"Patı" adlı maddə qadınlara arıqlamaq üçün təklif olunurmuş və guya dogurdanda arıqladırmış. Amma sonradan asılı hala salırmış...
Arıqladır çünki, iç orqanları məhv eləyir. Arıqladır, çünki öldürür. Bunu başa düşmək çətin deyil. Arıqlamaq yox, sürünərək yavaş-yavaş hər şeyin itirərək öldürür.
"Arıqladır" sözü satanlar tərəfindən uydurulmuş bir şeydir, məqsəd müştəri əldə etməkdir. Patıdı, şüşədir hər nə zibildir - sintetik narkotikdir, bədəndə yaralar yaradır, ağciyəri deşir, insanın duruşunu dəyişir və öldürür. Ondan istifadə edənlərin 3-4 il ömrü olur.
Patinin tarixinə baxsaq İkinci Dünya Müharibəsində almanlar əsgərlər yatmasın və açmasın deyə istfadə ediblər, - yəni arıqlamaq üçün nəzərdə tutulmayıb.
Düşünün ki, hələ məktəblər, ünilər bağlıdı azyaşlı qızlar və oğlanlar düşüb narkotikə. Məktəb və ünilər açılanda kiminsə uşağı və yaxını buna düşə bilər! Buna görə də sosial şəbəkələrdə narkotikə qarşı mübarizə aprmaq lazımdı.
Paylaşaq və maarifləndirək!..
Möhsün Babayev
Комментариев нет:
Отправить комментарий