Tofiq Abdin
Bəşir Fuad 6 fevral 1887-ci ildə İstanbulun Cağaloğlu yoxuşunda Kitabçı Arakelin dükanı qarşısındakı 12 nömrəli evində gecə gec saatlarda biləklərini kəsdiyində 35 yaşındaydı; ölüm anlarında yaşadıqlarını, başına gələnləri qanıyla bir kağıza yazdı və son sözləri başucundakı doktora söylədiyi "Zəhmət çəkməyin, beş dəqiqəlik ömrüm qaldi" ifadələri olmuşdu.
Tənzimat dövrünün ziyalılarından bəlkə də birincisi olan Bəşir Fuad türk ədəbiyyatında ilk tənqidi araşdırması "Viktor Hüqo” adlı kitabıyla o dövrün romantik zövqünə qarşı Batı gerçəkçiliyini üzə çıxardı. Kitab böyük bir mübahisə qaldırdı.
Xəyalpərəstlər (romantiklər), həqiqətçilər (gerçəkçilər) olaraq ikiyə bölünən aydınlar arasındakı bu mübahisəyə Recaizadədən Namık Kemala, Muallim Nacidən Mənəmənlizadəyə o zamanın bütün tanınmış isimləri qatıldı. Bu dartışmaların çox vacib bir bölümünü sağlığında kitab kimi çap etdirən Bəşir Fuad "Şeir və həqiqət" adlı kitabını isə çap etdirmədən intihar etdi.
Handan İncinin "Şeir və həqiqət" adlı kitabına Bəşir Fuadın daha öncəki kitablarını (Viktor Hüqo,Məktublar, İntikad) və digər yazılarını əlavə edərək yazdığı əsər “Bəşir Fuad Əfsanəsi” nin bəzi məqamlarına açıqlıq gətirir.
***
1887-ci ilin fevral ayı.
“İntihar etdim. Heç bir ağrım yoxdur. Qan axdıqca bir az incidir. Qanım axarkən baldızım aşağıya düşdü. Yazı yazıram, qapını bağlayıram deyə cəftəni asdım. Allah köməyi olsun, içəri girmədi. Bundan daha dadlı bir ölüm təsəvvür etmirəm. Qan daha çox axsın deyə hiddətlə qolumu qaldırdım. Yavaş-yavaş huşumu itirməyə başladım”.
Bu cümlələr Bəşir Fuadın ölümünü anladır. Son cümlələrini qanıyla yazan bir yazarın tarixə bir dipnot düşmüş olduğunu necə inkar edə bilərik?
Bəşir Fuadın ölümünə hansı tərəfdən baxırsaq baxaq, acı bir ölümdür. Acı və faciəvi. 35 yaşında gənc, dipdiri, həyəcanlı, yaraşıqlı və hələ çox şeylər yaza biləcək bir ömrün başlanğıcı... Hələ ardı var: Ölümünü bir xatirəyə çevirmiş. Ölümünü sözbəsöz yazmış və onu sənədləşdirmişdir. Bunu vacib bilmişdir.
Ədəbiyyat tariximiz onu uzun zaman unutdu. M. Orhan Okayın bir işini nəzərə almasaq (1969). Son kitabını çap etmədən həyata vida etdi. Bir sıra yazıları yüz ildən çox bir vaxtda dərgi və qəzet səhifələrində isti-isti qalaraq öz təravətini saxladı. Ta ki Handan İnci o əsərlərə əl uzadana qədər. 1999-cu ildə “Yapı Kredi” nəşr evində kitab halına salınan yazıları "Şeir və həqiqət" adıyla yenidən gün üzünə çıxdı və onu az da olsa günün oxucularına təqdim etdi.
Bəşir Fuadın kitabın üz qabığında verilən fotoqrafı nə qədər ağrılı. Qalın bığların arxasında dərin baxışlı gözlər və açıq, parlayan bir alın. Masanın başında, əlində quş lələyi qələm, yaxşı bir poz verə bilmək üçün bir yazarın sahib olması gərəkən bütün ehtişamı ifadə edirmiş kimi.
