Gürcüstanda “fövqəlnazir”ə məxsus olduğu bildirilən, gücü gündə 1000 qoyunu kəsməyə imkan verən ət emalı müəssisəsi işə başlayır; qoyun əti monopolistləri ildə azı 110 milyon manat gəlir götürür, iş adamlarına idxalla məşğul olmaq yasaqlanıb
Azərbaycana Dağıstan və Gürcüstandan qoyun və qoyun ətinin idxalı total şəkildə inhisara götürülür. Kənar şəxslərin idxalla məşğul olması qeyri-rəsmi olaraq yasaqlanıb. Buna cəhd edən iş adamlarına bu sahədən uzaq durmaq barədə xəbərdarlıq edilib.
Bizi bilgiləndirən mənbələrin sözlərinə görə, Gürcüstan və Dağıstandan ət idxalını fövqəladə hallar naziri, hörmətli Kəmaləddin Heydərov nəzarətə götürüb. Mənbənin sözlərinə görə, Gürcüstanın Marneuli rayonu ərazisində “fövqəlnazir”ə məxsus olduğu bildirilən ət emalı müəssisəsi bugünlərdə işə başlayır. Müəssisədə qoyunlar kəsiləcək, təmizlənəcək, hazır məhsullar əsasən gömrükdə qeydə alınmadan Azərbaycan bazarlarına çıxarılacaq. Müəssisənin gücü gündə 1000 qoyunu kəsməyə imkan verir. Bu rəqəm Bakının qoyun ətinə olan gündəlik idxal tələbatınn 15-20 faizinə adekvatdır. Hər qoyunun orta hesabla 15-20 kiloqram ət verdiyini nəzərə alsaq, bu, gündə 15-20 ton ət deməkdir.
Qaynağın deməsinə görə, xaricdə ət emalı müəssisəsinin tikilməsi ət idxalı ilə bağlı Azərbaycanın daxili bazarında qiymətlərin tənzimlənməsini idarə etməyə imkan verir. Ona görə də ət emalının bir mərkəzdə cəmlənməsi qərara alınıb.
Hazırda Azərbaycan bazarında qoyun ətinin 1 kiloqramı 8,5 manata satılır. Gürcüstanda qoyun ətinin 1 kiloqramı 4, Dağıstanda isə 3,5 manatdır. Qonşu ölkələrdən gətirilən qoyun ətinin 2 dəfə baha qiymətə satılması yalnız monopoliya amili ilə izah oluna bilər. Bunun başqa yozumu yoxdur.
Mənbə onu da bildirir ki, qoyun əti idxalının əhəmiyyətli kəsimi gömrük rəsmiləşdirilməsindən keçmədən, faktiki qaçaqmalçılıq yoluyla ölkəyə daxil olur. Nəqliyyat və emal xərcləri ilə birlikdə ətin 1 kiloqramı 4,5-5 manata başa gəlir. Yəni maya dəyəri ilə satış qiyməti arasında fərq ən azı 3 manatdır. Mərkəzləşdirilmiş qaydada hər gün təkcə Bakı şəhərində 6000- 6500 qoyun kəsildiyi nəzərə alınsa, bu hesabla qoyun əti monopolistləri gündə 300 - 390 min manat (gündəlik satılan 100 000 kq X 3AZN = 300 000), ayda 9 milyon manat (300 000 X 30 = 9 000 000), ildə isə 142,3 milyon manat (300 000 X 365 = 109 500 000) qazanır. Bir məhsul növü üzrə bu, kifayət qədər iri məbləğdir.
Qaynağımızın sözlərinə görə, Azərbaycan-Gürcüstan sərhəd keçid məntəqəsində “Broker” MMC-nin əməkdaşları qoyun idxal edən iş adamlarını təqib edirlər. Əvvəllər idxal olunan hər qoyuna 40 manat “şapka” alırdılarsa, indi onlara ümumiyyətlə qoyun idxalı ilə məşğul olmamağı tapşırırlar. Gətirdikləri qoyunu da maya dəyərinə alıb, onları “sərbəst” buraxırlar.
“Borker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun fövqəladə hallar naziri K.Heydərovun ən çox etibar etdiyi şəxslər kateqoriyasından olmamasına baxmayaraq, bu müəssisənin də inhisara cəlb edilməsi pay bölgüsünə digər qruplaşmaların da cəlb edildiyi anlamındadır. Bu barədə ən müxtəlif KİV-lər məlumat yayıb. Ümumiyyətlə, gömrük sərhədlərində bu MMC-nin fəaliyyət göstərməsi və idxala xüsusi nəzarəti həyata keçirməsinin özü qanunsuzluqdur. Bu, faktiki olaraq gömrük xidmətinin qanuni səlahiyyətlərinin mənimsənilməsi deməkdir. Əsas məqsəd ölkədə ət monopolistləri üçün ifrat yüksək qiymətlərin saxlanmasını təmin etməkdir.
Qeyd edək ki, eyni üsulla balıq sənayesi üzrə də monopoliya yaradılıb. Məsələn, Xəzərin üzbəüz tərəfində - Mahaçqalada nərə balığı 5-6 manata, Bakıda isə 40 manatadır. Yəni 7-8 dəfə bahadır. Bu vəziyyət K. Heydərova məxsus olduğu məlum olan “Kaspian fish” monopolist şirkəti yarandıqdan sonra ortaya çıxıb.
Yazıda adları çəkilən şəxslərin, yaxud da onların qanuni nümayəndələrinin də rəylərinin dərc olunmasına hazırıq.

Комментариев нет:
Отправить комментарий