Hüsü yuxudan qalxıb bir müddət yerində oturdu.
Onun şirin səhər yuxusu elə bil ki,ətrafındakı şeylərə dəyib çilik-çilik oldu. Təzədən yorğanı başına çəkib gördüyü rö”yanı yadına salmaq istədi. Yuxuda gördüyü mənzərələr xəyalından axır, heç birini tutub saxlaya bilmirdi. Elə bil ki, onları hüsü özü görməmişdi, kimsə, nə vaxtsa tül pərdə arxasından həmin şeylər barəsində ona danışmışdı...
Qalxıb yatağında gərnəşdi və birdən gözünə çiçəkləmiş alma ağacı sataşdıqda onu sevinc bürüdü, çünki yuxuda elə bu alma ağacını görmüşdü...Ağacın arxasından qız səsi gəlirdi. Bu səsin sahibi mütləq qəşəng olmalıydı. Hüsü hələ iki il bundan əvvəl nənəsi ilə pendir satmağa gedərkən rayon mərkəzində belə bir qızın incə-incə danışdığını eşitmişdi. Hüsünün ən yaxşı xatirəsi elə bu idi.Bəli, alma ağacının arxasından gələn qız səsi hüsünü yerindən oynatmışdı. Hüsü ömründə ilk dəfə idi ki, belə yuxu görürdü.
Hüsü bu yaz on altı yaşına girmişdi və bu yaş onun qəlbində bə”zi duyğuları oyatmışdı.
O, alma ağacının yanında şirin xəyala dalmışdı.Yuxuda gördüyü qızın səsini xatırlayırdı. Bu vaxt nənəsi onu çağırdı.
Hüsü, özünü dədənə döyürərsən ha, get eşşəyin çulunu Məmidən al.
“Eşşəyin çulu” sözü hüsünü göydən yerə endirdi və harada olduğunu indi hiss elədi. Gedib Məmi kişidən eşşəyin çulunu alıb çiyninə götürdü. Fermaya yollandı. Ferma kənddən beş kilo metr aralı idi. Yol boyu yenə öz aləminə qayıtdı, güya alma ağacının arxasındakı qızın ağ biləyindən yapışmışdı, onunla söhbət elədi. Qız alma çiçəyindən birini dərib hüsünü burnuna tərəf tutdu...
Ögey anası onu elə fermanın həyətində qarşıladı: harada batıbsan?-dedi, qoyunları gətir yolun üstündədir, get ora.
Hüsü getmək istəyirdi ki, ögey anası onu saxladı: dayan görüm,-dedi, -bu nədir gözümə bir cür dəyirsən, fikrin dağda-bağdadır...boy, bığınıda qırxmısan.
Hüsü heç nə demədi. Qırmancı ondan alıb dəmir yoluna tərəf getdi. Qoyunlar dəmir yolunun ətrafına səpələnmişdi. Alapaça təkə dikdirdə diz çöküb saqqalını oynadırdı. Yaz günəşinin altında otlar par-par parıldayırdı. Havadan çiçək qoxusu gəlirdi. Göy üzündə durnalar qatar-qatar şimala tərəf uçurdu. Uzaqlarda, yerlə göyün qovuşduğu yerdə tənha atlı xəyal kimi görünürdü.
Birdən çölü səs bürüdü . Sərnişin qatarı fit verə-verə üfüqdən qalxdı. Qoyunlarhürküşüb bir yerə toplaşdı. Qatar fermanın önündə yarımstansiyada dayandı. Adamlar tələsik vaqonlara mindilər. Qatar qıy çəkib yenidən sü”rət götürdü.
...Hüsü heyrətlə vaqonların pəncərələrinə baxırdı. Hüsü sərnişinlərə əl elədi, onlar da cavabsız qalmadı. Qarayanız bir qız başını pəncərədən çıxarıb gülə-gülə hüsüyə yaylıq yellədi. Əlindəki ağ yaylıq küləyin təsirindən havada oynayırdı.
Hüsü yorulana qədər qatarın ardınca qaçdı. Elə bi ki,ən əziz bir adamın qatar aparırdı.
