19.07.2021

Azərbaycan KTMT-yə üzv olacaq


Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatının  üzvü olan ölkələrin Parlament assambleyası Şurasının Düşənbədə keçirilən iclasında bloka tərəfdaş ölkələr institutu təsis edilməsi qərara alınıb.
Bu barədə Rusiya Dövlət Dumasının mətbuat xidməti bildirib. Təklifi iclasda Dövlət Dumasının spikeri Vyaçeslav Volodin irəli sürüb. O deyib ki, KTMT-yə tərəfdaş ölkələr sənədlərin hazırlanmasında və kollektiv qərarların işlənilməsində iştirak edəcəklər.
Volodin bildirib ki, KTMT ilə əməkdaşlıq üçün bir sıra dövlətlər maraq göstərirlər. Dövlət Dumasının Avrasiya inteqrasiya məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov isə deyib ki, bu formata ən çox maraq göstərən ölkələr Azərbaycan və Pakistandır. Kalaşnikovun sözlərinə görə, hərçənd bu haqda danışmaq qəbul edilməyib, amma bu ölkələr KTMT yanında müşahidəçi statusu almaq üçün çoxdan öz arzularını ifadə ediblər.
Qeyd edək ki, Azərbaycanın KTMT-də müşahidəçi statusu alması məsələsi əvvəllər də dəfələrlə gündəmə gəlib, amma hər dəfə Yerevanda deyiblər ki, onlar öz veto haqlarından istifadə edəcəklər.

Комментариев нет:

Отправить комментарий