Əli şahi - vilayətdir.
Əli mahi - imamətdir.
Əli rahi - həqiqətdir.
Əli nuri - hidayətdir.
Əli şəmsi - ədalətdir.
Əli mehrü məhəbbətdir.
Əli babi - kəramətdir.
Əli dəryayi - hikmətdir.
Əli zikri ibadətdir.
Əli miskinlərin ahi.
Əli zülmətlərin mahi
Əli kamillərin rahi.
Əli aşiqlərin cahi.
Əli mö'minlərin şahi.
Əli üşşaqə dərgahi.
Əli, Allah qədəmgahi.
Əli, dərki - huvəllahi.
Əli, məhvi - cəhalətdir.
Əli əvvəl, Əli axir.
Əli batin, Əli zahir.
Əli əbdü, Əli Qadir.
Əli pakü, Əli Tahir.
Əli baqi, Əli hazir.
Əli mehvər, Əli zair.
Əli zikrü, Əli Zakir.
Əli şükrü, Əli Şakir.
Əli bəhri - kəmalətdir.
Əlidir mə'neyi - vahid,
Əlidir mə'neyi - tövhid,
Əlidir mə'neyi - mə'bud
Əlidir mə'neyi - abid,
Əlidir mə'neyi - zahid,
Əlidir mə'neyi - raşid,
Əlidir mə'neyi - mürşid,
Əlidir mə'neyi - xalid,
Əli mə'nayi - xilqətdir.
Əlidir şahi - mərdanım.
Əlidir xanü sultanım.
Əlidir cismdə canım.
Əlidir canü cananım.
Əlidir dərdü dərmanım.
Əlidir mahi - tabanım.
Əlidir ləhzəvü anım.
Əlidir küfrü imanım.
Əli eşqi lətafətdir.
Əlinin ismi ə'zəmdir.
Əlinin ismi Adəmdir.
Əlinin ismi Xatəmdir.
Əlinin ismi zəm - zəmdir.
Əlinin eşqi purğəmdir.
Əli pərvanə həm şəmdir.
Əli həqq ilə bahəmdir.
Əli dərd ilə məlhəmdir.
Niyə Bandoj, belin xəmdir?
Əlini mədh qıl, dəmdir.
Əli mədhi şərafətdir.
Комментариев нет:
Отправить комментарий