Kənan Hacı
“Dəyirman Nadir” danışır...
Köhnə yazılarımın içində bir yazı diqqətimi çəkdi. El içində “dəyirman Nadir” kimi tanınan Nadir Quliyevlə görüşüb onun rəhbərlik etdiyi Taxıl Məhsulları Kombinatından bir reportaj hazırlamışdım. Amma nədənsə, həmin yazı o vaxt çap olunmadı.Direktorun rəhbərlik etdiyi kombinat o zaman sovet respublikaları içərisində çox böyük şöhrət qazanmışdı, Moskvadan gələn mütəxəssislər sadəcə, gözlərinə inanmırdılar. Taxıl Məhsulları Kombinatında qısa müddət ərzində yeni istehsal qurğuları və əla yardımçı təsərrüfat yaratmışdılar. Onun rəhbərlik etdiyi müəssisəni “Dərnəgül əfsanəsi” adlandırırdılar.
“Dəyirman Nadir” mənə öz ömür yolundan, bu zirvəyə hansı əzablı yollarla gəlib çatmasından danışırdı. Mənimlə üzbəüz oturmuş millət vəkili, kombinat direktoru vaxtilə sübhün gözü açılmamış həyətlərdən göyərti dəstələrini kisələrə yığıb kənddən şəhərə gətirir, burda satmaqla çörək pulu qazanırmış.
Nadir Quliyev mənə bir əhvalat da danışmışdı. Bu, unikal bir hadisəydi və çox qəribədir ki, bloknotumda qeydlər eləsəm də həmin hadisəni yazmamışdım. İndi onun dilindən həmin əhvalatı qələmə alıram:
“Mədəndə boruçəkənlər briqadasının üzvü idim, eyni zamanda sürücülük məktəbində oxuyurdum. Tezliklə sürücülük şəhadətnaməsi aldım, mənə “ZİS” markalı yük maşınını sürməyi etibar etdilər. Fikirləşirdim ki, bir neçə il sürücü işləyəcəyəm. Lakin mütəxəssis çatışmadığındanmı, mənim təşkilatçılıq qabiliyyətimi gördüklərindənmi, çox keçmədi, qaraj müdiri təyin olundum.
Bir gün Kiçik iş otağımda çay içirdim ki, dispetçer özünü içəri atdı: “Nadir, Zuğulbada buruq fontan vurub. Təcili surətdə ora iki balon oksigen, iki balon asetilen aparılmalıdır, amma adam tapılmır, bilmirəm neyləyim...”
Həyətə çıxdım, maşınlardan birini işə salıb anbarın qabağına sürdüm. Tərslikdən, anbardar orada yox idi. Ləngimədən qıfılı sındırdım, dörd balon əvəzinə altı balon götürdüm. Başqa cür hərəkət edə bilməzdim, xətrini dünyalar qədər istədiyim usta Bezrukovun briqadasının ərazisində quyu neft verməyə başlamışdı, ona kömək etməliydim.
Zuğulba stansiyasına çatanda uzaqdan buruğun necə fontan vurduğunu gördüm və sürəti bir az da artırdım. Bir gözüm buruqda qaldığından dövlət bağına yaxınlaşdığımı hiss eləməmişdim. Qəflətən hökumət bağının darvazasından bir maşının çıxdığını gördüm. Allah üzümə baxdı ki, özümü itirmədim, sükanı sağa burub əyləci basdım. Maşın divara dəyib silkələndi və dayandı. Hökumət evindən çıxan maşından iki nəfər dərhal yerə atılıb sürətlə mənə yaxınlaşdılar. Bağrım yarıldı. Dedim, əlli-ayaqlı getdim. Bir göz qırpımında məni yerə endirdilər. Elə bilmişdilər ki, sui-qəsd hazırlanıb və mən də bu sui-qəsdin iştirakçısıyam.
Sən demə, bağdan çıxan maşın Mir Cəfər Bağırovun xidməti maşını imiş. O, maşından düşən kimi dərhal tanıdım. Şəkillərini qəzetdə-zadda çox görmüşdüm. Dizlərim əsdi, indi mənim halımı təsəvvür edin.
Bağırov yaxınlaşıb amiranə səslə dedi:
- A bala, hara tələsirsən? Bizi vurub öldürmüşdün ki!
Dilim topuq vura-vura dedim:
- Allah eləməsin, yoldaş Bağırov. Fontan vuran yerə oksigen balonları aparıram. Yəqin bilirsiniz, neft hədər yerə axanda elə bil Bezrukovun qanı axır.
Bağırov göstərdiyim səmtə tərəf dönüb fəvvarə vuran neft buruğunu gördü və dərhal əsəbi soyudu.
- Kaş hamı sənin kimi, Bezrukov kimi işləyəydi. Onda daha bizim dərdimiz olmazdı. Sür, sür get bala. Amma ehtiyatlı ol!
Bağırov bunu deyib maşınına doğru getdi. Hələ də dizlərim əsirdi. Birtəhər sükan arxasına keçib motoru işə saldım. Gördüm ki, hələ də maşını sürməyə hazır deyiləm. Başımı sükanın üstünə qoyub gözlərimi yumdum ki, həyəcanım ötüşsün. Bilmirdim motorun uğultusu güclü idi, yoxsa mənim ürəyimin döyüntüsü...”
kulis.az

Комментариев нет:
Отправить комментарий