Qurban bayramının müqəddəsliyi bundadır ki, bu bayram ehtiyacı olanların süfrələrinə bərəkət, qurban kəsənlərin isə qəlblərinə saflıq və ruh yüksəkliyi gətirir
İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Digər müsəlman ölkələri kimi respublikamızda da bu bayram qeyd olunur.
Qurban bayramı ən qədim bayramlardandır. Qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o zamanlar insanların məqsədi günahdan təmizlənmək idi. Hicrinin ikinci ilindən sonra qurban kəsmənin başqa məqsədləri və səbəbləri yarandı. Belə ki dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, xeyriyyəçilik, başqalarına kömək etmək kimi məqsədlərə xidmət etdi. Hər kəsə məlumdur ki, dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır.
Qurban bayramının müqəddəsliyi bundadır ki, bu bayram ehtiyacı olanların süfrələrinə bərəkət, qurban kəsənlərin isə qəlblərinə saflıq və ruh yüksəkliyi gətirir. Bu bayram bizə bir insan olaraq ətrafımızdakı insanlara biganə qalmamağı, ehtiyacı olan insanlara əl tutmağı, kömək etməyi öyrədir. Qurban bayramı insanlara yardımsevər olmağı, paylaşmağı öyrədir.
Azərbaycan xalqı təkcə bayram günlərində deyil, hər zaman bir-birinə dəstək olub. “Güc birlikdədir” söyləyib. Biz bunu 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla bütün dünyaya sübut etdik.
Allah bütün kəsilən qurbanları qəbul etsin.
Maştağa qəsəbəsi, 209 saylı məktəbin fizika müəllimi Nurtən Abbasov
Комментариев нет:
Отправить комментарий