11.05.2016

Nazim Məmmədov necə general olub?

Dövlət Gömrük Komitəsinin sədr müavini Nazim Məmmədov Kəmaləddin Heydərovun sürücüsü imiş

Azərbaycanda hansısa sahəyə rəhbərlik edən məmurun vəzifələri yaxınları arasında bölüşdürməsi adi haldır. Bu, Azərbaycan hakimiyyətinin idarəçilik metodunun başlıca qaydasıdır. 
Bəzi məmurlar, hətta cangüdənini, sürücüsünü yüksək postlara təyin etməkdən çəkinmir. Dünən növbəti belə bir faktla bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. 
Məlumatda deyilir ki, Dövlət Gömrük Komitəsinin sədr müavini Nazim Məmmədov əvvəllər fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sürücüsü olub. Əslən Naxçıvandan olan Nazim Məmmədov 1951-ci ildə dünyaya gəlib. 1999-cu ildə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetini bitirib. Əmək fəaliyyətinə Naxçıvanda baytarlıq stansiyasında başlayıb. Sonradan Kəmaləddin Heydərovun sürücüsü olub. 2007-ci ildə “fövqəlnazir”in dəstəyi ilə komitə sədrinin müavini postuna yiyələnib. 2008-ci ilə, ali təhsilini başa vurduqdan 9 il sonra general-leytenant rütbəsi alıb. Məlumatlarda vurğulanır ki, Nazim Məmmədov məmurlar arasında komitə sədrinin müavinindən çox, prezident ailəsinin ərzaq təminatçısı kimi tanınır. Onun oğlu Mustafa Məmmədov isə polkovnik-leytenantdır. Mustafa Məmmədov Fövqəladə Hallar Nazirliyində şöbə rəisi vəzifəsində çalışır. /azadliq.info/

Комментариев нет:

Отправить комментарий