14.05.2016

Fikrət Şahbazlı - Günləri yaşamırıq

Oxşar günlər oxşar aylar,
Yadda qalan anımız yox.
Sevinməyə gün tapmırıq,
Darıxmağa günümüz yox.

İldə bir yol sevinməklə,
Dünyanın kefin edirik.
Biz günləri yaşamırıq,
Biz günləri dəfn edirik.

Görən dünya, hara gedir?
Biz zamanı dayandırdıq.
Yönlü ömür yaşamadıq,
Papağı günə yandırdıq.

Başqasının aldığının,
Yüzdə biri bizm olmur.
Səadət o zaman gəlir,
O zaman da lazım olmur.

Комментариев нет:

Отправить комментарий