O, qayıdıb təkənin yanında uzandı, özünü inandırmağa çalışdı ki, elə alma ağacının arxasından gələn səsə bu ağ yaylıqlı qızın səsi idi.
Ağ yaylıqlı qız hüsünü qəlbini beləcə oxşayıb keçdi. Bundan sonra hüsü hərgün gəlib o yrdə durar, sərnişin qatarına əl edərdi. Lakin bir də həmin qarayanız qız pəncərədən boylanmaz, ağ yaylığını havaya yelləməzdi. Hüsü tez-tez onu yuxuda görərdi... Qız vaqonun pəncərəsindən başını çıxarıb deyərdi:”Nə vaxtdır, səni gözləyirəm. Hüsü , bəs haradasan?”
Günlər keçdikcə ağ yaylıqlı qız hüsünü rahat buraxmazdı. Qatarın səsi hüsünün qulaqlarında qalmışdı.
Ay dolandı. il keçdi. Bir gün hüsü səkkizliyi bitirib şəhərə gəldi. Dayısı onu zavodların birində işə düzəltdi. Ağ yaylıqlı qız hüsünün yadından çıxmamışdı. Şəhərə gəldiyi birinci gündən gözaltı o qızı axtarmağa başladı. Hüsünün fikrincə, o qız gərək aftobus vağzalına onu qarşılayaydı, ya da heç olmasa, Hüsüyə salam verib keçəydi. Salama nə var ki...
Belə olmadıqda Hüsü kefini pozmadı, dedi neynək , sonra gəlib görüşər. Hüsü buna yüz faiz əmindi.
Axşam üstü dayısı arvadının dili dinc durmadı: -Hüsü, arxasınca gəldiyin qız necədir?
Hüsü çox ehtiramlan başını əyib:
Qabilyətli qızdır, bacı-dedi
Hüsü, qızın adı nədir, hansı küçədə yaşayır,qoy biz də bilək.
Hüsü burada bərk ilişdi. Doğrudan,qızın adını,küçəsini heç hüsü özüdə bilmirdi.
-adı?.. Mehribandır, bacı –dedi.- Sağlıq olsun,küçələrində göstərərəm. Küçələri yaman böyükdür.
Dayısı arvadı nəyisə bəhanə eləyib o biri otağa keçdi, divana uzanıb pıqqıldadı...
Yox, hüsü beləcə hasanıqla o qızdan- ağ yaylıqı qızdan əl çəkə bilməzdi. O, hüsünün həyatına daxil olmuşdu. O qız- hüsünün tükənməz arzuları idi.
Bir də ki, doğrudan da dünyada həmin ağ yaylıqlı qız vardı. Doğrudan da, o qız vaqonun pəncərəsindən başını çıxarıb hüsünü salamlamışdı Bunlar ki,olmuşdu...
Zavodda Hüsünün işləri yaxşı gedirdi. Sex rəisi tez-tez hüsüyə baş çəkir, kefini soruşurdu. Hüsü siqret çəkən olmasa da, cibində köhnə bir alışqan gəzdirirdi. Bir dəfə sex rəisi, hüsünün xüsusi kefini soruşdu. Hüsü bundan ürəklənibcibindən köhnə alışqanı ona bağışladı. Sex rəyisi hüsünün qəlbini qırmadı, onun hədiyyəsini nadir bir şey kimi qəbul etdi, sonra bayıra çıxarkən zibil yeşiyinə tulladı. Ancaq o biri gün hüsüyə dedi ki, çox saqol alışqanın əmiri şeydir.
Hüsü bu sözlərin təsiri ilə nahar fasiləsinədək həvəslə işlədi. Sonra əl-üzünü yuyub çörək yeməyə getdi. Zavodun həyətinə çıxarkən arxadan onu iş yoldaşı Nərminə səslədi. O ərklə:
-Hüsü ,-dedi-yeməkxanaya gedirsən?
Söz Hüsüyə pis təsir elədi. Bəs bu vaxt hara gedərlə?
