Ramin Cahangirzadə
Səni gicəlirəm
Gecəyə düşüb
Yolumu azıram
Çaş baş vurub
Çala çuxura düşən maşın kimi
Atılıb düşürəm
Qızdırıram
Xəfələnirəm
Tüstüləyirəm
Səni özümdə itirirəm
Səni çaşıram
əlimi siqnalın üstünə qoyub
dal ba dal siqnala basıram özümü
çəkilmirəm özümdən
baslayıram özümü
Birdən birə dayanıram
Baxıram özümə
Hər yanım əzilib
Hər yanım sınıb
Qorxuram
Qara basır məni
Qara qorxu içində
Öz-özümə
- Birdən polis molis olar
Məni yaxalayar- deyə
Yenidən start vururam
Yola düşmək zorunda oluram
Alışmıram
Yola düşmürəm
Özümdən düşüb
Özümə hol verirəm
Taraq turuqqa düşüb
Yenə də alışıram
Dibqaz gedirəm
Boksavad eləyib
Yenə də yola düşürəm
Çala çuxurlara baxmayaraq
Qaçırdıram özümü
Sən rahat ol
Rahat əyləş içimdə
Hara desən yetirəcəm
Təkcə heç kimə deməki
Mən özümü basladım
Səni gicəlirəm
Gecəyə düşüb
Yolumu azıram
Çaş baş vurub
Çala çuxura düşən maşın kimi
Atılıb düşürəm
Qızdırıram
Xəfələnirəm
Tüstüləyirəm
Səni özümdə itirirəm
Səni çaşıram
əlimi siqnalın üstünə qoyub
dal ba dal siqnala basıram özümü
çəkilmirəm özümdən
baslayıram özümü
Birdən birə dayanıram
Baxıram özümə
Hər yanım əzilib
Hər yanım sınıb
Qorxuram
Qara basır məni
Qara qorxu içində
Öz-özümə
- Birdən polis molis olar
Məni yaxalayar- deyə
Yenidən start vururam
Yola düşmək zorunda oluram
Alışmıram
Yola düşmürəm
Özümdən düşüb
Özümə hol verirəm
Taraq turuqqa düşüb
Yenə də alışıram
Dibqaz gedirəm
Boksavad eləyib
Yenə də yola düşürəm
Çala çuxurlara baxmayaraq
Qaçırdıram özümü
Sən rahat ol
Rahat əyləş içimdə
Hara desən yetirəcəm
Təkcə heç kimə deməki
Mən özümü basladım
Комментариев нет:
Отправить комментарий