Ağır şərtlərlə kredit verən CredAgro təşkilatı respublikada iş rejimini pozmuşdur
Hörmətli redaksiya! Bizim CredAgro sələmçi cinayətkar təşkilatı ilə çəkişməmizə qəzetinizdə yer verdiyinizə görə təşəkkürümüzü bildiririk. O cümlədən məsələyə reaksiya verən digər yoldaşlara da minnətdarıq. Həmin müraciətlər göstərdi ki, əsas bazası xaricdə yerləşən bu təşkilat respublikamızın hər guşəsinə kök salıb, əhalini sələm girdabında boğurlar.
Xeyli müddətdir ki, səlahiyyətləri dövlət orqanlarına CredAgro qeyri-bank kredit təşkilatının əməllərindən şikayət edirik, lakin heç bir əsaslı irəliləyiş yoxdur. Qəribədir ki hər hansı sələmçi təşkilat, ya da bank vətəndaşdan şikayətçi düşəndə məhkəmə sistemimiz həmin vətəndaşı tez bir zamannda cəzalandırır, ona qarşı ən sərt qərar çıxardır.
Dövlət orqanlarına müraciət etdikdən sonra bəzi araşdırmalar aparmışıq və bu cinayətkar təşkilat haqqında xeyli məlumatlar əldə etmişik. Nəzərinizə çatdırım ki, respublika mətbuatında CredAgro BOKT-nin rəhbəri Eldar Səfərovun malik olduğu sərvətlə bağlı ağlasığmaz məlumatlar dolaşır. Elə bu məlumatları gözdən keçirdikdə məsələnin nə yerdə olduğunu anlamaq çətin deyil. Hər halda, ay ərzində 2000 min manat qazanmaqla da bu imperiyanın qurulması mümkün deyil. Elə isə mötəbər mənbələrin ötürdüyü faktlarla siz də tanış olun. Eldar Səfərovun topdağıtmaz əmlakı bunlardır:
1. Bakının Novxanı qəsəbəsində möhtəşəm villa – dəyəri 1.000.000 ABŞ dolları.
2. Bakı şəhəri Yasamal rayonu polis idarəsinin yaxınlığında mülk – dəyəri 500.000 ABŞ dolları.
3. 10-AA-315 dövlət nömrə nişanlı son model Mersedes “S-Klass” – dəyəri 120.000 ABŞ dolları.
4. “Toyoto-Prado” markalı avtomobil – dəyəri 60.000 ABŞ dolları.
5. Tovuz rayonu Düz Qırıqlı kəndi, Bakı-Qazax yolunun sağında yerləşən “Oğuz” şadlıq sarayı – dəyəri 700.000 ABŞ dolları.
6. “İnvest” BOKT-da anası (həm də təsisçidir) Cəfərova Xatunun adına 500.000 manat vəsait.
7. “Finans” Texnoloji Kredit Təşkilatında dayısı oğlu Fərid Nağıyevin adına 200.000 manat vəsait.
8. Yerli və xarici banklarda dəyəri 2.000.000 ABŞ dollarından çox olan səhm və pullar.
Xatırladaq ki, bu məlumatlar “Bizim dövr” qəzetinin internet saytında öz əksini tapıb. Hüquq mühafizə orqanlarından bu məlumatların dəqiqliyinin yoxlamasını istəyirik. Aydındır ki, Eldar Səfərov həmin pulları bizim qanımızla alıb. Hər halda bu faktların özü yetərlidir ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi hərəkətə keçsin. Onu da xatırladaq ki, baş prokuror cənab Zakir Qaralov da bu günlərdə verdiyi açıqlamasında bank sektorunda korrupsiya yoxlamalarının aparılacağını bəyan etmişdi.
Bank işçiləri vətəndaşların kredit götürməməsində maraqlı deyillər, nə yolla olursa-olsun öz pullarını sırımaq və oradan öz “şapka”larını almaq istəyirlər. Sədərək bazarına tökülüşüblər, hamıya bir ucdan kredit təklif edirlər. Vətəndaşların 50 minlik əmlakını 10 min manat müqabilində girov götürürlər. Son aylar ərzində Sədərəkdə 20-yə yaxın adam ağır sələm borclarını verə bilmədiyinə görə intihar etmişdir. CredAgro və bu kimi başqa təşkilatlar açıq-aşkar xalqımızın genosidi ilə məşğuldur və onların qabağına çıxan yoxdur.
