ABŞ körfəz ölkələrindən HHM sistemi olan "Patriot"ları çıxarır. Böyük ehtimal ki, Hind okeanı ətrafı ölkələrə, Yapon dənizi və Cənubi Çin dənizinə yerləşdirəcək.
Bunun bir məntiqli cavabı var: Çin və Şimali Koreya ətrafını blokadaya almaq! Çünki ABŞ yaxşı bilir ki, Çinin NATO ilə hərbi konfliktə girməyə hərbi potensialı zəifdir. Rusiya ilə hərbi konfliktə girmək isə ABŞ üçün Şərqi Avropa və Baltikləri itirməsi ilə nəticələnəcək.
Rusiyanın həm təbii resursları zəngindir, həm də hərb gücünə görə dünya ikinci nəhəngdir. Amma Çinin heç bir təbii resursu yoxdur.
Çin ətrafında münaqişələr yaratmaqla Çini zəiflədib çökdürmək istəyir. Hindistan-Çin sərhədində gərginlik, Tayvan və Fillipinə hərbi kontiningent yerləşdirilməsi, Yaponiya və Cənubi Koreyaya güclü silahların daşınması.
Artıq İkinci dünya müharibəsinin gedişatında dünyada Amerika bazalarının 2 liniyası qurulmağa başlamışdı. NATO adlanan “sağ əl” Qrenlandiyadan Kəraçiyə qədər uzanırdı. Həmin vaxt “sol əl” isə Alyaskadan Filippinə qədər olan ərazidə yerləşən, ABŞ-la ikitərəfli hərbi müqavilələri olan müttəfiqlər sistemini özündə ehtiva edirdi ki, müharibə bitəndən sonra işğal edilmiş Yaponiya, daha sonra Cənubi Koreya və Tayvan da bura daxil oldu. Plana görə bu “əllər” Hindistanda birləşməli idi. Amma Hindistan vaxtında “Üçüncü yol” siyasəti yürüdərək buna imkan vermədi. Ona görə də ABŞ tərəfindən Hindistana qarşı bu günə qədər də davam edən, elan edilməyən kəskin mübarizə başladı.
Uzun illər bu “əllər” Hind okeanında birləşməyə can atdılar. Vaxtilə bu birləşmənin nazik sapı Britaniyaya məxsus, ABŞ hərbi bazası yerləşən Diyeqo Qarsiya adasından keçirdi. Lakin SSRİ-nin çökməsi amerikanlara fantastik fürsət yaratdı ki, bu birləşməni xəritədə daha yuxarıda -vaxtilə SSRİ-nin nəzarət etdiyi və ya neytrallığını saxlayan ərazidə- “Avrasiyanın göbəyində” həyata keçirsinlər. “Anakonda”nın həlqəsi quru ərazinin aşağısından birləşdi. Tam birləşmə üçün isə Amerikaya şiə İranı tabe etmək lazım idi.
SSRİ və ABŞ kimi dünya güc mərkəzlərinin olduğu yerdə başqa heç bir dövlətin sərbəst siyasət yürütmək şansı yox idi. Sərbəst siyasət yürütmək istəyən Fransa, CAR və İran tərəfindən buna çoxlu cəhdlər edilsə də, yalnız Hindistan dövləti Hind subkontinenti hüdudlarından kənarda hər cür aktivlikdən imtina etmək yolu ilə hər iki fövqəldövlətlə münasibətlərdə balans qoruyub saxlaya bildi.
“Anakonda” deyilən bu mühasirə xətti üçün ən ciddi təhlükələrdən biri də Çindir. Çin Ümumi Milli Gəlir göstəricilərinə görə ABŞ-ı kəskin dərəcədə keçir. Çinin geopolitik gücü o qədər artıb ki, artıq o “gənc pələngləri” öz geopolitik orbitinə daxil etməyə hazırdır. O Monqolustan, KXDR, Cənub-Şərqi Asiyanı, hətta Yaponiyanı öz orbitinə cəlb edə bilər. Belə olan təqdirdə Çinin qüdrəti o həddə gələcək ki, ABŞ öz itkilərini minimuma endirmək üçün Şərqi Asiyadan geri çəkilməli olacaq- çünki Çin ilə isti müharibəyə girmək “Anakonda” strategiyasına heç cür uyğun gəlmir. Lakin bu cür geri çəkilmə ABŞ-ın hələ həyata keçirə bilmədiyi “Dünyəvi Amerika İmperiyası” konsepsiyasının iflası və Şimali Amerikada milli dövlət quruculuğunun vacibliyinə keçidi demək olacaq.
Bayden adminstrasiyası unudur ki, Çinin də özünə görə siyasi və iqtisadi rıçaqları var: Latın Amerikası və Nikaraquada Panama kanalı...
Комментариев нет:
Отправить комментарий