Cənab Ərdoğanın və bizim müsavatçıların SSRİ haqda uydurduğu yalanı, "Boraltan faciəsi" əfsanəsini ifşa edək.
Dəhşətlisi odur ki, mənə mənbə linkini təqdim edən musavatçı özü həmin mənbədə açıq, aydın faktları görmür, anlamır. Bəlkə də görmək, anlamaq istəmir. Çünki musavatçı həqiqət axtarmır, musavatçı hər cür gebbelsvari üsullarla SSRİ-ni ləkələmək, böhtanlamaq istəyir.
Qəribov Azər adlı bir bloger-səyahətçi yayıb həmin əfsanəni və gündəmə gətirib.
Adi fırıldaqçı sayıram fürsətçi adamları. Özünə layk, bəyəni yığmaq, populyar olmaq istəyərlər. Sözsüz ki, insanlarımızın manqurtlaşdırılmasından istifadə edərək.
Əsl aydın, xalqını sevən əsl ziyalı xalqının cəhalətinə oynamaz, cəhalətdən istifadə edib mənfəət güdməz. Xalqını sevən əsl ziyalı xalqını aydınladar.
Azər Qəribov adlı blogerin paylaşımından həmin əfsanənin tam mətnini oxuya bilərsiz.
1951-ci il Türkiyə parlamentinin iclaslarının protokollarındandan cəmi 3 sitat gətirəcəm və vicdanı olan, az-maz başı işləyən hər kəs anlayacaq ki, Naxçıvandan heç bir "ziyalı" heç bir "Stalin zülmündən" qaçmayıb... Çünki "Stalin zülmü" deyilən bir şey də olmayıb - faşistlərin uydurduğu əfsanədir bu. Naxçıvanın heç bir müəllimi, həkimi, mühəndisi 1944-cü ildə yaxud daha əvvəl, yaxud daha sonra Türkiyəyə qaçmazdı, çünki Naxçıvanda, ümumiyyətlə SSRİ-də həyat səviyyəsi Türkiyədəkindən qat-qat yüksək idi. Türkiyə ilə müqayisədə SSRİ-nin müəllimi, həkimi, mühəndisi, fəhləsi cənnətdə yaşayırdı.
Söhbət ancaq və ancaq müharibə vaxtı dezertirlik etmiş, nasist Almaniyasına satılmış, sonra da SSRİ-nin qalib gələcəyinə şübhə qalmayanda qaçıb orda-burda gizlənən Sovet əsgərlərindən gedir. Bu hadisədə isə söhbət konkret olaraq Türkiyədə gizlənmək istəyən azərbaycanlı, rus, erməni əsgərlərdən gedir.
Sitat 1:
"Muhtelif tarihlerde memleketimizde siyasi mültecilik haklarına dayanarak iltica etmiş (156) mülteci 1947 senesinde, milletlerarası hukuk kaidelerine tamamen aykırı olarak Sovyet Rusya'ya teslim edildikleri doğru mudur? 2. Facia kurbanlarının sevk şekli de kurban gönderilen mabudun usullerine uygun olmasından ve akıbetlerini görmesinden, teslim işinde vazifeli Yedek Subay Posta Müfettişi Reşat'ın asabi rahatsızlığa uğradığı ve sinir hastanelerinde elyevm tedavi olduğu doğru mudur?"
Bu sorğu ilə Türkiyə parlamentinin üzvü (millət vəkili) - "Tekirdağ Milletvekili Şevket Mocan" müraciət edir.
Yənı hələ o vaxtı şəhər əfsanələri yaradılmışdı ki, Türkiyənin daxili siyasətində istifadə edilsin. Bəli, bu gün də olduğu kimi İsmet İnönüyə, CHP-yə qarşı.
Sitat 2:
"ADALET BAKANI RÜKNEDDÎN NASUHÎOĞLU (Edirne) — Muhterem arkadaşlar, sorulan hususla* hakkında Dışişleri, İçişleri ve Millî Savunma bakanlıklarından alınan bilgilere göre : İkinci Cihan Harbinin başından itibaren memleketimize muhtelif devletler tabiiyetini haiz askerî şahıslar iltica etmiş ve bunlar bitaraf bir Devlet olmamız itibariyle harbin sonuna intizaren Yozgad'da kurulan kampta enterne edilmişlerdir.