Gənc yaşda.
Ölən, intihar edən yazarların sayı heç də az deyil. Bəzən insan başını itirir: Yaşasaydılar, o gözəlliklərini saxlaya biləcəkdilərmi?
Bəzi ölümlər ölənin şəxsiyyətinə sanki bir şeylər əlavə edir. Ölümün yenidən yaşadan və var edən bir təsiri də var. Ancaq şöhrətinin astanasındaykən ölmənin gələcəkdə meydana çıxacaq bütün mümkün çatışmazlıqlarını ortadan qaldırdığını söyləmək çox çətin. Amma "Tam da zamanında" ölmənin bir az daha çox yaşamaq vəsiqəsi kimi bir məqamı da var. Bunu tam əks olan bir dəyərləndirmə etdiyimizdə izah edə bilirik ancaq: bəzə uzun ömürlər o yazıçının əsərinin də artıq get-gedə dəyərini itirməsinə səbəb ola bilir.
“Hər ölüm bir az erkəndir”, - deyə bir söz var.
Yaradıcılığının ən məhsuldar vaxtında biləklərini kəsərək canına qəsd edən bir yazarın bu erkən ölümə can atmasının gerçəkləri üzərində düşünməyə dəyər. Nə olur, yazacağı son cümləni vücudundan fışqıran qanla yazmaya məcbur edir yazarı? Eyni cümləni qələmin ucuna sürtə biləcəyi bir mürəkkəblə daha asan yaza bilməyə imkanı olduğu halda! Nə olur ki, yazara, şairə intihar etməyi tək yol olaraq görür?
Ölümün yazacağı cümləni yaşamın yazacağı cümlədən hansı daxili məna ayırır görəsən? Qanın hərflərə dönüşməsindəki ritmi arzu edən bir qəlbin içinə düşdüyü vəziyyətmi, yazılmış və yazılacaq onlarla kitabın açıqlamasımı gözləyir yoxsa!
Ancaq hər intihar edən yazar, şair də son anında qələmə əl atmağı gərək bilməmiş. Qanının vücudunun içində qalmasında bir məqsəd görməmiş. Bunu, yazdıqlarını kifayət bilib bir nəticə çıxarmaq düzgün deyil.Əgər belə olsaydı, elə bir sonucu seçməzdi bəlkə də. Böyük insanlıq üçün dərs ola biləcək insanların bu cürətli davranışı heç də bir kədərdən doğan,bir imkansızlıqdan yaranan davranış deyil.
İstər Stefan Sfeyqin həyat yoldaşı ilə birlikdə bir otel otağındakı ölüm rəqsi, istər Valter Benjaminin canına qəsd etməsi bir az daha başa düşüləndir.
Sfeyqin Avropa röyası darmadağın olmuşdur.
Benjamin isə Gestapodan qorxaraq özü öz əliylə ölümü seçmişdi.
Bəs Gilles deleuze?
Cezare Pavese?
Və daha neçələri...
Nədir bu insanlari, bu yazarlari intiharin qapısının ağzına gətirən?
Uzun illər bu adamlar haqqında yazılanlar neçə-neçə kitaba sığmaz və doğrudanmı, neçə-neçə illər bir ovçu kimi bu intihar onları izləmiş və sonunda ovlanmışlar. Son sözü ölüm olan bir düşüncə yumağının hansı dünyalardan keçmiş ola biləcəyini təxminlərlə irəli sürsək bizim haqlı olduğumuz nəticə neçə faiz ola bilər?
İndicə adlarını sadaladığımız yazarlarla Bəşir Fuad arasında belə bir fərq var: heç birinin intihar yolu onun intiharına bənzəmir. Heç birinin damarındakı qan mürəkkəbə dönüşməmiş. Son cümlələri qırmızı bir fışqırıqla coşmamış. Bir çoxları dəfələrlə eşitdimiz intihar yolunu seçmişlər. Məsələn, Pavese bir otel otağında yuxu dərmanı ataraq intihar etmişdir. Qansız, sadə və sakit.
