28.05.2016

Peyğəmbərin (s) nəhy etdikləri

Şeyx Səduq Peyğəmbərdən (s) rəvayət etmişdir ki, o həzrət (s) bir çox şeyləri nəhy etmişdir. Bu nəhylərin bə`ziləri məkruh, bə`ziləri  də mühərrəmatlardır. Biz onların müəyyən qismini burada qeyd edirik:

1.Cənabət halında yemək yemək.
2. Hamamda misvak etmək.
3. Ağızın, yaxud burunun suyunu məsciddə yerə atmaq.
4. Məscidləri yol üstü keçid vasitəsi kimi istifadə etmək. Həzrət (s) buyurub: ”Yolunuzu məscidlərdən salmayın. Əgər belə etsəniz, orada iki rükət namaz qılıb sonra oradan çıxın.”
5. Meyvə ağacının altına bövl etmək.
6. Sol əllə yemək yemək.
7. Yemək yeyərkən söykənmək.
8. Məqbərələri tə`mir etmək və orada namaz qılmaq.
9. Açıq yerdə çimərkən, yaxud qüsul alarkən övrəti açıq saxlamaq.
10. Axarı olmayan suya bövl etmək.
11. Ayaqyolunda üzü qibləyə oturmaq.
12. Bəla və müsibət zamanı ah-nalə edib fəryad qoparmaq.
13. Yas mərasimlərində növhə demək və ona qulaq asmaq.
14. Yalan yuxu danışmaq
15. Şəkil çəkmək.
16. Hər hansı bir heyvanı yandırmaq.
17. Cinsi əlaqədə olan zaman çox danışmaq.
18. Zibili atmayaraq gecəyə qədər evdə saxlamaq.
19. Gecə əli yağlı olduğu halda və oturan halda yatmaq.
20. Ərinin icazəsi olmadan qadının evdən bayıra çıxması.
21. Qadının öz ərindən başqası üçün bəzənməsi.
22. İki qadının çılpaq halda bir yataqda yatması.
23. Bir qadının başqa qadınla özü və əri arasında olan xəlvət məsələlər barəsində danışması.
24. Qadınla kişinin üzü qibləyə olduqları halda cinsi yaxınlıq etməsi.
25. Falçıya, münəccimə müraciət etmək.
26. Nərd, şahmat oynamaq, tar və tənbur çalmaq.
27. Qeybət etmək və ona qulaq asmaq.
28. Söz gəzdirmək və sözgəzdirənə qulaq asmaq.
29. Fasiq insanların yemək də`vətini qəbul etmək.
30. Yalandan and içmək.
31. Üzərində şərab olan süfrə kənarında əyləşmək.
32. Allah yolundan başqa bir yola çəkən söhbətlərə qulaq asmaq.
33. Qızıl və gümüş qablardan su içmək.
34. Kişilərin ipək paltar geyinməyi.
35. Nərd alveri.
36. Şərab alveri və şərab paylayan olmaq.
37. Faiz yemək.
38. Kafirlə əl verib görüşmək.
39. Dördayaqlıların üzündən vurmaq.
40. Bilərəkdən öz mö`min qardaşının, yaxud qeyrisinin övrətinə baxmaq.
41. Qadının digər qadının övrətinə baxması.
42. Məqbərələrdə, yol üstündə, dəyirmanlarda, dərələrdə, dərin çalalarda, tövlələrdə namaz qılmaq.
43. Bal arısını öldürmək.
44. Dördayaqlıların üzünə dağ basmaq.
45. Allahdan başqasına and içmək.
46. Cənabət halında məsciddə oturmaq.
47. Cümə namazının xütbələri oxunarkən danışmaq.
48. Mis və dəmir üzük taxmaq.
49. Üzük üzərinə heyvan şəkli döydürmək.
50. Fitr, Qurban bayramları günü, Yəvmul-şəkk günü (yə`ni, Ramazan ayının əvvəli, yaxud Şabanın axırıncı günü olması mə`lum olmayan gün) və Əyyamut-təşriq (yə`ni, həccin Qurban bayramından sonra Minada keçirilən üç günü) günlərində oruc tutmaq.
51. Əllə deyil dördayaqlılar kimi su içmək.
52. Ağız suyunu suyu içilən quyuya atmaq.
53. Əlmuzdunu əvvəlcədən müəyyənləşdirmədən fəhlə işlətmək.
54. Küsmək. Əgər küssə də bunu üç gündən artıq uzatmaq.
55. Qızılı çəkidə daha artıq qızıla satmaq.
56. Mədh etmək və tərifləmək.
57. Münaqişə zamanı zalım tərəfin vəkili olub onu müdafiə etmək.
58. Tamah məqsədi ilə sultan, padşah, zalım hakim və digərlərini mədh edib tə`rifləmək.
59. Zülm və ya zalımın ardınca getmək.
60. Özünü göstərmək və fəxr etməkdən ötrü ev tikdirmək.
61. Qur`an oxuyub sonra haram yemək, yaxud dünyanın bər-bəzəyinin ardınca getmək.
62. Müsəlman, yəhudi, xristian, yaxud zərdüşt olmasından asılı olmayaraq hər hansı bir qadınla zina etmək.
63. Qonşunun evinə baxmaq (güdmək).
64. Allahın müəyyən etdiyi ruziyə razı olmayaraq şikayət etmək.
65. Təkəbbürlə yol getmək.
66. Qadının mehriyyəsi barədə ona zülm etmək.
67. Şahidliyi gizlətmək.
68. Qonşuya əziyyət etmək.
69. Müsəlman fəqiri təhqir etmək.
70. Pis və çirkin işlərə, şəhvətlərə, nəfsani istəklərə uymaq.
71. Dünya işlərini axirət işlərindən üstün tutmaq.
72. Harama baxmaq.
73. Naməhrəm qadınla əl tutub görüşmək.
74. Naməhrəm qadını qucaqlamaq.
75. Al-ver zamanı fırıldaq işlətmək.
76. Ev əşyalarını qonşudan əsirgəmək.
77. Qadının öz ərinə dili ilə əziyyət etməsi.
78. Hər hansı bir müsəlmanın üzünə şillə vurmaq.
79. Xəyanət etmək.
80. Bir kəsin əleyhinə yalandan və batil şahidlik etmək.
81. Xəyanətlə mal əldə etmək, yaxud xəyanət vasitəsi ilə əldə edilmiş mala yiyələnmək.
82. Başqa bir müsəlmanın haqqını tapdalamaq.
83. Pis və çirkin bir işdən xəbərdar olub onu faş etmək.
84. İmkanlı olduğu halda ondan borc istəyən müsəlman qardaşını əliboş geri qaytarmaq.
85. Kişinin öz qadınının bəd xasiyyəti qarşısında təmkinli olmaması.
86. Mö`min qardaşına qarşı ehtiramsızlıq göstərmək.
87. Qohumlarla əlaqəni kəsmək.
88. Bir kəsin onun boynunda olan haqqını ödəməyə imkanı olduğu halda bu işi tə`xirə salmaq.
89. Zalım bir hakimin cəza icra edəni.
90. Yaxşılıq etdikdən sonra minnət qoymaq.
91. Hər hansı bir pis və günah işi kiçik saymaq.

Ayətullah Meşkini, “Nəsihətlər” kitabı. 
Tərcümə edən: Xəlifə Həmidov
Nəşr edən: Şəhriyar

Комментариев нет:

Отправить комментарий