24.07.2021

Satqınlar Qərb sülhməramlılarını Qarabağa gətirmək istəyirlər

30 il Azərbaycan ərazilərinin işğalına, 1,5 milyon insanın öz torpaq və evlərindən qovulmalarına, vəhşicəsinə qətl edilmələrinə, Xocalı soyqırımına, Qarabağ boyda bir məmləkətin Xirosimadan betər viran qoyulmasına, hər addım torpağın minalanmasına kar və kor qalan riyakar Aİ, Minsk qrupu üzvləri Fransa və ABŞ-ın yenidən fəallaşmaları, Ermənistana maddi və hərbi dəstək vədləri mənfur düşməni silahlı fəxribatlara həvəsləndirir.
Və onlar yenidən hərbi əməliyyatları qızışdırmaqla həmin fahişə Qərbin Mavi Dəbliqəlilərinin bölgəyə gətirilməsinə nail olmaq istəyirlər ki, bu da birmənalı olaraq Azərbaycanın nəinki Qarabağdan, öz suverenliyindən də əl üzməsi olacaq. Ən azından Azərbaycan Suriyadan betər məhv ediləcək.
Əslində bu Rusiyanın belə maraqlarına daban dabana ziddir. Bu halda Rusiya Azərbaycan və Türkiyə ilə istənilən birgə əməkdaşlığa belə gedər. Amma bütün hallarda Azərbaycan zərbə altında qala, bir dövlət kimi bütün olan-qalanını itirə bilər.
Çox həssas siyasi bir durumla üzləşmişik ki, siyasi çeviklik və uzaqgörənlik xilas edə bilər bizi.
Bu günkü bəzi siyasi korların populist zingildəşmələri ölkəmizi xaosa və çıxılmaz uçuruma itələməkdir.
Vətən naminə yeganə edə biləcəyimiz şey mənəvi və milli birliyimizdir.
Bu boyda nəhəng dünya gücləri qarşısında dayanan kiçik bir dövlətin bu qüvvələrə müqavimətini həm də içəridən dağıtmaq meylli - qara niyyətli və bir az da başısoyuq haya gedənlər də var ki, ən ağrılısı da elə budur.
Sabahı görməyənlər bu gün Vətəni qarın bahasına sata biləcəklərini anlamayanlar belə ixtilaflar üzündən 90-cı illərdə necə məğlub olub torpaqlarımızı, qız-gəlinlərimizi, namus və ləyaqətimizi itirdiyimizi xatırlaya biləydilər kaş!
Onda alnımızdakı ləkəni yeniyetmə balalarımızın qanları bahasına təmizlədikləri 44 günlük müharibədəki birliyimizi daim saxlamaq əzmindən əl çəkmərik.
VƏTƏN VƏ LƏYAQƏT ŞƏHİD BALALARIMIZIN BİZƏ ƏMANƏTİDİR.
BU GÜN QEYRƏT GÜNÜDÜR, QARIN DAVASI GÜNÜ YOX!

Ağahüseyin

Комментариев нет:

Отправить комментарий