İntiharın heç bir gözəl tərəfi yox şübhəsiz. Zatən intihar edənlər də gözəl olduğu üçün seçmirlər onu. Bir yazarın, şairin, filosofun öz yaşamı üzərində belə bir haqqı görmüş olmasına hansı səbəbdən olursa-olsun haqq qazandırılacaq bir imkan tapmaq çox çətin. Yazılan son cümləni oxumaqda çətinlik çəkirəm. Qanın yavaş-yavaş kağızın o biri üzünə keçdiyi vərəqdə insanın içini üşüdür və insan o qanın səsini eşitdikcə canına bir ürpərti keçir. Bununla birlikdə bu sirr dolu sonluq qarşısında mən də susmaqdan başqa bir yol görmürəm yenə də.
Bəşir Fuadın o kağıza nə yazdığı ilə maraqlanan hər bir oxucunu o sətirlərlə baş-başa buraxıram:
“Nə eləyəcəkdimsə elədim, heç bir ağrı hiss etmədim. Qan axdıqca bir az sızıltı verir. Qanım axarkən baldızım aşağıya düşdü. Yazı yazıram, qapını bağlayıram, - deyə cəftəni asdım. Allah köməyi olsun, içəri girmədi. Bundan daha dadlı bir ölüm təsəvvür etmirəm. Qan daha çox axsın deyə hiddətlə qolumu qaldırdım. Yavaş-yavaş huşumu itirməyə başladım...”
***
Beşir Fuad kim idi?
Bəşir Fuad 1852-ci ildə anadan olub. Ata tərəfi Abdülhamidin yaxın xidmətçilərindən gürcü əsilli Hamdi Mahmud paşadır. Hurşit paşanın oğludur. Adanada mutasarrıflık yapmıştır. Anası haqqında tək bilgi isə 1886-cı ilin martında bir xəstəlikdən öldüyüdür. Maddi baxımdan heç bir ehtiyacı olmayan Bəşir Fuad təhsilinə Fatih Rüştiyəsində başlayıb. Ailəsinin Suriyaya köçməsiylə təhsilini Cizvit şəhərində davam etdirib. 1867-1870-ci illər arasında İstanbulda Əskəri Məktəbdə oxuyub. 1871-ci ildə girdiyi Məktəb-i Hərbiyəni bitirincə yavər olaraq Abdülazizin sarayında işləməyə başlayıb. 1875-1876 Serb müharibəsində olub, könüllü olaraq 1877-1878-ci illərdəki Rus savaşı və Girit üsyanlarında yavərlik edib. Beş il Giritdə qalıb. Bu illər ərzində almanca və ingiliscə öyrənib. İstanbula qayıdıb və 1881-1884-cü illərdə müxtəlif vəzifələrdə çalışıb.
1884-cü il onun yazı həyatında ən məhsuldar il olub. İlk yazısı 1883-cü ildə çap olunub. 1884-cü ildən çevirilərə üz tutub, müxtəlif nəşrlərdə ədəbiyyata aid yazılar yazıb və iki dərgi çıxarıb. O dərgilərdən ən maraqlısı “Günəş”dir. 12 sayısı çıxandan sonra maddi vəziyyətdən bağlanıb.
1884-cü ildə Bəşir Fuad “Cəridə-i Havadis” qəzetində baş yazarlıq eləyib. Qəzet bağlanıb və o, yazarlığını o zamanın ən öndə gələn qəzetlərindən “Tərcüman-ı Hakikat” və “Saadət”də davam etdirib.
Dil, özəlliklə xarici dillərin öyrənimi Bəşir Fuadın ən çox maraqlandığı sahə olmuş və bu barədə dəfələrlə çıxış etmişdir. Bütün bunlarla yanaşı, çox sevdiyi teatr sənəti haqqında silsilə yazıları olmuşdur.
6 fevral 1887-ci ildə intihar etmişdir.
kulis.az

Комментариев нет:
Отправить комментарий