Nərminə cavab gözləmədən əlavə etdi:
-Yeməkxanaya getmə, hüsü, mən evdən kotlet gətirmişəm, ikimizə də çatar,gəl bəri.
Hüsü əvvəl tərəddüd elədi. Sonra Nərminə ilə razılaşıb geri qayıtdı.
Nərminə süfrə açdı. Çəngəlləri kağızla silərkən onun əllərinin necə titrədiyini hüsü hiss eləmədi. Nərminə titrək səslə:
-hüsü,-dedi-nuşcanla ye. Utanıb eləmə. Nərminə elə bil Hüsünün kədər ifadə eləyən gözlərini, ipək kimi yumşaq şəvə saçını indi gördü. O ,termosdan çay süzə-süzə:
Hüsü,-dedi atana oxşayırsan, anana?-özü də hiss elədi ki, bu sual beynində dolaşan kövrək bir fikri boğub təsadüfən ortaya çıxdı. Yoxsa ocür titrək səslə belə sual verilməzdi.
Hüsü dedi ki, anasının üzünü görməsə də, deyilənlərə göra ona oxşayır.
Nərminə süfrəni yığışdırıb səliqə ilə qəzetə bükdü. Ayağa qalxarkən :
-Hüsü dedi,-sex rəisi səni bərk tərifləyir ha! Bax bundan sonra yaxşı işlə. Mən yaxşı işləmişəm ev növbəsinə yazıblar. Sağlıq olsun gələn il ev alacam.
Hüsü bu sözlərin incə mənasını anlamadı. Bundan nərminə xeyli pərt oldu.
Axşam hüsü evə kefi fök gəldi. Qapını açıb içəri girərkən gördü ki, qonaq otağında çoxlu adam var. Maqnitofonun, radionun,adamların səsi bir birinə qarışmışdı. Qırmızı dodaqlı nərmanəzik bir əcaib bir səslə: “şeyk” deyə-deyə ayaqlarını yerə döyür, burula-burula rəks edirdi.
Dayısı arvadı onu mətbəxdə qarşıladı. Dedi ki,hüsü harada qalmısan,qonaqların ürəyi axır səni görməyə. Tez ol, yuyun, Mehribangilə elçiliyə gedirik. Camat tələsir. Qızın adresini öyrəndin?
Hüsünün boğazı qurudu. Bilmədi ki,nə desin. Onun ağlına gəlməzdi ki,dayısıgil bu tezliklə nişan tədarükü görə.
Hüsü naçar qalıb istədi ki, desin “bacı bir qələtdir eləmişəm, o qızı özümdən uydurmuşam. Dayıma deginən məni bağışlasın”.
Lakin o yenə də özünü sındırmadı:
-Bacı,-dedi,-sən Allah, qoy bu məsələ sonraya qalsın, hələ tezdir.
-nə danışırsan?- dayısı arvadı e”tiraz elədi, bu qədər adam yığmışıq, zəhmət çəkmişik. Yaxşı,neynək,onda dayın gəlməmiş çıx aradan.Yoxsa yazığın ürəyi yenə başlayar...
Bu ara kök bir qadın içəri girdi, qoltuğundakı iri kağız bükülüsünü stolun üstünə qoyub:
-Azz, dedi,-gözüdolusu görəsən, gün o gün olsun uşağın yüz yaşını görək.
Hüsü bu sözlərin mənasını başa düşmədi. Çünki onu fikir aparmışdı. Bir tərəfdəndə “şeyk” sədası zəhləsini tökmüşdü .
O, kor-peşman küçəyə çıxdı. Ürəyində özünü yamanladı-dedi ki, hüsü dilinin bəlasına düşdün. Görüm indi hara gedəcəksən, gecə gözü küçədə veyillənməyində bir mənası yoxdu.
Hüsünün qabaqına ürkə-ürkə, qımışa-qımışa bir qız gəlirdi. Birdən 0 hüsünün diqqətini cəlb etdi. Qızızın boynundaki nazik, ağ şərf hüsüyə ağ yaylığlı qızı xatırlatdı... yatmış duyğular oyandı. O uzaq yaz günü yada düşdü. Hansı görünməz qüvvənin təsirindənsə hüsü ürəkləndi. Belə fürsətin bir də ələ düşməyəcəyini yəqin edərək qızı arxadan səslədi.