Elə olur ki vətəndaşın heç bir əmlakı olmur, ancaq bank işçisi təkid edir ki götür, sonrası Allah kərimdi. Təki onlara çatacaq “şapka”nı xəlvətcə alıb mənimsəsinlər. Bu yaxınlarda CredAgro Cəlilabad rayon təşkilatının kredit verilərkən rüşvət alan məsul işçiləri rayonda ev-ev gəzərək əhaliyə dil-ağız edirdilər. Borc götürənlərdən xahiş edirdilər ki, 200 manat rüşvət almaqlarını heç yerdə dilə gətirməsinlər. Məlum oldu ki, bank nə xərçəng xəstəliyi olan vətəndaşa, nə də borcun-xərcin içində olan xəstə ailəyə bir qəpik də keçməyəcək, məhkəmə yolu ilə pulunun hamısını geri tələb edəcək. Ancaq bank işçiləri israrla dil-ağız edirdilər ki, vətəndaşlar onların rüşvət almasını, verilən pulun üstündə “şapka” tutmalarını məhkəmədə açıb-ağartmasınlar, yoxsa onlar çətin duruma düşərlər və işdən çıxarılarlar. Bəli, bank öz tərəfindən qanunsuzluqlara göz yumur, amma bizi məhkəməyə verir. Qanun bunların tərəfindədir. Əlbəttə, məhkəmədə qalib gələcəklərinə əmindirlər. Bilirsinizmi nəyə görə? Çünki respublikada heç kimdən qorxuları yoxdur. Mətbu məlumatlarından məlum olur ki, bu bankın çox etibarlı “krışa”sı var. “Bizim dövr” qəzetinin məlumatına görə CredAgronun daxili nəzarətçisi Arzu Əskərov Eldar Cəfərovun həmyerlisi və qohumu olmaqla yanaşı, həm də Respublika Baş Prokurorunun böyük köməkçisi Azər Əskərovun qardaşıdır. Çox gözəl, çox pakizə! Məlumatlarda bildirilir ki, məhz bu faktdan yararlanaraq CredAgro-nun rəhbərliyi “problemli” hesab etdikləri müştərilərə qeyri-qanuni təzyiqlər göstərmək üçün xüsusi vasitələr hazırlamışdır. Belə ki həmin müştərilərin yanına göndərilən bir neçə nəfərdən ibarət dəstə müəyyən güc strukturlarının, o cümlədən Respublika Baş Prokurorluğunun, bəzən isə hətta ABŞ-ın Azərbaycandakı səfirliyinin təmsilçiləri kimi təqdim olunur. Bu qruplar isə öz “danılmaz” güc və nüfuzlarını təsdiq etmək üçün müştərilərlə son dərəcə kobud, təhqiraməz tərzdə davranırlar.
Görürsünüzmü Azərbaycan xalqını nə günə qoyublar? Çəmini tapıblar: bank açırsan, Respublika Prokurorluğundan, Ali Məhkəmədən, ya da DİN-dən bir nəfərin qohumunu işə götürürsən- vəssalam! Problemli məsələlər çıxanda istənilən an həmin dövlət strukturunun adından istifadə edib öz qara niyyətlərini həyata keçirirsən! Yəni görsünlər ki onların arxasında hansısa güc strukturu dayanıb. Bu cür haram üsullarla milyonlar qazananlar görəsən heç Azərbaycan xalqı qarşısında vicdan əzabı çəkirlərmi?
Respublika mətbuatında CredAgro Qeyri Bank Kredit Təşkilatının strukturlarında vakant vəzifələrə yeni əməkdaşların rüşvət müqabilində təyin olunması halları da geniş yer almışdır. Məsələn, departament direktoru vəzifəsini almaq üçün - 30 000 manat, baş ofisdə hər hansı digər vəzifə üçün - 15 000-20 000 manat, filial müdiri vəzifəsinə - 20 000 manat və s. ödəmək lazım gəlir. Elə bizim rayonda da banka işə qəbul olunmuş hazırki işçilərin külli-miqdarda rüşvət alınaraq işə qəbul olunduğu barədə söz-söhbətlər gəzir. Lakin bildiririk ki, bu rayon camaatı arasında gəzən söz-söhbətlərdir, dəqiq heç nə bilmirik və hüquq-mühafizə orqanlarının araşdırmasına ehtiyac var.
Kredit götürənləri də nəyə görəsə “Alfa Sığorta” Açıq Səhmdar Cəmiyətində məcburi qaydada sığorta elətdirirlər. Bu sığorta şirkətinin nə məzhəbə qulluq elədiyi məlum deyil. Sığorta kağızında müəmmalı şərtlər göstərilib, bu cəmiyyətin çətinə düşən insana hansı real köməyi edəcəyi müəmmalı qalır. Hüquq mühafizə orqanlarından və dövlət strukturlarından xahiş edirəm ki, “Alfa Sığorta” şirkətinin mühasibat sənədlərini araşdırsın və müəyyən etsinlər, indiyədək bu təşkilatın çətinə düşmüş borcçulara nə köməkliyi dəyib. Respublika mətbuatında CredAgro rəhbərliyinin icbari sığorta subyektlərini əvvəlcədən razılaşdığı sığorta şirkətlərinə yönəltməsi, bunun müqabilində isə sığorta məbləğinin 30-35 faizinin nağd şəkildə şirkət tərəfindən ona ödənilməsi barədə də iddialar irəli sürülüb. Respublikada sığorta mafiyası tüğyan edir və onun da acı bəlaları zəhmətkeş vətəndaşlarımızın başında çatlayır.
Həsənovlar ailəsi adından: Həsənova M.
Комментариев нет:
Отправить комментарий