Məscidlərin işığını kəsdirən Aydın Məmmədov jurnalisti məhkəməyə verdi
“Region-xeber.info” bildirir ki, “Azərişıq” Cəlilabad idarəsinin rəisi Aydın Məmmədov jurnalist Murad Hüseynovu məhkəməyə verib. 12 may saat 10: 00 da təyin edilən Məhkəməyə Aydın Məmmədov gəlmədiyindən Məhkəmə təxirə salınıb. Qeyd edək ki, jurnalist Murad Hüseynov məscidlərə elektrik enerjisi ilə təminatının dayandırılmasını işıqlandırdığına görə Cəlilabad Elektrik Paylayıcı Şəbəkəsinin müdiri Aydın Məmmədov tərəfindən məhkəməyə verilib. Jurnalist Murad Hüseynovu dəstəkləmək üçün hüquq müdafiəçiləri və xeyli sayda mətbuat numayəndələri Məhkəmə binası qarşısında toplaşmışdır.
Комментариев нет:
Отправить комментарий