Elxan Zal. Poema
göyərçinli yol
mən binalar meşəsində azmamışam,
azan səsi beşiyimi yırğalayır.
göy bürcünə qarmaq atan istəklərim,
göyərçinli baxçaların fəthindədir.
dan qızarır, dəmir bişir sobalarda,
qılıncımı qor atları gətirəcək.
anam Umay, mənə uçmaq həvəsi ver,
qaz tək uçmaq istəyirəm göy altında.
mən gedirəm, yol yığılır vaxt sıxılır,
kol dalında quş alqışı yellənmədə,
dörd tərəfdən dağlar baxır qohum sayaq,
Allah – Allah, buludlar da doğmacadı.
salam Təbriz, salam Mərənd,
yolları açmış bağlı kənd.
göyərçinli yol
mən binalar meşəsində azmamışam,
azan səsi beşiyimi yırğalayır.
göy bürcünə qarmaq atan istəklərim,
göyərçinli baxçaların fəthindədir.
dan qızarır, dəmir bişir sobalarda,
qılıncımı qor atları gətirəcək.
anam Umay, mənə uçmaq həvəsi ver,
qaz tək uçmaq istəyirəm göy altında.
mən gedirəm, yol yığılır vaxt sıxılır,
kol dalında quş alqışı yellənmədə,
dörd tərəfdən dağlar baxır qohum sayaq,
Allah – Allah, buludlar da doğmacadı.
salam Təbriz, salam Mərənd,
yolları açmış bağlı kənd.
gəlirəm, öyə gəlirəm.
açılır maqnit qucaqlar,
adam sevincdən də ağlar,
hızlanıb yüyrək uçaqlar,
sevdiyim köyə gəlirəm.
ayrılığın canı buzlu,
yollar ozandır qobuzlu.
vətən fəthi sorusuzdu,
nə bilim niyə gəlirəm.
göyərçinli rast
Göyərçin yuvaların çağırış quşudur,
yuvasına yeriklədiyi bir gün,
sevda səmasına uçdu göyərçin,
sevda hər yerdə var, bəlkədə hər zərrədə,
amma biz Arazın sahilində rastlaşdıq,
bir vaxt Araz çayına arsız demək dəbdəydi,
çünki aramıza məftil çəpər qoymuşdu Şurəvi,
təlatümlü bir yüzilin kazino komissarları,
bu millətin taleyini ruletkada fırladılar,
neçə tifaq dağılıb döndü Tufarqan nağıla,
kimi Azər, kimi Baycanlı oldu,
ağırdı bir baxış uzaqlığında vətənini itirmək,
öz yurdunda mühacir olmaq çox ağırdı.
indi yumruca bir top kimidir dünya,
aralar məftil çəpərsiz və yaxın.
Göyərçin artıq atıb geydiyi məftil çəpəri,
Şurəvi yaddaşların arxiv malıdır,
İranda mollalar tank sürür hələ,
İranda minarələr raketə oxşayır,
Göyərçin azadlıq arayır uyqu saytında,
Göyərçin Səttərxanı düşün
göyərçin gözləməsi
xurma gözlüm, qarabuğdayı,
görən indi dua varmı havayı?
çin-çin yuxularda göy göyərçin göynəyi,
yuvasına yumaq yolladı yaralara yasin,
indi limuzinlə gedir, örtülər açılan bir zaman,
yüz on beşinci ayədən çadralar çəpər sallayıb,
açılmaz qapılar var viza tilsimlərində,
çalmaların çalğısında dua dalğalanmayır,
adam uçmaq istəyir çarəsiz olanda,
səma lombardında girov qalmaq istəyir adam,
alma çiçəyinə qonmuş həsrət lentini
bağrının başına bağlayır Bakı bağları.
xurma gözlüm, qarabuğdayı,
unudulan şərqilərdə tüklücə palma bitər,
ağ göyərçin ol, ya kəbutər,
uğrunda ölməyə bayrağın yoxsa,
ağ köynəyinə qan sıx,
çünki qızıl bayraqların Bəzz qalasında
yaşar hürriyyətin həzzi,
duyğular qarmaq tullayır əlçatmaz bürclərə,
bölünmüş sevgilər eşinə getmək istəyir,
sən yumaq yolla yaraları yasin yollara,
və bətnini bərk elə ağ atlı bir oğlan doğ,
qartılmış arzuların yetişib pambıq qozası,
ağ atlı gözləmələr bəyaz göyərçin uçurur.
