17.05.2013

Salam Sarvan - Amerika filmlərində

1. Nədənsə baş qəhraman həmişə şəhərin düz mərkəzində yaşayır.
2. Həm də onlar evdə tək yaşayırlar, ataları, anaları, babaları, nənələri gözə dəyməz.
3. Baş qəhramən yeməyi ancaq restoranda yeyər.
4. Baş qəhramanın həmişə mütləq bir tanışı var ki, bir sutka ərzində ona istənilən ölkəyə viza da açır, diplomatik pasport da düzəldir.
5. İstənilən parollu fayl baş qəhramana lazım oldubu vaxt qurtara-qurtarda mütləq açılır və bu prosesdə mışdan istifadə olunmur.
6. Baş qəhramana 3 metr məsafədən atəş açılsa da ona dəymir.

7. Baş qəhramanın minalanmış maşınına kim gəldi oturur, özündən başqa.
8. Baş qəhramanın ən ağır yarası belə (kürəyinə bir pulemyot darağı boşaldılsa da) üç gün ərzində mütləq sağalır.
9. Ən vicdanlı polisləri təqaüd vaxtlarına üç gün qalmış öldürürlər.
10. İstənilən qapının qıfılını skripkanın ücüyla açmaq mümkündür
11. Baş qəhraman heç vaxt qanunla cəzalandırılmır, bütöv bir şəhəri yer üzündən silsə belə.
12. Əməliyyat tapşırığına iki polis göndərmək lazımdırsa, mütləq bir-birindən zəhləsi gedən iki nəfəri seçirlər.
13.Atışma vaxtı çaya tullanmaq və evdə vannaya girmək kifayyətdir ki, güllələr adama dəyməsin. Amerikan suları nədənsə gülləkeçirməzdirlər.
14. Pis yuxu görənlərin hamısı eyni yestlə hövlank qalxıb yerin içində oturmalı və dərindən nəfəs almalıdırlar.
15. Maşınlar qəzaya düşərkən mütləq yanıb kül olurlar.
16. Qəhraman ən ağır yaralannanda da heç bir ağrı hiss eləmir və ounu yarasını bağlayarkən ufuldamır.
17. Evlərin ventilyasiya sistemi gizlənməkçin ən yaxşı sığınacaqdər. Orada Adam axtarmaq heç kəsin ağlına gəlmir.
18. İstənilən polis təhqiqatı aparılarkən mütləq striptiz-klublardan birinə baş çəkmək lazım gəlir.

Комментариев нет:

Отправить комментарий