02.12.2011

İlğım


Böyükxan Bağırlı. Hekayə
      
Sübh çağı kəndin girəcəyindəki balaca kolxoz bazarından  aldığı ayın-oyunu təntiyə-təntiyə gətirib qoydu mətbəxə,qəddini düzəldib nəfəsini dərdi,qanı qaçmış barmaqlarını oynatdı.  Zənbillərin ağırlığı kələyini kəsmişdi. Oboyda yolu ağır yüklə pay-piyda  gəldiyindən çiyinləri irəli sallanmışdı, zoqqulduyurdu.
Arvadı qonşu otaqdan onun hənirtisini duyan kimi ət basmış əndamını yırğalaya-yırğalaya özünü yetirdi mətbəxə, zənbilləri oyan,buyana çevirdi, alınan şeylərə qayğacı nəzər, yetirdi damağı.

İslanmadı. Təzəcə almış seyrəy  qaşları kigəsinə tərəf dartındı,gözləri yerindən oynadı:
-Genə ucuzbazar eləmisən, belə cındalıq olar...Bura bax e,ay Allah,kişinin oğlu gedib meyvə alıb,meyvə döyü,urrantıdı bu.
Ayağını yorğanına göra deyiblər,Zəri.- caleh həldə ağrısı kəsilməyən,ind-indi özünə gələn barmaqlarını tərpətdi,gözlərini iri  həsir zənbillərdən  çəkincə canında,ruhunda bir armalıq hiss elədi.
Bu öydə sənin gen-geniş üzünü görmədik ,ilmudam yorğanın kəm oldu.-Arvadı meyvə-çərəz dolu balaca kağız torbaları eşələdikcə  qorranırdı,hirsdən-hikkədən üzünün əzələləri səyriyirdi.
Dünən günorta çağı Məktəb direktorunun, Bang mündürü ilə dil tapa bilməyən  o əfəl oğlu əfəlin yanından  əliboş çıxanda Saleh Müəllim  suluğunu udmuşdu və bu səhərki qnqralığı apaydın görmüşdü. İndi hərşeyə hazır idi, aramla baxışlarını arvadı Zərxanımın göyümsov gözlərindən yayındırıb fikrə getdi... Neçə illərdir ki. Onların evindən bu söz-söhbət kəsilmir, uşaqlar böyüdükcə dahada qatılaşırdı. Keçən il elə, bu ildə belə,zalımın qızı düz düyirdə, mənimki səhər naxıradı,axşam axura,belə diriləcək olmaz, dədəm-nənəm sənsən deyib,yapışmışam məktəbdən, onunda urfatı qaçıb...
-deyəsən yazdığış şeykərində hamısını almamısan,yarımyalaq eləmisən?-Zərxanımın bu dəfə boynunun damarları göyərdi.Saleh dünən günorta çağı Məktəb direktorunun yanından o sayaq çıxanda  dumanlı şəkildə bu məqamıda görmüşdü..
Saleh gözucu zənbillərə baxdı,zənbillər üzə duran adamlar təkin ayağını yerə vermişdi.
Bu gün bazara yaxşı balıq çıxarmamışdılar,Zəri,-dedi.-kürü də hələnçik ,səfeh şeydi.
-Ə,boş-boş danışma, o yavadı,bu səfehdi.Məni uşaq yerinə qoymusan,vallah.
Höccət eləmədi,kirimişcə dayanıb qulaq asdı,gördü bir söz var-onu da arvadı deyir.Zərxanımın hirsdən-hikkədən dolub qızarmış  gözlərinin önündə kiçildi,damcı-damcı əridi,bu dəm özünədə , arvadınada yazığı gəldi:belə yaşayış olmaz axı, nə vaxtacan arvad-uşaq yanına əli ətəyindən uzun gələcək ? Bəh-bəh, Saleh müəllim, Direktor Müavini, təcrübəli pedeqoq, əşi orda oturma, burada əyləş! Onu qoy kənara, bunnan buyur! Quru-quru qurbanın olum..
Arvadı onun sınıb sıxıldığını hiss elədiyindənyumşaldı..
Saleh,- dedi,- padşah kimi qyının xarici ölkədən sənə qonaq gəlir. Bəlkə işdi, yanında bir-iki adam da oldu. Qbaqına yaxşı çıxsan, sənin adındı.
Nə vaxt gəlir kamal qardaşın?
Axşam bizdə olmalıdı.
Yaxşı, onacan balıq taparam, dəyməli bir yer var.
Xəbərin var, Saleh,-arvadının səsində bu dəfə nəvaziş hiss olunmaqdaydı,- Kamal qardaşım ayreport bazarınnan  sənə yaxşı bir yer almaq fikrindədi, o dəfə zəng eləyəndə bacıma deyib. Elə söyünmüşəm ki! Deyirəm, qonşumuz sakit duxdur kimi sən də orda  əyləşib, xımır-xımır şey-şüy satarsan, əyin başımız yaxşılaşar, qızlar üçün arada  evə  də bir şey alıb atarıq.
Saleh milçək qovurmuş kimi əlini yellədi:-Zəri, 0 dəfə sənə dedim: vallah-billah,Mən bazar adamı döyüləm, bu işdə sərişdəm yoxdu.