Savalana uçuş
Savalanın qarı öylə gözəldir ki,
Bilmirsən yeyəsən, ya ölüncə döyəsən,
yuxarıya dırmaşmağa həvəsin oldu -olmadı,
maqnit kimi adamı özünə çəkir pik,
Tanrı əzəməti var zirvə görüntüsündə,
yuxarıya baxanda düşüncə allahlaşır,
ölməzliyin adına qoruq durub Savalan,
Arktik parıltılarda ildırımlar oynayır,
buludlar yürgüləyir mələk şərqilərini,
qazanmalar həvəsi qalxana qılınc vurur,
burda tonqal başında gənəş qurur uduqlar,
savaş Tanrısı Kürüt şimşəklər guruldadır,
qazavat meydanından ruhlar gəlir dərgaha,
Pirlərin məclisində imtahan verir ərlər,
könlünün liftinə min, ruhların yurduna qalx,
Savalan ruhların saxlanc yeridir, bil,
orada Heydər var, şah İsmayıl var,
peyğəmbərin merac zamanı
gördüyü qırx pir ordadır,
başını qaldır, yuxarı bax,
düşüncə liftində Savalana qalx,
savaş duyğusunu ər üçün götür,
sevginin tamında göyərçin götür,
dünyanı xətadan qoruyur bu dam…
can üstündə bir çuval qar istədi babam,
Savalan qarı istədi canını keyitməyə,
çünki, dərgaha gedəndə Tanrı sevgisi
yandıra bilər tamarzı qalanları.
babam vətəninə tamarzıydı.
göyərçinli sevda
şəriət şələ şəlləməz,
xurma gözlüm, qarabuğdayı.
öpüşün şallaq qorxusu var,
gülümsünmə havayı.
çadralar altında xof yatır,
min yerə göz qoyub yasa.
gözlərinin ürküsünü
sürmələyib boyasan.
bu da belə bir oyundu,
bank qoyulub, kartı al.
çalmaların çalğısının,
reallığı virtual.
qorxunun qanadı tük salır,
göyərçinim göyərçin.
dualar yerə bağlanıb,
göyərçin göylər için.
dalğamız qısa dalğadı,
sözlər də oturmur dilə.
mən bir də belə sevmərəm,
məni kimsə sevməz belə.
Bəzzə doğru
vur baraban, vur baraban,
addımları yeyinlət.
qalxın -qalxın yuxudan,
tiryək yeyən beyinlər.
arzuların gözündən,
qızılı atlar gəlir.
marş ruhu tərpədəndə,
durmaq bizə ar gəlir.
döşə, döşə baraban,
havanı yağla görüm.
hərracda vətən satan,
dükanı bağla görüm.
gözləyişin bəkləri,
yollara saldı səmənd.
azadlıq mələkləri,
ordu yığır kəndbəkənd.
boş dayanma dəmirçi,
üfülə körüyünü.
qılınc elə bizimçün,
günəşin hörüyünü.
səbrimiz olub xal-xal,
cəng günü nar şirəli.
igidlər doğuran xalq,
irəli, arş irəli.
Bəzz qalasında yallı
Hürrey, hürrey, hürrü hərlədir hərəkət,
hürrəmdinsən, hürr dinlisən, hürrəmisən,
(la ilahə illəllah)
türklüyünün bayraqları qan rəngində,
göy tanrının göylüyündə kainat,
Qarabağda bülövləşmiş hayqırtı var
Xorasanda Qor əsəni paylanır.
səsin gəlsin babay Babək.
(la ilahə illəllah)
bir az həzz ver, Bəzz qalası,
cəngə köklənmiş bir həzz,
ruhumuz qasırğa qovan gəmidir,
duyğu desantının yallı dəmidir,
günəşi şərqiylə qovururuq biz,
yaşam yaşılında yeniliyimiz,
yatağan yollar yeniləşir ilan qabığı kimi,
daha daş-qalaq olunmaq istəmir qadınlıq,
şəriətin zopaları əsrin arxivinə,
keçmişin kifli qoxusu gəncliyə mehrab olmaz,
dombadodaq ayrılıqlar öpüş obyekti deyil,
hər yallı dövrəsində bütöv məmləkət yapılır,
əlini mənə ver, göyərçinim
yapışqanla yapışdıraq yaralarını yurdun,
hürrey, hürrey, hürrü hərlədir hərəkət,
hürrəmdinsən, hürr dinlisən, hürrəmisən,
babay Babək Koroğluluq həvəsində,
qan rəngində bayraqları qaldıracaq.
