30.12.2011

QAT Fransanın Bakıdakı səfirliyinin bağlanmasını tələb edir




Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü cümə günü Fransanın Bakıdakı səfirliyi önündə aksiya keçirib.
Aksiya Fransa parlamentinin “erməni genosidi”ni inkar etməyə görə cəza qanunu qəbul etməsinə etiraz olaraq keçirilib. Aksiya iştirakçıları Fransa, Fransa-erməni birliyi əleyhinə şüarlar söyləyiblər. Bundan əlavə, Fransa səfirliyi üzərindəki dövlət bayrağının endirilməsi, Fransa səfirliyinin Azərbaycandan çıxarılması, Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi geri çağırılması da tələblər sırasında yer alıb.

Səfirlik əməkdaşlarının pəncərələrdən aksiyanı seyr etməsinə aksiya iştirakçıları kəskin uğultularla reaksiya veriblər. Aksiya iştairakçıları bu qanuna etiraz olaraq Fransanın bayrağını yandırıblar. 
QAT Fransanın Bakıdakı səfirliyinin bağlanmasını tələb edir
Aksiyanın qətnaməsi səfirliyə təqdim olunub. Qətnamədə “erməni genosidi”ni inkara görə cəza qanunu “antitürk və antimüsəlman ruhlu sənəd” adlandırır. Fransa rəhbərliyi bu qanunu qəbul etməklə bütün islam dünyasını Fransaya düşmən etməkdə ittiham olunur. 
Qətnamədə Fransanın Minsk qrupu həmsədrliyindən kənarlaşdırılması, Fransanın Azərbaycan səfirliyinin və Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətlərinin fəaliyyətlərinin dayandırırlması, Fransa istehsalı olan malların boykot edilməsi tələb edilir.

Комментариев нет:

Отправить комментарий