Yenə gözünə zənbillər sataşdı. Mətbəxin bir küncünə sıxılmış iri bazar zənbilləri sanki otağın havasını ağırlaşdırmışdı. Saleh  arvadının başının üstündən bayıra boylandı, pəncərənin nəfəsliyini açıb  ciyər dolusu hava uddu. Bayırda ayrı bir aləm vardı, bahar tuğyan eləyirdi. Səhər günəşinin narıncı, al şəfəqləri  altında bərq vuran o şehli yarpaqların fonunda  bu iri bazar zənbilləri Salehdən ötrü bir qara qəpiyə dəyməzdi. Bəlkə elə deyildi.. hər halda  gözəl-göyçək bu yaz səhərinin indiki çağında, mətbəx otağında, həmin bu zənbillərin iki metrliyində bizim kənd orta Məktəbinin Direktor Müavini  Saleh Müəllim belə fikirləşirdi və yüz faiz əmindir ki, arvadının Kamal qardaşı  da gəlib gedəcək, bu səhər tezdən  bazardan aldığı  ucuzbazar şeylərdə yeyilib unudulacaq, ancaq bahar yaratdığı  o yaşıl lövhə  əbədi olaraq yaddaşında iz buraxacaq və ömrünün axırınadək onu tə”sirləndirəcək.
İndi arvadının səsi eyvandan gəlirdi, bu , gün reallığı idi, ötən sıxıntılı illərin ağrı-acısı hopmuş bu səsdə nigarançılıqla yanaşı, nəsə bir ümüd parıltısı da sezilməkdəydi:
-Ay qız, a bala, durun ayağa ,  gün qalxıb. Mənə bir əl yetirin, Kamal dayınız gəlir!-Bu səsdə işıq, hava boldu yaxınlaşan bayra ovqatı  vardı bu səsdə,-Məsmə,Günel,qalxın,ordan Əşrəfi də oyadın, xalça-palazın  tozunu alın,nə yatmısız e!
İllərin o tayındanrəhmətlik atasının səsi gəldi qulağına:”Saleh, qalx  ayağa , bə eşitmənisən, bala, səhər tez duran ya qaçan qula, yada düşən çula rast gələr”. Yuxudan tez durardı, qoyun-davarı səsləyib örüyə aparardı, ancaq nə qaçan qula rast gələrdi, nə də düşən çula.
Və illər ötdükcə anlayırdı ki, “qul”, elə ailəni dolandıran mal-qaranın, qoyun-davarın ağartısı, dəyintisidi.Kiçik qızı (bu yaz on iki yaşı tamam olmuşdu) yuxulu gözlərini ova-ova gəlib ona qısıldı, əl-üzünü yumamışdı, odur ki, saçlarından, boyun-boğazından yataq qoxusu gəlirdi. Saleh Müəllim bir  əlini qızın başında gəzdirdi, o biri əliylə mətbəxin qapısını taybatay açdı. Buradan, evin ikinci mərtəbəsindən ətraf əl içi kimi görünürdü. Özü də indi, lap elə bu dəqiqə nəinki ətraf  yrlər, hətda buradan  xeyli uzaq olan, adi hallarda baxanda güclə seçilən  təzəkənd kəndi sanki iki addımlıqdaydı. Həmin kənddən xeyli aralı şamlıq,  evlərin damından burula-burula göyə millənən və üfüqdən yapışıb qalan tüstü, örüşə yayılan naxır, budey  kənddən tərpənən maşınlar, üzü bəri çapan atlı  apaydın görünür. Təbiətin işinə bax e, vallah, lap mö”cüzədi...
Bayaqdan atasına qısılıb, onun baxdığı səmtə boylanan günel də hiss eləmişdi bu qəribə mö”cüzəni. Odur ki, gözlərini gah yaxınlaşıb iki addımlıqda duran , gah da xəyal kimi çəkilib  gözdən itən,çox-çox uzaqlarda, göylərə yerin qovuşduğu səmtə su kimi ağaran, haradasa  süd gölünü andıran bu mö”cüzəli mənzərədən  çəkmədən soruşdu: “Ata, ora haradı? Ora çox uzaqdı, qızım,çox uzaq,-Saleh müəllimingözləri gölləndi.-0 kəndi, 0 şamlığı çəkib bura gətirən ilğımdı...bu yəqin ki, quraqlıq  əlamətidi.
Sonra Saleh ilğım  barədə atasından eşitdiyi rəvayətlərdən  danışdı, dedi ki, ist,susuz çöllərdə ilğım nə qədər adam aldadıb, nə qədər karvan azdırıb, sayı-hesabı yoxdu.