-Sən...-dedi,-o qatarda ağ yaylıq...
Qız onun sözünü ağzında qoydu:
-yox bir, qırmızı yaylığ...
Qız yenə ürkə-ürkə,qımışa-qımışa yoluna davam etdi.
Hüsü yolun ortasında donub qaldı. O , bir müddət nə edəcəyini bilmədi. əl-ayağa dolaşmamağ üçün gəlib yaxınlıqdaki skamyaların birində əyləşdi. Yenə də özünü yamanladı:
-hüsü, -dedi,-yaxşı aldın payını, indi dincəl.. Vallah sən uşaqlıq eləyirsən. Əl çək bu ağ yaylıqlı qızdan. Nə adını bilirsən, nə də yurdunu-yuvasını. Daha bəsdir,hüsü,bəsdir. Qurtar bu yaylıq məsələsin.
Hüsü hiss elədi ki,artıq doğrudan da burada məsələ qurtarır. Hiss elədi ki,üzücü xəyalları ilə səksəkəli günləri ilə vidalaşır. O, heç inanmadı ki, illərlə xəyalı ilə yaşadığı əziz bir varlığdan bu cür asanlıqla əl çəkə.
O, ayağa qalxdı. Beş addım atmamışdı kı,dayandı,çevrilib arxaya, skamyaya baxdı. Onun fikrincə ağ yaylğlı qız orada qalmışdı.
Yoxsa Hüsü ondan qaçırdl?! əgər belə isə bəs niyə gözləri dolmuşdu?
...Sex rəyisi onu silkələyib fikirdən ayırdı:
-Ayə,-dedi,-zalım ayaq üstə yatıbsan ki,..Bu vaxt burada nə gəzirsən?
Hüsü sex rəisini görcək ürəkləndi. Özünə gəldi. Sex rəisi dedi ki,hüsü, səndə kef var, çox məzəli oğlansan. Yaxşısı budur gedək retorana . Çörək yeyə-yeyə söhbət elə dünyanın işlərindən. Veriyün alışqanda əla şemiş.
Onlar restorana gələndə saat on birə işləyirdi. Restoran da müştəri azdı. Odur ki,sex rəisinin sifarişi gecikmədi.
Xörək ortaya gələndə o diləndi:
-hüsü,indi söz sənindir. Bala-bala başına gəlndən danış. Vaxtımızda çoxdur. Gözlərindən görürəm ki, sənin ürəyində nəsə isə var.Özün bilirsən ki, sənə qanım necə qaynayır. Danış, məndən çəkinmə, Hüsü,elə bilmə ki, mən düyaya bu cür –sex rəisi kimi gəlmişəm. Yox, hüsü, yetim olmuşam. Çətinliklə böyümüşəm. Ancaq həmişə insanlardan xeyirxahlıq görmüşəm. Bunu unutmaq olmaz, hüsü, indi məndə insanlıq qarşısında öz borcumu geri qaytarmaq istəyirəm. Mənə kömək eləyən adamların çoxusu ölmüşdür. Onların qəbirdən çıxarıb haqlarını geri qaytarmaq olmaz. Məsələn, mən sənə hörmət eləməklə vicdanımı sakit eləyə bilərəm. Həyat belə qurulmuşdur,hüsü
Sex rəisinin sözləri hüsünü əməlli-başlı kövrəltdi.Demək,hər gün gəzgahlara ciddi baxışlarla göz yetirən,ustalarla plan barədə höcətləşən sex rəisi belə imiş!
Hüsünün ürəyində nə vardısa,hamısını danışdı. Onun qırıq cümlələrini, kəsik fikirlərini asanlıqla sex rəisi bir yerə düzüb mənalandıra bilirdi.