(la ilahə illəllah)
urmiyəli sevda
urmiyənin suyu bir az zəmzəmlidir,
biz səhərin gülüşündən tamsındıq.
gün doğnda od oynayır havada,
müsəlmanın atəşgahı olurmu?
çiçəklərin zınqırovu çalınır,
Koroğludan dastan deyir quş xoru.
qəhrəmanlıq dəbdən düşən şey deyil,
?ər zamanın öz elxanı doğulur.
bu anların ləzzətində uçuş var,
görünməzlər sürünəni çağırmaz.
biz biriksə, dünya mənə kiçikdi,
yol gedənə qucaq açır uzaqlar.
fatehliyə çağırış var, dur gedək,
arabamız ayğır kimi kişnəyir.
neçə – neçə bomba yatır öpüşdə,
hər görüşdə neçə dastan doğulur.
nə cəng sığar, nə eşq sığar içimə,
mən savaşın və sevginin xanıyam.
axır vaxtlar ruhum yaman acıydı,
al dodaqlar mənə zəmzəm verdilər.
ayrılığın zamanı
İran sərhəd deyil sevgilərə,
təzədən qayıtmaq üçün gedirəm.
saqqallar süpürməz həqiqət yolunu,
çadralar tanrı çöhrəsini bağlamaz.
bir eşqli diyardı burası,
sevgili surətlər büt kimidir gözlərdə,
binaların uyğusunda kümbəz yambızlı xəyal,
gözəllərin ərkində qala bürcləri durur,
can yuyunur türküdə, sevda ilahədəndi,
xurafatın yasası bizi yenməz, sevdiyim
açılmış ovucdur dünya güclülərə,
acizlər həmişə qorxu içində qapanır,
xurma gözlüm, qarabuğdayı,
xoş anları tanrı vermir havayı.
eşq camından tamsındıq,
gözəl günlər yaşadıq,
indi ayrılığın zamanı gəldi,
yanğılıdır bütün ayrılmalar,
hərənin içində odlu bir dəniz,
ayrı-ayrılıqda yanacağıq biz,
yanan dillər alov olur qovuşanda,
Alov məmləkətidir Azərbaycan!
məmləkət bir olar biz qovuşanda.
Savalanın qarı öylə gözəldir ki,
Bilmirsən yeyəsən, ya ölüncə döyəsən,
yuxarıya dırmaşmağa həvəsin oldu -olmadı,
maqnit kimi adamı özünə çəkir pik,
Tanrı əzəməti var zirvə görüntüsündə,
yuxarıya baxanda düşüncə allahlaşır,
ölməzliyin adına qoruq durub Savalan,
Arktik parıltılarda ildırımlar oynayır,
buludlar yürgüləyir mələk şərqilərini,
qazanmalar həvəsi qalxana qılınc vurur,
burda tonqal başında gənəş qurur uduqlar,
savaş Tanrısı Kürüt şimşəklər guruldadır,
qazavat meydanından ruhlar gəlir dərgaha,
Pirlərin məclisində imtahan verir ərlər,
könlünün liftinə min, ruhların yurduna qalx,
Savalan ruhların saxlanc yeridir, bil,
orada Heydər var, şah İsmayıl var,
peyğəmbərin merac zamanı
gördüyü qırx pir ordadır,
başını qaldır, yuxarı bax,
düşüncə liftində Savalana qalx,
savaş duyğusunu ər üçün götür,
sevginin tamında göyərçin götür,
dünyanı xətadan qoruyur bu dam…
can üstündə bir çuval qar istədi babam,
Savalan qarı istədi canını keyitməyə,
çünki, dərgaha gedəndə Tanrı sevgisi
yandıra bilər tamarzı qalanları.
babam vətəninə tamarzıydı.
göyərçinli sevda
şəriət şələ şəlləməz,
xurma gözlüm, qarabuğdayı.
öpüşün şallaq qorxusu var,
gülümsünmə havayı.
çadralar altında xof yatır,
min yerə göz qoyub yasa.
gözlərinin ürküsünü
sürmələyib boyasan.
bu da belə bir oyundu,
bank qoyulub, kartı al.
çalmaların çalğısının,
reallığı virtual.
qorxunun qanadı tük salır,
göyərçinim göyərçin.
dualar yerə bağlanıb,
göyərçin göylər için.
dalğamız qısa dalğadı,
sözlər də oturmur dilə.
mən bir də belə sevmərəm,
məni kimsə sevməz belə.
