Səssızcə boğuldum qaranlıqlarda
Yalnızlıqlar çəkdi sukuta məni
Nə gözəl unutdun sevqi ılqarın!
Keşkə xəyalinda unuda məni
Gecədir gumanım kuçələrə var
Seylə kuçənin beynin yeyirəm
Ulduzlardan ılham alaraq gulum
Gözlərının şeirin yazıb deyirəm.
Təbriz polisi tək vəhşi gözlərin
Azad ürəyımın həbsxanasıdır
Ceyran gözləri tək qəmli gözlərın
Xəyallı dünyamın al anasıdır
Bilmirəm neçə il səhərə qalır
Qara taleyimdən qadalar yağır
Dəli şeytan deyir sevirsən əgər
Sevmək ürək istər susmadan bağır
İstərəm toxunam sukuta, amma
Qorxuram ünümə ün verməyəsən
Kuçələrdə səfil-sərgərdan olmuş
Qəlbimin toyuna son verməyəsən
Комментариев нет:
Отправить комментарий