Valeri Korovin: “Amerikanın geopolitik ekspansiyası həyata keçirilir. Bu məhz Rusiyaya edilən hücumdur ki, bu hücumda Ukrayna yalnız plasdarm, məsrəf materialı, mübadilə rolunu oynayır. Amerikanın guya Ukrayna dövlətinin, xalqının taleyi barədə düşünməsi kimi fikirlər sadəcə illüziya, əhalinin özünü aldatması və elitanın bilərəkdən onu dolaması deməkdir. Amerika heç vaxt ayaqları altında əzilib ölənlərə fikir verməmişdir. ABŞ-ın Ukraynada keçirdiyi hərbi təlimlər də ordusunun de-fakto bu plasdarmda möhkəmələnməsi üçün bəhanədir. Amerika ordusunun hər hansı bir ölkənin ərazisində peyda olması həmin ölkənin birbaşa işğalı deməkdir və bundan sonra hansısa suverenlikdən kəkələməyə ehtiyac qalmır. Onlar heç vaxt həmin ölkədən öz xoşları ilə getmirlər”.
Комментариев нет:
Отправить комментарий