30.12.2011

Cəmil Həsənli Ziyalilar Forumunda


Cəmil Həsənli: “Azərbaycanda bayramqabağı qiymət artımı var. Bu müxtəlif vəzifəli şəxslərin ölkə iqtisadiyyatını bütöv monopoliyaya götürməsilə bağlıdır. Müxtəlif dairələr idxaldan gələn gəlirləri nəzarətə götürüblər. Bu gün Bakıdan kənarda iş yerləri, həyat yoxdur. İş yerləri ilə bağlı statistik rəqəmlər də tam real deyil. Dünyanın heç bir yerində istiqlaliyyət bəyannaməsini imzalayanlar həbsdə yatmırlar. Bu gün Azərbaycanda çörək problemindən daha çox ədalət problemi var. Dünyada böyük proseslər gedir və biz bunlardan kənarda qala bilmərik. Bu islahatlar yolu ilə olsun, baharda yaxud payızda olsun vacib deyil. Mövcud problemləri ört-basdır etmək, vəziyyətə kommunist rejiminin çürük nöqteyi-nəzərindən yanaşmaq olmaz”. (Ziyalilar Forumu)

Комментариев нет:

Отправить комментарий