Hüsü söhbəti ağ yaylıqlı qız üstə gətirəndə sex rəisi əlləri ilə başını qatarlayıb dərin fikrə getdi, sonra Nərminəni gözləri önünə gətirib gülümsədi:
-hüsü, mən bu barədə hansısa bir xarici jurnaldasa oxumuşam,-dedi, həyatda belə şeylər az olmur. Bir az səbr elə ümüdünü üzmə...
Restorandan çıxıb taksi dayanacağına gəldilər. Sex rəisi saatına baxıb soruşdu:
-hüsü sən dayıngilə gedirsən də?
-yox,qağa-dedi, -məni zavodun yataqxanasına apar. Komendantada möhkəm tapşır.Gərək çoxdan belə olaydı, hüsü.
Aradan bir neçə gün keçdi.Birdəfə nahar fasiləsində Nərminə Hüsüyə dedi ki, yeməkxanaya getmə, evdən xörək gətirmişəm. Birlikdə yeyərik. Hüsü etiraz eləmədi.
Xörək dadlı idi. O, Nərminəyə təşəkgür eləməkçün münasib söz axtarı , lakin nədənsə dilindən bu sözlər çıxdı.
-Sən heç kənddə olmusa?
Nərminə gülməkdən güclə özünü saxladı.
hə, olmuşam,-dedi,- bir dəfə olmuşam. Sinfimizin oğlanları bir kənddə doyunca at mindilər. Şəhəə qayıdan baş işimiz yaxşı oldu. Gün çıxmışdı. Vaqonun pəncərəsini açıb çölə tamaşa edirdi. Yarımstansıyada bir fermanın önündə qatarımız dayandı. Dəmir yolunu kənarında qoyunlar otlayırdı.
Hüsü özünü saxlaya bilməyib:
Dayan,-dedi,-orada.qoyunların içində keçidə vardımı?
Bəli,-deyə Nərminə təsdiq etdi-hətta mən fermanın üstü ilə uçan durnaları da gördüm.
-sən nə danışırsan?-hüsü yerindən dik qalxdı.
-yox,bu ola bilməz. Yaxşı bəs sonra?
Nərminə üzünə laqeyd bir ifadə verib:
-hə,-dedi,-qoyunların yanında saçları alnına tökülmüş balac bir çobanda var idi. O əl qaldırıb məni salamladı. Məndə ağ yaylığımla onu salamladım. O bundan ürəklənib qatarın ardınca xeyli qaçdı, mən də nadinclik edib əlimi pəncərədən çəkmədim... İndi o haradasa məni xatırlayır. Hüsü sehirlənmişdi. O, bu möcüzənin önündə nə deyə bilərdi.
Sex rəisi kranın arxasından Nərminəyə göz vurub keçdi. Nərminə hüsüyə hiss etdirmədən ona baş əydi və gülümsədi.
...Nərminə ev alandan bir il sonra onlar qatarla kəndə gəldilər. Yarımstansıyada onları qoca qarovulçu qarşıladı.O, hüsüyə dedi ki, nənən Allah rəhmətinə gedib.
Yaz idi yenə də, durnalar göy üzündə qatar-qatardı.Havadan çiçək qoxusu gəlirdi. O tərəfdə balaca bir çoban qoyun otarırdı.
Nərminə birdən gördü ki,vaqonun pəncərəsindənbir qız qolunu çıxarıb balaca çobanı salamlayır. Uşaq da ona əl eləyir. Nərminə istədi ki,gedib balaca çobana desin:
-Mənim balam, o nadinc qızın ağ yaylığına aldanma. Onun ardınca çox baxma.
Lakin sonra Nərminə bu fikrindən daşındı. Ona elə gəldi ki, bəlkə də həyatın qanunu belədir. Bəlkə, doğrudan da ilk gənclik dövründə hər bir adamın başı üstündə ağ bir yaylığ dalğalanır və onu harasa səsləyir...
Hüsü çəmadanı sağ əlində ,sol əlinə ötürdü. Nərminəyə xəbərdarlıq etdi ki, əgər kolxozun süd maşını ilə rastlaşmasaq xeyli piyada gedəcəyik.
Комментариев нет:
Отправить комментарий