10.07.2021


“Qərb nə qədər çalışsa və təzyiq göstərmək istəsə də, Rusiyaya heç bir təsir gücü yoxdur. Məsələ burasındadır ki, Qərbdə “dünya hakimiyyəti” deyilən virtual bir hökumət vardır. Bu hökumət reallıqda olmasa da Qərb elitaları onun adından manipulyasiya edir. Qərbin problemi ondadır ki, bu hökumət hansısa təsəvvürlərdə yaşayır. Yəni o heç bir ümumi qəbul olunmuş dünya qanunları və hüquqi əsaslarla möhkəmlənməyib. Bu hökumət mahiyyətcə real insanlığın yaşadığı hüquqi və qanunverici normativ mövcudluğu ilə əlaqədar deyildir. Rusiya ilə Qərb arasındakı kazus da bundan ibarətdir. Bəziləri yanlışlıq ucbatından həmin virtual hökumətin təsiri altına düşürlər. Qərb paradiqmasını, Qərb dəyərləri sistemini və Qərb yanaşmasını qəbul edənlər mahiyyətcə inanmağa başlayırlar ki, “qlobal dünya” mövcuddur, Qərbdə yaranmış “dünya hökuməti”, hansısa kölgə pərdəarxası vardır, riayət olunmalı hansısa norma və qaydalar dəsti qoyulmuşdur. Buna inananlar Qərbin tərəfini tuturlar. Bütün bunları qəbul etməklə bu və ya başqa dövlət könüllü olaraq həmin qaydalar dəstinə riayət edir, inam kateqoriyası əsasında həmin “dünya hökumətinin” qərarlarına tabe olmağa çalışır. Lakin Rusiya üçün belə “virtual hökumətin” heç bir təsiri və əhəmiyyəti yoxdur. Rusiya öz qanunu ilə yaşayan ölkədir. Putin dünyanın qanunqoyanıdır. Həmişə axırıncı sözü o deyir. Çünki o Qərbdəki elitaların əksinə olaraq qanun və beynəlxalq hüquq çərçivəsində hərəkət edir, həm də bu qanun və hüquqları hərfi mənada, yəni olduğu kimi qəbul edir”.

Valeri Korovin, “Putin dünyanın qanunqoyanıdır: həmişə axırıncı sözü o deyir”

Комментариев нет:

Отправить комментарий