02.05.2016

H.A.A.R.P - supergüclərin məxfi silah

Bu texnologiyanın işləmə prinsipi nəzəri olaraq ilk dəfə serb əsilli ABŞ fiziki Nikola Tesla (1856-1943) tərəfindən işlənib hazırlanmışdır. Nikola Tesla bir fizik, ixitraçı, elektrik və maşın mühəndisi olmaqla yanaşı, həm də dahi bir şəxsiyyət olaraq bəşəriyyət tarixində bir sıra mühüm ixtiraları ilə tanınmışdır. Bu sahədə əldə etdiyi uğurlarına görə onu bəzən "Elektrik Tanrısı" da adlandırırdılar və bu da onun haqqında cürbəcür şaiələrin,əfsanələrin yaranmasına gətirib çıxartmışdır. Tesla apardığı tətqiqatlar nəticəsində belə bir nəticəyə gəlmişdir ki, yüksək tezlikli radio dalğaları güclü radio ötürücülərin köməyi ilə atmosferə göndərməklə atmosferin həmin hissəsini aktivləşdirmək, oranı qızdıraraq nəticədə hava axınlarını idarə etmək mümkündür. Bu nəzəri olaraq öz əksini tapsa da praktiki olaraq həyata keçib-kemədiyinə dair əlimizdə heç bir rəsmi sənəd yoxdur. Lakin geniş yayılmış,  təsdiqini tapmamış populyar fərziyyələrdən biri də bu olmuşdur ki 1908-ci il 30 iyun tarixində Sibirin Podkamennaya Tunquska (Tunqus) çayı hövzəsinə düşmüş nəhəng meteorit heç də deyildiyi kimi adicə bir meteorit olmamış, Teslanın hansısa gizli tədqiqatının, elektrik üzərində apardığı növbəti məxfi sınağının nəticəsi olmuşdur və guya bu tətqiqatı ABŞ höküməti maliyələşdirərək dəstəkləmişdir. Əlbətdə ki, bu Tunqus meteroiti haqqında yayılmış onlarla fərziyyədən yalnız biridir (bu fərziyyələrdən bəzilərini sizlərin nəzərinə çatdırım: ufoloqlara görə bu heç də meteorit olmamış, hansısa yad sivilizasiyaya məxsus qəzaya uğramış kosmik gəmi, metereoloqlara görə isə bu heç də "göydən düşən daş" deyil, hansısa naməlum, nadir atmosfer hadisəsi olmuşdur və s.). Bu mövzu üzərində çox da qalmayaraq davam edək.Tesla və onun nəzəriyyəsi haqqında qısa olaraq ona görə sizi məlumatlandırmağı özümə borc bildim ki, HAARP texnologiyasının işləmə prinsipi eyni ilə Nikola Teslanın nəzəriyyəsi ilə üst-üstə düşür və bu əlaqələri siz öz araşdırmalarınızda da görə biləcəksiniz. İndisə bu mövzu ətrafında bəzi tətqiqatçıların və alimlərin fikirləri ilə tanış olaq.
1981-ci ildə nüvə mühəndisi və Amerikadakı qabaqcıl Tesla araşdırmaçısı Albay Thomas Bearden Amerika Psixantrop Dər nəyində bir konfrans verdi. Öz çıxışının bir bölümündə eyni zamanda 1978-ci ildə "Specula" jurnalında mübahisə mövzusu olan Tesla nəzəriyyəsinin praktik olaraq necə tətbiq oluna biləcəyindən danışdı. Albay əslində HAARP-ın necə işlədiyini anladırdı: "Edə bildiyimiz tək şey tezlikləri dəyişdirməkdir. Əgər tezlikləri bir istiqamətdə dəyişdirsəniz, enerjini dünyanın digər hissəsində hədəflədiyiniz yerin üstündəki atmosferə boşaldacaqsınız. Havanı ionlaşdırmağa başladıqca hava axınlarının istiqamətlərini və başqa prosesləri dəyişdirə biləcəksiniz. Bu mükəmməl bir hava maşınıdır".
Elm adamı olan Albay Thomas Bearden bunu hardasa əyləncəli hava oyuncağı kimi tanıtmaq istəyirdi. Fəqət bu eyni zamanda 28 iyul 1976-ci il Çinin Tyanşan zəlzələsini xatırladırdı (bu dəhşətli zəlzələdə 600 mindən artıq insan həlak olmuşdur və ən dağıdıcı zəlzələ kimi tarixə düşmüşdür).