Bəzzə doğru
vur baraban, vur baraban,
addımları yeyinlət.
qalxın -qalxın yuxudan,
tiryək yeyən beyinlər.
arzuların gözündən,
qızılı atlar gəlir.
marş ruhu tərpədəndə,
durmaq bizə ar gəlir.
döşə, döşə baraban,
havanı yağla görüm.
hərracda vətən satan,
dükanı bağla görüm.
gözləyişin bəkləri,
yollara saldı səmənd.
azadlıq mələkləri,
ordu yığır kəndbəkənd.
boş dayanma dəmirçi,
üfülə körüyünü.
qılınc elə bizimçün,
günəşin hörüyünü.
səbrimiz olub xal-xal,
cəng günü nar şirəli.
igidlər doğuran xalq,
irəli, arş irəli.
Bəzz qalasında yallı
Hürrey, hürrey, hürrü hərlədir hərəkət,
hürrəmdinsən, hürr dinlisən, hürrəmisən,
(la ilahə illəllah)
türklüyünün bayraqları qan rəngində,
göy tanrının göylüyündə kainat,
Qarabağda bülövləşmiş hayqırtı var
Xorasanda Qor əsəni paylanır.
səsin gəlsin babay Babək.
(la ilahə illəllah)
bir az həzz ver, Bəzz qalası,
cəngə köklənmiş bir həzz,
ruhumuz qasırğa qovan gəmidir,
duyğu desantının yallı dəmidir,
günəşi şərqiylə qovururuq biz,
yaşam yaşılında yeniliyimiz,
yatağan yollar yeniləşir ilan qabığı kimi,
daha daş-qalaq olunmaq istəmir qadınlıq,
şəriətin zopaları əsrin arxivinə,
keçmişin kifli qoxusu gəncliyə mehrab olmaz,
dombadodaq ayrılıqlar öpüş obyekti deyil,
hər yallı dövrəsində bütöv məmləkət yapılır,
əlini mənə ver, göyərçinim
yapışqanla yapışdıraq yaralarını yurdun,
hürrey, hürrey, hürrü hərlədir hərəkət,
hürrəmdinsən, hürr dinlisən, hürrəmisən,
babay Babək Koroğluluq həvəsində,
qan rəngində bayraqları qaldıracaq.
(la ilahə illəllah)
urmiyəli sevda
urmiyənin suyu bir az zəmzəmlidir,
biz səhərin gülüşündən tamsındıq.
gün doğnda od oynayır havada,
müsəlmanın atəşgahı olurmu?
çiçəklərin zınqırovu çalınır,
Koroğludan dastan deyir quş xoru.
qəhrəmanlıq dəbdən düşən şey deyil,
?ər zamanın öz elxanı doğulur.
bu anların ləzzətində uçuş var,
görünməzlər sürünəni çağırmaz.
biz biriksə, dünya mənə kiçikdi,
yol gedənə qucaq açır uzaqlar.
fatehliyə çağırış var, dur gedək,
arabamız ayğır kimi kişnəyir.
neçə – neçə bomba yatır öpüşdə,
hər görüşdə neçə dastan doğulur.
nə cəng sığar, nə eşq sığar içimə,
mən savaşın və sevginin xanıyam.
axır vaxtlar ruhum yaman acıydı,
al dodaqlar mənə zəmzəm verdilər.
ayrılığın zamanı
İran sərhəd deyil sevgilərə,
təzədən qayıtmaq üçün gedirəm.
saqqallar süpürməz həqiqət yolunu,
çadralar tanrı çöhrəsini bağlamaz.
bir eşqli diyardı burası,
sevgili surətlər büt kimidir gözlərdə,
binaların uyğusunda kümbəz yambızlı xəyal,
gözəllərin ərkində qala bürcləri durur,
can yuyunur türküdə, sevda ilahədəndi,
xurafatın yasası bizi yenməz, sevdiyim
açılmış ovucdur dünya güclülərə,
acizlər həmişə qorxu içində qapanır,
xurma gözlüm, qarabuğdayı,
xoş anları tanrı vermir havayı.
eşq camından tamsındıq,
gözəl günlər yaşadıq,
indi ayrılığın zamanı gəldi,
yanğılıdır bütün ayrılmalar,
hərənin içində odlu bir dəniz,
ayrı-ayrılıqda yanacağıq biz,
yanan dillər alov olur qovuşanda,
Alov məmləkətidir Azərbaycan!
məmləkət bir olar biz qovuşanda.
Комментариев нет:
Отправить комментарий