31.12.2011

YƏHUDİLƏRİN MƏQSƏDİ

Seyfəddin Altaylı


Bizim tarix boyu millət olaraq heç bir xalqa qarşı hər hansı düşmənçiliyimiz görülməyib, eşidilməyibdir; çünki biz tarix səhnəsinə çıxışımızdan üzübəri Tanrıya inanmışıq, özümüzə güvənmişik. Otuz min nəfərlik ordularımızla yüz min nəfərlik orduları çil cücəsi kimi darmadağın etməyimizin səbəbi də bu fikirdən qidalanmışdır. Bəzi qüvvələrin bizə düşmən gözüylə baxmasını, dişini qıcamasını da heç vecimizə də almamışıq. Bu fikir və davranış düzdürmü, deyildirmi, bu ayrı məsələdir. Ancaq biz xarakter olaraq belə bir millətik vəssalam.


Həzrət Məhəmməd (s.ə.v) mənsubu olduğu ərəblərə bu öyüdü verib; “Türklər sizə toxunmadıqca siz onlara toxunmayın. Türklərin dilini öyrənin, çünki onların hakimiyyəti çox uzun çəkəcəkdir”. Ancaq Tanrının ən sevimli qulu olan Hz. Məhəmmədin öyüdü belə Samiləri bizə düşmənçilik etməkdən yayındırmayıbdır.