İndisə bir daha bəzi məlumatları sistemləşdirib sizin nəzərivizə çatdırmaq istəyirəm və bu barədə yekun mülahizələrimi söyləmək fikrindəyəm. H.A.A.R.P proqramı ABŞ-ın ən gizli hərbi proqramlarından biridir (H.A.A.R.P-ingiliscə "High Frequency Active Auroral Research Program" sözlərinin baş hərflərindən ibarət olub azərbaycanca "İonosferin (və ya qütb parıltılarının) Yüksək Tezliklərlə Aktiv Tətqiqi Proqramı" deməkdir). 1993-cü ildə Alyaskada  ABŞ-ın Hərbi Hava və Hərbi Dəniz-donanma qüvvələri, Alyaska Universiteti və Ən Yüksək Səviyyəli Müdafiə Tətqiqat Layihələri Agentliyi (DARPA) tərəfindən əsası qoyulan və 2007-ci ildən bütün gücü ilə işləyən 20 metr uzunluqlu 180 antenadan ibarət bu radiostansiya ionosferə yüksək tezlikli radio dalğalar göndərərək atmosferin tətqiqi ilə məşğul olur. Buna görə də bu layihə rəsmi olaraq elmi-tətqiqat proqramı kimi ictimayyətə təqdim olunur. Bu proqramın gerçəkləşməsində 3 Amerika şirkəti - ARCO, Raytheon və E-Sistemləri- önəmli rol oynamış və hələ də oynamaqdadırlar. HAARP texnologiyası sayəsində atmosferdə ionosferin qızışdırılması yolu ilə çox aşağı tezlikli dalğalar (ELF) yaradılır ki bu da hava axınlarının yerdəyişməsinə səbəb olduğu üçün HAARP-ın həm də iqlim silahı kimi istifadə edilməsi iddiaları ortaya çıxır. Bundan başqa HAARP həm də hərbi məqsədlərçün istifadə edilir və hərbi-hava, hərbi-dəniz qüvvələrinə hərbi dəstək göstərməyə xidmət edir. Lakin yuxarıda da qeyd etdiyimiz kimi rəsmi dairələrə əsasən HAARP əslində elmi-tətqiqat layihəsidir və bu proqramın heç bir iqlim silahı ilə əlaqəsi yoxdur, məqsədsə atmosferi və onda gedən prosesləri tətqiq etməkdir. Əlbətdə, rəsmi dairələrin verdikləri məlumatlara əminliklə inanmaq olmaz. ABŞ hərbi qüvvələrinin verdiyi məlumata görə HAARP gələcəkdə aşağıdakı hərbi məqsədləri gerçəkləşdirə biləcək:
-Atmosferdəki termonüvə vasitələrinin elektromaqnetik vuruşlarını dəyişdirmək;
-Sualtı gəmilərlə əlaqə yaratmağı asanlaşdırmaq;
-Radar sistemlərini son dərəcədə inkişaf etdirmək;
-Çox böyük bir bölgədə, ABŞ ordusu xaricində bütün məlumat ötürən kanalların fəaliyyətini dayandırmaq;
-Emass və Cray kompyuterləri ilə ortaq tətqiqatlar aparmaq, torpağın altını çox dərin qatlarına qədər incələmək;
-Geniş ərazilərdə neft, təbii qaz və mineralları axtarıb tapmaq;
-Cruise raketləri kimi hər hansı hücum silahını və  təyyarəni elə havadaca neytrallaşdırmaq (məhv etmək).
İndisə bu proqrama qarşı olan ABŞ elm adamlarının fikirləri ilə də tanış olaq. Bir sıra elm adamları bunun çox təhlükəli bir proqram olduğunu bildirirlər. Çünki onlara görə HAARP gələcəkdə elə bir gücə sahib ola bilər ki, bununla o dünyanın tam sahibi ola bilər. Proqrama qarşı çıxanlardan biri, ölkənin ən nüfuzlu geofiziklərindən olan prof. J.F.MacDonalda görə bu elektromaqnetik texnologiya aşağıdakılara səbəb ola bilər:
-İqlimi dəyişdirmək;
-Qütbləri əridə bilir və ya yerindən oynada bilir;
-Ozon təbəqəsinə güclü təsir göstərə bilir;
-Zəlzələ yarada bilir;
-Okean dalğalarını idarə edə bilir;
-Dünyanın enerji mənbələri ilə "oynayaraq" insan beynini nəzarət altına ala bilir;
