Sonra bunlara “Kollektiv Paşinyan” deyiləndə xətirlərinə dəyir.
Şeyx 44 günlük müharibə zamanı Seyid Əli Xamneyinin bizim lehimizə fətva verdiyini söyləməyib. Sözügedən fətva 90-cı illərə aiddir. Müharibənin gedişatında Rusiya kanallarında gedən debatlarda bizim mövqeyimizi müdafiə edən ekspertlər belə həmin fətvaya əsaslanaraq İranın münaqişəylə bağlı mövqeyini ermənilərin və onların havadarlarının gözünə soxurdular. Keçmiş vicdan məhbusu Tofiq Yaqublunun vicdanı o qədər fontan vurub ki, məsələni utanmadan təhrif edib.
Özü də bilə-bilə ki, şeyxin dediklərinin video görüntüləri var.
Belələri çox təhlükəli tiplərdir.
Əllərinə hakimiyyət keçsə nələr edərlər, nələr!
Bizi rahatladan bunların bu ağılla bütün ömürlərini müxalifətdə başa vuracaqlarını dəqiq bilməyimizdir.
İlham Ali Soy
Комментариев нет:
Отправить комментарий