“Məlum olduğu kimi ikiqütblü dünya dövründə, yəni Sovet periodunda Qoşulmama Hərəkatına o dövlətlər qoşulurdular ki, onlar nə Qərbin kapitalist sistemini, nə də Sovet sosialist sistemini dəstəkləmirdilər. Hal-hazırda biz birqütblü dünyada yaşayırıq ki, qütblərdən biri- sosialist qütbü özünü məhv etmişdir. Belə şərtlər altında Qoşulmama Hərəkatına qoşulmaq təkcə birqütblü dünyaya, yəni Qərb dünyasına qoşulmamaq mənasına gəlir. Ya da ABŞ-ın birqütblü dünya qurmaq cəhdində ona dəstək verməkdən imtina etmək demək olur. Yəni mahiyyətcə söhbət ABŞ-ın birqütblü hegemonluğuna qarşı alternativ yaratmaqdan gedir. Və Rusiya belə təşəbbüslərin həyata keçirilməsində çox maraqlıdır, çünki onun özü ABŞ-ın dünya hegemonluğuna qarşıdır. Çaves, Kastro, Lukaşenki kimi liderlərin vaxtaşırı məlum çıxışları Amerikanın şəriksiz dünya hegemonluğu ilə razılaşmayan dövlətləri çox ilhamlandırmışdır. Onlar çoxqütblü gələcəyin əsasını təşkil edən blokların real qurulması epoxasını elan etməklə Amerikanın təkqütblü dünya modeli ilə razı olmayan hamını oyatmışlar. Və Rusiya bu vəziyyətdə çox maraqlıdır”. Valeri Korovin
Комментариев нет:
Отправить комментарий