-Radiyasiya yaymayan termonüvə partlayışı həyata keçirə bilir.
Düzdür bütün bunlar bizə fantastik görsənə bilər və siz deyə bilərsiniz ki bu qədər işləri görməyə qabil məxfi silah haqda məlumatlar necə olub ki cəmiyyətə sızıb? Mənsə deyə bilərəm ki kəşfiyyatda belə bir qayda var: "Bir şeyi gizlətmək istəyirsənsə onu ən açıq və hamının gördüyü yerə qoy!"
Burda da eyni prinsip işləyir. Deyə bilərsiniz ki bütün bunlar nəyə lazım, bütün bunlar kimlərin mənafeyinə xidmət edir. Deyə bilərəm ki bütün bunlar supergüclərə, dünyanı idarə edənlərin iyrənc məqsədlərinə xidmət edir və bu gizli qüvvələr dünyanı və onun əhalisini tam olaraq idarə etməkçün ən qabaqcıl elmi nailiyyətlərdən istifadə edərək hətta təbiətin, təbiəti yaradan Tanrının belə işlərinə qarışmaqdan çəkinmirlər. Bütün bunlar əslində "Yeni dünya düzəninə" hazırlıqdır. İnsanları bir mərkəzdən idarə etmək və onlara kölə ideologiyasını təlqin etmıkçün mütləq texnoloji tərəqqiyə və texniki vasitələrə ehtiyac var. Keçmiş ABŞ prezidenti Ata Buş "Yeni dünya düzəni" kəlməsini çətin ki ancaq siyasi anlamda işlətmişdir, heç şübhə yoxdur ki bu kəlmə həm də gələcəkdə vahid mərkəzdən idarə olunacaq təbiəti və cəmiyyəti də nəzərdə tuturdu. XX-XXI əsrin əsas düşünən beyinlərindən hesab olunan və ABŞ hökümətində bir sıra yüksək vəzifələri tutmuş Zbiqnev Bzejinski öz "Texnotron era" adlı əsərində də texnika və texnologiyanın köməkliyi ilə total olaraq idarə olunan cəmiyyətdən və vahid dünya hökümətindən danışırdı. O deyirdi: "Növbəti illərdə texnologiyaya bağlı idarə olunan bir cəmiyyət qurulacaq və  elit təbəqə bu imkandan istifadə edəcəkdir".
C.Kolemann da öz "Komitet:300" adlı əsərində dünyanı idarə edən gizli hökümətdən və onların gələcək planlarından danışırdı. Bu gələcək planlara dünya əhalisini total idarə etməkçün istifadə olunacaq texnologiyalar və nəzarəti kütləvi səviyyədən fərdi səviyyəyə endirməkçün hər bir insana quraşdırılacaq elektro-radio çiplər də daxil idi. Görünür HAARP texnologiyası da bu məqsədlərçün hazırlanmış və indi də təkmilləşdirilən bir proqramdır. Əsl həqiqəti isə şübhəsiz ki biz tam olaraq bilə bilmərik.
Əlbətdə, bütün bu yazdıqlarımın hamısı doğru olmaya bilər və məni də bu yalan hesab etdiyiniz məlumatları yaymaqda ittiham edə bilərsiniz. Çünki əsl həqiqətin nə olduğunu heç mən özüm də bilmirəm. Bu məqalələrdəsə axtarıb araşdırdığım və bunları sizlərə çatdırmağı özümə borc bildiyim məlumatlar, fərziyyələr, nəzəriyyələr özünə yer tapmışdır. Bu araşdırmalarımda məqsəd heç də o deyildir ki əsl həqiqət üzə çıxsın və hamı da buna inansın, bunu onsuz da bacarmaram. Bu tədqiqatı həyata keçirməyimdə əsas məqsədimsə ondan ibarətdir ki,insanları bu haqda məlumatlandırıb, onlarda bu cür texnologiyaların mövcud olma ehtimalına dair maraq oyatmaq və gələcək tətqiqatçıları bu mövzuda axtarışa həvəsləndirməkdir. Məqaləmi səbr edib oxuduğunuz üçün sizə təşəkkürümü bildirirəm və bu mövzuda gələcəkdə tətqiqat aparmaq istəyənlərə uğurlar arzu edirəm.

Babur Hüseynov     Fəlsəfə Akademiyası             exobaku.com

Комментариев нет:

Отправить комментарий