Görkəmli alim İsmail Haqqı Danişməndin araşdırmalarına görə Buhari, əl Bağdadi, əl Bəlxi, Beyzavi, Məqdisi, Nəsəfi, Nüveyri, İbnül əsir kimi tanınmış alimlər belə “Quran-i Kərim”də adı çəkilən “Yəcuc-Məcuc”lərin biz Türklər olduğunu həm ərəblərə, həm də bəşəriyyətə fəlakət gətirəcək varlıqlar olduğumuzu iddia etmişdir.
İsrail oğullarının İbrani nəsəbindən gəldiyi məlumdur və İbrani sözü də əbərdən gəlmədir. Əbər, Nuh peyğəmbərin soyundan gələn və Yaqub peyğəmbərin babası İbrahimin atasıdır. Hz. Məhəmməd, İsmail peyğəmbərin sülbündəndir və İsmail ilə İshaq peyğəmbər qardaşdır. İkisi də Hz. İbrahimin oğullarıdır. İsrail oğulları ilə Hz. Məhəmmədin nəsli olan haşimilər qohumdur. Yəni bizə olan münasibətdə ərəb və ya İsrail oğullarının əksəriyyəti, bir-birindən fərqlənmədən həmin rəftarı ediblər. Millət olaraq bizə sevgi bəsləyən və vəfalı davranan ərəblər və yəhudilər isə istisnadır.
Hamı bilir ki, yəhudilər iki min il dövlətsiz yaşadılar. Onun səbəbi də müqəddəs kitabımız “Quran-i Kərim”in Bəqərə surəsinin 89-cu ayətində “Haçan ki, onlara Allahdan, özlərində olan Tövratı təsdiqləyən bir kitab olan “Quran” gəldi, daha əvvəlcə onu (Tövratı) dananlara qarşı yardım dilənərkən, o bildikləri (“Quran”) özlərinə gəldikdə onu dandılar”. Onlar bu səbəbə görə dövlətlərini itiriblər və iki min il dövlətsiz qalaraq özgə millətlərin yaratdığı dövlətlərə bir növ xidmətçilik edərək ömür sürüblər. Biz isə millət olaraq digər millətlər kimi İsrail oğullarını da Allahın yaratdığı şərəfli bir varlıq olan insan gözündə görmüş və onlara tarix boyu daim kömək olmuşuq. İnsanın elədiyi yaxşılığı dilə gətirməsi həddən artıq çirkin bir hadisədir; ancaq üstündə dayandığım mövzu tarixi həqiqət olduğuna görə, istəyirəm ki, yəni nəsillər tərəfindən bilinsin, yeganə məqsədim də budur. Yoxsa mənim nə Yəhudi xalqına, nə də özgə bir xalqa düşmənçiliyim yoxdur, sadəcə olaraq onların əməllərini dilə gətirirəm, yəni vasitəçiyəm. Tarixi həqiqətlər bilinməzsə gələcək yaxşı təyin edilə bilməz. Gələcək nəsillərimizin birlik və bərabərliyini, xoşbəxtliyini, azadlığını və müstəqilliyini təmin etmək üçün tariximizi yaxşı bilmək məcburiyyətindəyik. İnqvizisiya məhkəmələri və Hitler dövründə kütləvi qırğınlara məruz qalan yəhudilərin dadına biz çatmışdıq, həm də avropalı imperialistlərin qəzəbini üstümüzə yönəldərək. Yaxşı, bu millətin əsl məqsədi nədir görən və dahası bizimlə niyə cəbəlləşirlər?! Gəlin onu Baruh Levi adlı bir Yəhudinin Frederic Engels və Karl Marksa, kommunist manifestin yayılmasından bir il qabaq, 1847-ci ildə yazdığı məktubdan oxuyaq.
“Əgər siz Yəhudi irqinin azad, xoşbəxt və firavan yaşamasını istəyirsinizsə dünya miqyasında “millət, irq, din” məfhumlarını qəbul etməyən, dövlətlər arasındakı sərhədləri tanımayan bir ideoloji yaradın və bu ideoloji ilə millətləri, irqləri, dinləri, dövlətlər arasındakı sərhədləri aradan götürün, bir dünya xalqları dövləti yaradılsın. Yəhudi irqi işgüzardır, ağıllıdır və ayıqdır, o vaxt cəhd edəcək, əl-ələ verərək köməkləşəcək və yaranan dünya dövlətinin hakimiyyətini əlinə keçirəcək digər irqləri də özünə qul edəcəkdir!”
Doğrudan da, kommunizm ideolojisinin şüarı nə idiə “Dünya proletarları birləşin, din əfyundur, millətçilik faşizmdir və s”.
1923-cü ildə İsmət İnönüyə, Atatürk tərəfindən Losanna müzakirələrində iştirak etmək vəzifəsi tapşırılmışdır. İsmət İnönünün müşaviri də Haham Haim Nahum adlı bir yəhudidir və İnönü ilə birlikdə Losanna şəhərinə gedib. Haham Haim Nahumun, hələ təzəcə qurulmuş bir dövlətin bu cür həyati önəmə malik sülh görüşlərində müşavir kimi təyin olunması belə, aramızda yaşayan dini, dili, milliyyəti bizə yad olan insanlara hüsnniyyətlə yanaşdığımızı sübut edir. Onların bizə qarşı etdikləri rəftar isə onların vəfasızlıqlarının sübutundan özgə heç nə deyildir. Haim Nahum, Losanna görüşləri əsnasında İngiltərə Baş naziri Winston Churchil, Fransa Dövlət Rəhbəri Clemenceao ilə bir an aranı xəlvətə verib görüşdükdə onlara, “Öz aramızda qalsın, mən bura Türkiyənin nümayəndəsi sifətilə gəlmiş olsam da əslində İsrailin Mürşidlər Məclisinin nümayəndəsi kimi gəlmişəm. Sizə onların qərarını çatdırıram. Biz hahamlar məclisində yekdilliklə bu qərara yetişdik və onun nəticəsini sizə bildirmək istəyirəm. Xülasə olaraq deyirəm ki, Türkiyə məhv olmadıqca biz arxayın olmayacağıq. Türkiyəni hərb ilə aradan götürmək də qeyri-mümkündür. Onları hərb edərək İsrailə tabe etmək də mümkün deyildir. Biz məqsədimizə çatmaq üçün yeddi maddəlik bir planı həyata keçirməliyik. Onlar da bunlardır: 1-Türkləri ac-yalavac hala gətirəcəyik. 2-İşsiz-gücsüz buraxacağıq. 3-Xirtdəklərinə kimi borca soxacağıq. 4-Dinlərindən kənarlaşdıracağıq. 5-Əhalini böləcəyik. 6-Böldüklərimizi bir-birinin canına daraşdıracağıq. 7-Udulacaq tikə eləyib İsrailin bir vilayətinə döndərəcəyik”.
Yəhudiləri və erməniləri daimi olaraq dəstəkləyən və onların məsələsini dünya gündəminə çıxararaq İsrail dövlətinin Sina yarımadasında yaranmasının bünövrəsini qoyan şəxs İngiltərə baş naziri William Evart Gladstonedir. Ermənilərə “Qan tökməsəniz, qırğınlar törədib türklərin qəzəbini üstünüzə yönəldərək yaranan vuruşmalarda ölməsəniz sizin məsələnizi dünya gündəminə nə cür apara bilərəm? Üsyan edin, ölün, öldürün!” deyərək Osmanlının sadiq təbəəsi erməniləri qışqırdan, onların törətdiyi qırğınları görməməzliyə vuran, dinc xalqa hücum çəkərkən özünü müdafiə edən xalqla yaranan toqquşmalarda ölən üsyankar ermənilərin sayını yüz dəfə çoxaldaraq agitasiya ilə qara təbliğat aparan da həmin şəxsdir. Evangelist xristian məzhəbinin ən ifrat tərəfdarı kimi 1875-ci ildə Avam məclisində “Quran-i Kərim”i ordakılara göstərərək, “Türklər, əllərində bu kitabla yeridikcə dünyaya xəstəlik yoluxduracaqlar. Bu kitab aradan götürülməli, türklər Anadoludan bir dəfəlik çıxarılmalıdır, çıxarmalıyıq!” deyərək bizə və İslam dininə duyduğu kinini qusan da həmin William Evart Gladstonedir.
Məlumdur ki, İsrail dövləti 14 May 1948-ci il tarixində yaranmışdır, yəni Losanna sazişindən düz otuz beş il sonra. Yəhudilər indi ABŞ-da ipi əllərinə keçiriblər, dünyanın pul döngüsü də onların əlindədir.
Bərzani kürdlərini Musəviliyə döndərmələri və İraqın şimalında özlərinin qabağında bir tampon kürd dövlətinin yaradılması üçün başda ABŞ-İngiltərə və digər dövlətləri qızışdırıb ortalığa salmaları, Nildən Fərat çayına kimi olan sahənin Tanrının özlərinə vəd etdiyi torpaqlar olduğunu iddia etmələri, Orta Şərqdə törətdikləri vəhşiliklər nəyə xidmət edir!ə
ABŞ-ın sabiq dövlət katibi Condoleezza Rice yaydığı bir bəyanatda, “Türkiyə də daxil iyirmi iki ölkənin sərhədləri dəyişəcəkdir” demişdi.
On doqquzuncu əsrdə İngiltərənin yeritdiyi siyasəti indi ABŞ-İngiltərə-İsrail triosu yeridir.

1 комментарий:

  1. Анонимный13.02.2012, 23:51

    Hörmətli Seyfəddin Altaylı mən Sizi tanımıram. Amma bu yazıya görə Sizə təşəkkürümü bildirirəm. mənim bu məsələlərdən az-çox xəbərim var. Siz çox düzgün qeyd edirsiniz ki, bizim gənclər bu tarixi həqiqətlərdən xəbərdar olmalıdırlar. Əks halda gələcəkdə vəziyyət çox pis olacaqdır.

    ОтветитьУдалить