17.05.2013

Sayman Aruz Qanturalıya cavab verdi

Sayman Aruz: "Qanturalı gəldi-gedər ədəbiyyatın nümayəndəsidir"

Modern.az-da Sayman Aruzun iki köşə yazarının ünvanına atmacasına Qan Turalıdan cavab gəldi. Amma onun “Sayman Aruzun bu iradaına cavab verməyə nə vaxtım, nə də həvəsim var, nə də səviyyəm o qədər aşağıdır ki, onunla ağız-ağıza verəm” replikası AYB rəsmisində qıcıq oyadıb:
“Onda belə çıxır ki, ədəbiyyat yalnız Qanturalı kimi adamlara pul,  qonarar verib nəsə yazdırmaq funksiyasıdır. Qanturalı ədəbiyyatı öz xeyrinə kullanır. Qanturalının  ədəbiyyatdan , azadlıqdan və səviyyədən danışmağa ən azından mənəvi haqqı çatmır.  Mən Qanturalının ədəbaiyyatını “gəldi-gedər ədəbiyyat” sayıram . Yəni,  bu gün var, sabah yoxdu. Bu gün öz milli problemlərini boş,  mənasız hesab edirsənsə millətin,  xalqın yolunda döyüşən bir insana “səviyyəsiz” adlandırırsansa deməli,  sənin səviyyən elə o qəzetləri murdarlayacaq qədərdir. 
Mən Qanturlının ədəbiyyat, demokratiya və  azadlıq barəsində düşüncələri "kəməraltı" düşüncələr adlandırıram. O bu saat öz saytında əxlaqszılığı yaymaqla məşğuldu. Yazılarının 80 faizi seksdən,  oğlan –qız münasibətlərindən bəhs edir. Ancaq Sayman Aruz və ona mənsub olan adamlar millətin milli dəyərlərə, azadlığa və bunlar uğrunda fəaliyyətə çağırır. Qanturalı qonarar alır və seksdən yazır ona görə də onun milli məsələlərə vaxtı yoxdur. Onun azadlıq barəsində düşüncələri də keyfiyyətsizdir. Azadlıq barədə o adam danışa bilər ki, o azadlıq uğrunada döyüşmüş olsun, zindanın görsün, əziyyətin çəksin . Bura Azərbaycandır, Azərbaycanda da Azərbaycanlı kimi yaşamaq lazımdı, milli dəyərlərə , şəxslərə hörmət edə-edə yaşamaq lazımdı.  Milli problemlərin baş alıb getdiyi bir vaxtda Qanturalı camaata seks dərsi keçir. Mən Qanturalıdan Cənubi Azərbaycan ədəbiyyatı məsələsinə diqqət göstərməsini gözləməmişəm və gözləmirəm də. Çünki onun ruhu bu məsələrlərlə biganədir. Elə təbliğ edirlər ki, guya gənclərimiz ancaq seksdən yazan ədəbiyyata maraq  göstərirlər. Halbu ki, bizim çox milli və dəyərli gənclərimiz var ki, qonararsız öz milli varlıqları uğrunda döyüşürlər və adlarını belə kimsə bilmir. Mənə elə gəlir ki, 5 gündən sonra əsl intellektual kütlə və əsl oxucu onu və onun kimiləri qəbul etməyəcək”.

Комментариев нет:

Отправить комментарий