23 Şubat 1945 tarihinde Almanya ve Japonya'ya karşı harb ilân etmemiz üzerine, müttefiklerimiz arasında yer almış bulunan Sovyet Rusya kendi tebaasından olan askerî mültecilerin iadesini istemiştir. Bunun üzerine Dışişleri Bakanlığınca Başbakanlığa yazılan 22.V.1945 tarihli tezkerede, Almanya ve Japonya ile harb hâline geçmemizden sonra memleketimize iltica etmiş olan müttefiklerimiz tebaasından asker olanların mütekabiliyet şartiyle iadelerinin uygun olacağı teklif edilmiştir. Keyfiyet Bakanlar Kurulunca incelenerek neticede ittihaz olunan Mayıs 1945 gün ve 3/2563 sayılı kararla; «Almanya veya Japonya veya her ikisi ile harb halinde olan devletler uyruğundan memleketimizde bulunan mültecilerin yalnız askerlik hizmetine mensup olanlarının mütekabiliyet esası çerçevesinde iade edilmeleri» tasvip edilmiştir".
Qısa desək, söhbət, gördüyünüz kimi, ancaq Türkiyəyə sığınmış, daha dəqiq desək dezertir əsgərlərdən gedir. Özü də burda söhbət konkret olaraq məhz sovet-azərbaycanlı əsgərlərdən getmir. Hər halda SSRİ-yə təhvil verilən əsgərlərin (o vaxtın hərbi qanunlarına görə vətən xainlərinin) hamısı azərbaycanlı deyildi. Bir neçə il əvvəl Türkiyədə yaşayan hansısa azərbaycanlı tarixçi haradasa yazmışdı ki, onların arasında rus və erməni əsgərlər də vardı.
Və sitat 3:
"Teslim işinde vazifeli yedek subay posta müfettişi Reşad'm asabi rahatsızlığa uğradığı ve elyfevm sinir hastanesinde tedavi edilmekte olduğu; hakkında bilgi mevcut değildir".
Həmin əfsanəyə görə guya azərbaycanlı əsgərləri təhvil verən bir türk sərhədçisi sovet əsgərlərinin təhvil aldıqları "ziyalıları elə körpüdə də güllələdiyini" görüb, dəli olub... Və... gördüyünüz kimi, bu da bir şəhər əfsanəsindən başqa bir şey deyil.
Yaxşı, bəs bütün bu faktlar ola-ola niyə bu əfsanəni yayırlar? Ərdoğanın bu əfsanədən istifadə etməsinin səbəbini dedim. CHP-ni gözdən salır türk millətçilərinin gözündə... Azərbaycanlı faşistlər isə bu yalanı ona görə yayırlar ki, faşistdilər... Bəli, faşistdilər, faşist xislətləri var. Məhz ona görə də vicdanları yoxdur, həyaları yoxdur, hər yalandan SSRİ-yə qarşı istifadə edirlər. Gebbels kimi.
Mən həmişə əbəs yerə demirəm: beyinsiz və vicdansız adamdan yaxşı millətçi, faşist olur. Bəli, məndən çox-çox qabaq da minlərlə, yüz minlərlə dərrakəli insanlar başa düşüblər ki, millətçilik - əclafların son sığınacağıdır. Yalanı da əclaf danışar.
Bu məsələ çox ciddi məsələdir. Səhər də yazmışdım: o vaxt mərhum Heydər Əliyev NKVD-də işləyib. Azərbaycan prezidenti İlham Əliyev şəxsən maraqlı olmalıdır həqiqətin ortaya çıxmasında. Bu əfsanəni yayanlara "dur" deməlidir. Yoxsa gec ya tez, amma mütləq Heydər Əliyevin də adını bir təhər bu əfsanənin içinə soxacaqlar. Axı bu əfsanə yaranandan bəri məzmunu xeyli dəyişib...
Akşin Sultanov
Комментариев нет:
Отправить комментарий