Aynur Camalqızı bu maşından sürür - Son model Mercedes "S-Class". Dövlət qeydiyyat nişanı da 99 AA 816... Qiyməti 225 min dollardır, yəni yarım milyon manata yaxın.
Gömrük sistemində işləyən əri İlqar da Mercedes "GLS" sürür, onun da nömrəsi 90 AA 816... Qiyməti 145 min dollardır.
Cənab qalstuklular, necə fikirləşirsiz, təkcə icra başçıları, bələdiyyə sədrləri həbs edilməlidir bu ölkədə? Qanunsuz əməllərinə və it nəfsinə görə bu ölkədə yalnız onlar həbs edilməlidir?
Belələrinin şantajından qorxmayın. Aynur Camalqızı geridə qalan bütün körpüləri çoxdan yandırıb, onun müxalifətə qayıtmaq şansı da yoxdur, heç kəs də qəbul etməyəcək.
İslahat aparmaq istəyirsinizsə, öncə medianın içərisindən başlayın bu prosesə. Məmurları dəyişməklə iş bitməyəcək, kosmetik dəyişikliklər nəticə verməyəcək. Oliqarxlaşmış baş redaktorların təm-təraqlı həyat tərzini araşdırın, maraqlı faktlar çıxacaq ortaya.
Ləyaqətli, ali təhsilli qadınların küçə süpürdüyü, bu dövlət üçün sağlamlığını itirmiş insanların kirayələrdə qaldığı bir ölkədə heç bir xidməti olmayan, yalnız satqınlığına görə bu günə qədər ödülləndirilən Aynur Camalqızından canınızı qurtarın. Fəlakətin astanasındayıq. Köhnələrin yolunu gedən yeni və ağzından süd iyi gələn "kapitan"ların da varlanmağına imkan verməyin. Nələr baş vermir axı...
Qədim Romada satqınları bir il bəsləyirdilər, növbəti il satqınlıq etməsin deyə, qanunların cənginə verirdlər.
Amma ortada bir hasil də var: Bu ölkədə inkişaf etmək üçün mütləq satqın və həyasız olmalısan, amma gərək sahibin də ola. Sahibsiz o qədər satqın var ki, küçələrdə it döyür. Allahın sahiblik etmək istəmədiklərini başımıza çıxarmayın.
Samir Feyruzov
Комментариев нет:
Отправить комментарий