necə də utanıram
boş otağa dərs deyəndə
mən necə də utanıram
haqsızlıqla barışmayıb partlayarkən
atam mənə tərs deyəndə...
bu sonumla
bu ağrımla
bu axrımla
mən dünyanın sonuna da inanmıram
mən dünyanın sonuna da inanıram
bu ağlımla...

Комментариев нет:

Отправить комментарий