Gün qalxdıqca ilğım çəkilirdi, həmin kənd-kəsək gözdən itmişdi. Bir anın içində göy üzünü seyrək bulud aldı. Hava qaraldı, üfüqdə yaz şimşəyi çaxdı, narın yağış çislədi,bağça da ağacların budaqlarından muncuqlayıb süzülən büllur damlalar yarpağın üstündən arıların, kəpənəklərin, müxtəlif həşarətlərin izlərini yuyub aparırdı.Buludlarürəyini boşaldıb dağıldıqca göyün üzü əvvəlkitək  alışıb yandı,dərin bahar səmasında Fatma nənənin hanası naxışlandı, spektrin rəngləri bərq vurdu...
Zərxanım nimdaş əşyalarla yanaşı, qəttəzə, əcəri pal-paltarı da eyvanda  günün qabağına sərmişdi. Gəlib mətbəxdən uyucu toz götürəndə Günelə acıqlandı:
Yekə qızsan ,-dedi,-gəlib nuzulunu salmısan burda,indi sənin iş görən vaxtındı,get zal otaqda bacına əl yetir. Ata  bala yeni silinib –təmizlənmiş eyvana çıxdılar, barmaqlarının ucuyla asta-asta zal otaq ətir saçırdı. Sanki onun hər guşəsindən Kamal dayı məmnun-məmnun gülümsəyirdi və bu gülümsəməyi ilə də indiki  həngamənin Saleh müəllim üçün bacısının xətrinə ayroort bazarından abırlı bir satış yeri almaqdan ötrü yaradıldığını bic-bic xatırladırdı.
Böyüg qızı Məsmə bir az bundan qabaq iri kitab şkafının arxasından  tapdığı,keçən yay atasının  keçmiş tələbə yoldaşı  Sadıq Məllimin  Bkıdan göndərdiyi  bir qom fotoşəkli stolun üstünə töküb, həvəslə onlara baxırdı. Bu şəkillər otuz bir il bundan qabaq,Salehgilin  unveristetin axırıncı kursunda oxuduqları bir May nümayişində çəkilmişdi. Saleh Müəllim keçən yay macal tapıb bu şəkillərə baxa bilməmişdi.Sonra da onlar birdən-birə evdən sirri-xuda olmuşdu,Salehin əlinə keçməmişdi.
Məsmə atasının otağa girdiyini indi gördü vədərhal onu sorğu-suala tutdu:
-Ata,-dedi,-bu şəkillərin hamısında həmişə sənin yanında duran bu arıq qız kimdir,hansı xaladır? Mən onu tanıyıram?
Əyilib   qızının başının üstündən saralmış köhnə şəkillərə baxdı.Həmin bir may günü boy-boy gəlib durdu gözlərinin önündə. Tanış üzlər,doğma səslər..Elə bil şəkillər dil açıb onunla danışacaqdı. İllərin arxasında əbədi gənc qalmış  o uşaqlar bu günə boylanırdı. Saleh Müəllim əyilib birdə şəkillərə zəndlə diqqət yetirdi,rəngi-rufu qaçdı,uçundu: ”Doğrudan a, bu qız Gülsüm (Külya) şəkillərin hamısında mənim yanımdadı,çiyin-çiyinədi mənnə ...Bu ,bir təsadüfdü,yoxsa?! Bəs..yox, axı o təhər ola bilər bu? Yoxsa Gülsümün ürəyində bir şey varmış, axır çağlarda bir  işarəymiş bu? Mən...bunu vaxtında hiss etməmişəm.  Ay Allah, bax, e, yoxsa mən kor olmuşam, onu böyrümdə görməmişəm...”
Arvadı gəlib onun qolundan ehmalca yapışdı, uşaqlara hiss etdirmədən ərini yan otağa çəkdi, divardan asılmış təqvimi göstərib dedi:
Saleh,başuva dönüm sənin,  bir ora bax!
Hə baxıram,-dedi,-noolsun?
Görürsən də, bu gün doxsan yeddinci il May ayının on səkgizidi. Qadoy alım sənin,altşış-altıncı ildən bir qərinə keçib!
Doğrudan a?!
Day sənə sözüm yoxdu...
Bayırda bahar yenə tuğyan eləyirdi. Dolmuş buludlar bu dəfə lap aşağıdan uçurdu,yenicə qanadlanan xəfif meh bağ-bağçanın ətrini qovub uzaqlara aparırdı, buludlardan süzülən günəşin çəpəgi şüaları altında havada nizamsız uçuşan gül toxumları aydınca görünürdü. Ərik ağacının budaqlarında həşərat axtaran  balaca sarıköynək quş arada  şapbıltı ilə yarpaqlarınüstündə düşən iri yağış  dənələrindən üşənib başını qanadlarının altında  gizlətmişdi. Seyrək buludların yırtığından görünən dərin səma bəyaqki alışıb yanırdı...
Saleh Müəllim pəncərədən əyilib Təzəkənd  səmtə boylandı. Səhər ilğım vuran yerlər  indi güclə  sezilirdi və köhnə  fotoşəkillər  kimi sarımtıl rəngə çalırdı. Eyvandan yenə arvadın  səsi gəlirdi:
-A bala, əlli tərpənin, Kamal  dayınızın  gələn vaxıdı.

Комментариев нет:

Отправить комментарий